Cümə axşamı günü, 22 oktyabr 2026
     

Qarabağ separatçıları ilə işbirliyinə gedən konqresmenlər ABŞ-a da ciddi zərbə vurur...

Image


Təkcə Azərbaycanın yox, həm də MDB məkanının ən kəskin problemlərindən biri hesab edilən Dağlıq Qarabağ münaqişəsinin həllinin indiyə qədər uzanmasının əsas səbəblərindən biri bu məsələyə hələ də ikili standartlardan yanaşılmasıdır. Xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən sərgilənən yanaşma problemin sülh yolu ilə həllinə ümidləri daha da azaldır. Məsələn, Rusiya Ermənistanı silahlandırır, Fransa vaxtaşırı erməni mövqeyinə xidmət edən mövqe sərgiləyir. ABŞ-da da məsələyə birmənalı yanaşma yoxdur.

Bəzi konqresmenlərlə ABŞ hökumətinin mövqeyi ziddiyyət təşkil edir

ABŞ hökumət rəsmiləri bir çox parametrlər baxımından Azərbaycanı özlərinin strateji mütəffiqi saydıqlarını bildirir. Sözügedən məsələ bugünlərdə ABŞ müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini vəzifəsini icra edən Laura Kuper tərəfindən yenidən gündəmə gətirildi:“ABŞ-ın Rusiyanın maraq dairəsində olan regionlara - Cənubi Qafqaz, Qərbi Balkanlardakı ölkələrə, Ukraynaya münasibətində eynilik var, amma Azərbaycan bu münasibətlərdə xüsusi qlobal rol oynayır - Xəzər enerji resursları və tranzit, eləcə də enerji resurları mənbəyi baxımından. Azərbaycan həm də ABŞ-ın strateji partnyorudur. Əfqanıstana 2001-ci ildən etibarən giriş rolunu oynayır. Biz qəbul edirik ki, Azərbaycan güclü maraq dairəsi olan qonşularla yaşayır. İranla Rusiya arasında, eləcə də Avropa və Yaxın Şərq, Mərkəzi Asiya ölkələrinə gedən kəsişmə yollarında yerləşir. Risqlər var – terrorçuların, kütləvi qırğın silahları və qeyri-qanuni daşımaların bu yoldan keçirilməsi cəhdləri! Biz illərdir Azərbaycanla bu istiqamətdə işləyirik”. 

Həqiqətən də sirr deyil ki, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında, antiterror fəaliyyətində  ABŞ indiyə qədər Azərbaycanla sıx əməkdaşlıq edib. Azərbaycan ABŞ tərəfindən yaradılan beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olub, bu prosesə mühüm töhfələr verib. Eləcə də enerji sektorunda tərəflər mühüm əlaqələr qurub. Bu fonda ABŞ dövlət rəsmiləri Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini mühüm hesab edir. Elə ABŞ prezidenti Donald Trampın azərbaycanlı həmkarına göndərdiyi sonuncu məktubda da bu məsələ bir daha əksini tapdı. Məktubda xüsusi vurğulanır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir:“Biz Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”. Amma bəzi konqresmenlər ABŞ-ın rəsmi mövqeyinin əleyhinə gedir. Bunu bugünlərdə işğal edilmiş Azərbaycan ərazilərində yaradılan separatçı rejim rəhbəri Araik Arutunyana məktub göndərən Konqres üzvləri Frenk Pallone, Cek Speler, Gus Bilirakis, Adam Şifin hərəkətləri də təsdiq edir. Burada onlar separatçı rejimin “müstəqilliyinin” 29-cu ildönümünü təbrik edir. Onlar Azərbaycanı separatçı rejimə davamlı təzyiq və aqressya aktları törətməkdə ittiham edir. Bundan başqa, Konqres üzvləri ABŞ-ın da razılıq verdiyi danışıqlar formatını rədd edərək, separatçı rejimin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda tərəf olaraq iştirak etmək hüququ qazandığını iddia edirlər. Bildirilir ki, davamlı və uzun sürən sülhün təmini üçün separatçı rejimə danışıqlarda birbaşa iştirak etməyə imkan verilməlidir. Bu, beynəlxalq hüquqa çıxmaqla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan ABŞ-ın rəsmi mövqeyinə də ciddi zərbədir.

Erməni lobbisindən alınan pullara görə ayaq altına atılan hüquq

Yuxarıda adları çəkilən ABŞ konqresmenlərinin artıq uzun müddətdir erməni lobbisi ilə sıx işbirliyində olması heç kimə sirr deyil. Burada onu da xatırlatmaq lazım gəlir ki, erməni lobbisi bəzi konqresmenlərin seçilməsində müəyyən rola malikdir. Belə ki, Konqresə keçirilən seçkilər zamanı namizədlərin fondları olur. Ştatın vətəndaşları hansı namizədə dəstək verirlərsə, seçki kampaniyası zamanı həmin namizədin fonduna vəsait köçürə bilər. Qanun buna məhdudiyyət qoymur. ABŞ-da ermənilərin kompakt yaşadığı ştatlarda namizədlər bu cür ələ alınıb. Yəni ermənilər hər seçki dönəmində həmin konqresmenlərin kampaniyasına maddi dəstək verməklə, sonrakı dövrdə konqresmenlərdən öz məqsədləri üçün istifadə edirlər. Yuxarıda adları çəkilən konqresmenlər də bu siyahıdadır. Amma məsələ bununla da bitmir.

Məlumdur ki, ermənilər hər il ABŞ-da pul toplamaq məqsədilə marafonlar keçirir. "Ermənistan Fondu”na hər il bir neçə milyon dollar pul cəmlənir. Amma bu pulun heç də hamısı nəzərdə tutulan məqsədlərə sərf olunmur. Adam Şiff, Frenk Pallone kimi məşhur ermənipərəst konqresmenlərin bu fonddan hər il böyük həcmdə pullar aldığı artıq ABŞ-ın özündə də qəbul edilir. Qeyd edilənlər açıq-aşkar adıçəkilən konqresmenlərin korrupsiyaya bulaşmasının göstəricisidir.  Digər tərəfdən onlar, hətta erməni lobbisinin təhriki ilə indiki prezident Donald Trampa qarşı da açıq fəaliyyət göstərir. Elə bu konqresmenlər tərəfindən Trampa qarşı ötən il Konqresdə impiçment cəhdləri də edilib. Prosesdə əsas fəallıq Konqresdə erməni lobbisinin əsas təmsilçilərindən olan Adam Şiffə məxsus olub. Haym Salomon Mərkəzinin prezidenti və icraçı direktoru Pol Miller hələ o vaxt bildirirdi:“Bədnam Adam Şiff və əlaltıları uzun illər erməni "bazarı"ndan qazanıblar, bu fonda da Ağ Evin başçısını aradan götürməyə qərar veriblər. Şiffin və digər ermənipərəst millət vəkillərinin alışdığı ikili standartlar və saxtalaşdırmalar təkcə bədnam "erməni soyqırımı" məsələsində deyil, həm də Konqresdə impiçment iddiasının araşdırılmasında əsas rol oynayıb”. Belə vəziyyət bir daha göstərir ki, bəzi konqresmenlər üçün erməni lobbisindən alınan pul daha önəmlidir. Bunun üçün, lazım gəlsə, ABŞ-ın özünün də maraqlarını satmaq olar. Bu fonda indi o da istisna deyil ki, ABŞ-da noyabrda baş tutacaq prezident seçkisində ermənilərin Amerikadakı lobbi təşkilatları Respublikaçılar partiyasından namizəd olacaq Donald Trampın əleyhinə yenidən kampaniya təşkil edəcəklər. Ölkədəki ən böyük erməni təşkilatı olan Amerika Erməni Milli Komitəsinin Trampın rəqibləri ilə görüşlərə başlaması da bunun növbəti təsdiqidir.

Konqresmenlərin fəaliyyəti separatçılığı təşviq edir

Erməni lobbisinin təsiri altında olan konqresmenlərin addımının digər təhlükəli yanları da mövcuddur. Onlar Azərbaycan ərazilərinin işğalını məqsədli şəkildə görməzdən gələrək işğalçı siyasəti dəstəkləyir. Bununla erməni terroruna və insan hüquqlarının kobud pozuntusuna haqq qazandırır, eyni zamanda separatizmi təşviq etmiş olurlar. Həmin şəxslərin beynəlxalq hüquq normalarının təməl prinsiplərinə bu cür sayğısız münasibətləri, hüquqazidd davranışları dünya miqyasında ABŞ-a olan inamı da sarsıdır. Amma yuxarıda adları çəkilən konqresmenlər üçün bu, hansısa əhəmiyyət kəsb etmir.

Qərəzli, qeyri-obyektiv, işğalçılığın və separatizmin təşviqinə xidmət edən mövqe gələcəkdə dünya üçün bu qəbildən olan təhdid mənbələrinin sayınınn artması deməkdir. Bu mənada hesab edilir ki, həmin konqresmenlərin erməni lobbisi ilə əlaqələri araşdırılmalı, xüsusən də ABŞ ictimai-siyasi darələrində bu təxribata gedənlərə qarşı sərt mövqe sərgilənməlidir. ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığın mahiyyətini başa düşənlər prosesdə fəal olmalıdır. İndilikdə isə görünən həm də budur ki, konqresmenlərin fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan sülh danışıqlarına ciddi zərbədir. Digər tərəfdən, belə vəziyyət birbaşa dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini, eləcə də milli dövlətlərin suverenliyini təhlükə altına almaqdır. Ən əsası da, konqresmenlərin qərəzli yanaşmaları BMT-nin Qarabağ münaqişəsi ilə ilgili məlum dörd qətnaməsinin heçə sayılmasıdır. Çünki bununla ermənipərəst konqresmenlər beynəlxalq hüquqa zidd fəaliyyəti dəstəkləyirlər. Onlar məqsədli şəkildə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini arxa plana atırlar. Bu konqresmenlər insan hüquqlarını və beynəxalq hüquq normalarını əsas tutmadıqlarından, Ermənistanın son hərbi təxribatlarına da münasibət bildirməkdən uzaqdırlar. İndi hesab edilir ki, ermənipərəst konqresmenlərin yanaşması ATƏT-in Minsk rupunun həmsədrlərindən olan ABŞ-ın rəsmi mövqeyinə tamamilə zidd olduğundan, məsələyə Vaşinqton özü də müəyyən formada müdaxilə etməlidir. Burada mütləq nəzərə alınmalıdır ki, həmin konqresmenlər Minsk Qrupunun vasitəçilik missiyasına, qurumun təsbit və təsdiq etdiyi prinsiplərə tam zidd mövqe ortaya qoyaraq separatizmin müdafiəçisi rolunda çıxış edirlər. Buna qarşı da ABŞ-ın özündə mübarizə şərtdir. Çünki separatizmin müdafiəsi bəşəriyyətə qarşı ən böyük cinayətlərdən hesab edilir.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, konqresmenlərin mövqeyi faşist ideologiyasına əsaslanan təcavüzkar siyasətə dəstəkdir. Ermənistanın yaşatdığı faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasətinə qarşı çıxmaqla ABŞ bilavasitə qlobal təhlükəsizliyə təhdid ünsürlərini də aradan qaldıra bilər. Əks təqdirdə, baş verənlərdən ABŞ özü də ciddi problemlər yaşaya bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ