Cümə axşamı günü, 22 oktyabr 2026
     

Rusiyadan Ermənistana gizli silah göndərişi sentyabrın 1-dək davam etdi - İlham Əliyevin yunan səfirlə söhbətindən çıxan dəqiq xəbər...

Image


Prezident İlham Əliyev Yunanıstanın Bakıya yeni təyin edilmiş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Azərbaycan ərazilərini işğal edən Ermənistana son həftələr ərzində Rusiyadan daşınan hərbi yüklərdən də bəhs edib.

İlham Əliyev səfirlə söhbətində əvvəlcə Ermənistanın Yunanıstan və yunan Kipri ilə üçtərəfli hərbi əməkdaşığı ilə bağlı narahatlığını çatdırıb:

“Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur və BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir”.

İlham Əliyev xatırladıb ki, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir:

“Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, (sentyabrın 1-i nəzərdə tutulur - red)  – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu sadəcə sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”.

Göründüyü kimi, İlham Əliyev Rusiyadan Ermənistana silah ötürülməsinin davam etdiyini bəyan edib. Bundan əvvəl də İlham Əliyev  Putinlə telefon danışığı zamanı bu narahatlığı ifadə etmişdi. Ancaq sonra Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Şoyqu Ermənistana silah deyil, tikinti materillarının daşındığına dair açıqlama verdi. Azərbaycan rəsmiləri həmin açıqlamanın bizi qane etmədiyini dedi. Deməli, bizim Prezidentin Putinlə telefon danışığından sonrakı müddətdə də Rusiyadan Ermənistana silah daşınıb. Rusiyanın bu addımını necə dəyərləndirmək olar?

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, Prezidentin bu iradları bildirməsindən sonra Rusiyanın öz əməllərini davam etdirməsi çox maraqlı görünür:“Onlar başa düşməlidir ki, Azərbaycanın özünün kosmik peyki var. Biz bütün marşrutları əzbər bilirik. Rusiya bu regiondan çıxdığına görə belə addımlar atır. Dağlıq Qarabağ problemini də ermənilər deyil, ruslar yaradıb. Bizi indiyə qədər təkləmişdilər. Hazırda bizim Türkiyə və Pakistan kimi hərbi müttəfiqlərimiz var. Rusiya bütün vasitələrə əl atır ki, Azərbaycanda problem yaransın. Buradakı öz 5-ci kalonunu qızışdırır ki,  Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparsınlar. Bütün o planlar pozuldu. 11 minlik türk qoşunu ölkəmizə gəldi, yaxın zamanlarda Azərbaycan Prezidentinin Türkiyəyə səfəri olacaq. Səfərqabağı da yunan səfirilə görüşdə Prezident Türkiyə dövlətilə bir yerdə olduğumuzu açıq bəyan etdi. Bu həm də Rusiyaya verilən bir mesaj oldu ki, artıq onlarla bizim aramızda olan bütün balans siyasəti pozulub. Artıq bizim öz qanı bir, canı bir müttəfiqimiz Türkiyə var. Biz gələcəkdə də onlarla, demokratik dünya ilə bir yerdə olacağıq. Biz artıq əvvəlki Azərbayacan deyilik ki, Rusiya nə dedisə, onu da edək. Nə də Rusiya  əvvəlki Rusiyadır. Artıq onun özünün daxilində də milli azlıqlar, xüsusilə türk toplumları baş qaldırıb. Biz  hiss edirik ki, Rusiya son addımlarını atır. Nə etməsindən asılı olmayaraq, biz öz yolumuza davam edəcəyik. Türkiyə-Azərbaycan münasibətləri kontekstində bu bölgənin taleyi dəyişir. Şərqlə Qərbi birləşdirən bütün mühüm kommunikasiya xətləri Azərbaycanın üzərindən keçir. Bu da Azərbaycana olan marağı daha da artırır. Dünyanın Rusiyadan yan keçən yolları dəyişir. Bu yolların  da böyük əksəriyyəti Azərbaycandan keçir. Azərbaycan bu illər ərzində bütün vacib olan sistemi qura bilib. Rusiyanın məhz Tovuz əməliyyatı zamanı fəallaşması təsadüfi deyildi. Çünki sadaladığımız kommunikasiya xətlərinin böyük əksəriyyəti məhz o bölgədədir. Bütün bu proseslər bir daha göstərdi ki, Rusiya bizə qarşı səmimi deyil. Azərbaycandakı bütün milli qüvvələr bir araya gəlib, bu məsələdə vahid mövqe sərgiləməlidir”.

Rusiyanın bu addımları onun həm də vasitəçilik missiyasına uyğun gəlmir. Belə addımları atan ölkədən hansı neytrallığı gözləmək olar?

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ