Cümə axşamı günü, 22 oktyabr 2026
     

Prezidentin köməkçisi Anar Ələkbərov Gəncədə din xadimləri ilə görüş keçirdi - FOTO

Image


Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib.

Görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşır. Qeyd olunub ki, Azərbaycanda dövlət-din əlaqələri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub. Bu, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu, bütün dinlərin, etnik qrupların nümayəndələrinin bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd olunub.

Bu sahədəki nailiyyətlərimizin dünya birliyində yüksək qiymətləndirildiyi, Bakıda dünya dini liderlərinin birinci və ikinci Sammitlərinin keçirildiyi, 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi, bütün bu kimi tədbirlərin dini tolerantlıq sahəsindəki uğurlarımızın təzahürü olduğu diqqətə çatdırılıb.

Anar Ələkbərov ölkəmizin demək olar ki, bütün bölgələrində, hər bir rayonunda məscidlərin inşa olunduğunu və ya bərpa edildiyini, yeni məscidlərin açıldılını bildirib. Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətində tarixi keçmişimizin unudulmaması, gələcək nəsillərin milli-mənəvi dəyərlərə daha çox bağlanması mühüm yer tutur. Son illər Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, İmamzadə dini kompleksində geniş tikinti və yenidənqurma işləri həyata keçirildiyi bildirilib. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin bənzəri olan məscidin tikilməsinin və uzun fasilədən sonra burada azan səsinin ucalmasının əlamətdar hadisə olduğu diqqətə çatdırılıb.

Məscidlərlə yanaşı ölkəmizdə kilsələr, sinaqoqlar təmir edilir. Eyni zamanda Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların fəaliyyəti üçün şərait yaradıldığı, mövcud problemlərin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib.

Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanıb. Fond reallaşdırdığı layihələrlə müxtəlif xalqlar və dinlər arasında dostluq, həmrəylik kimi dəyərlərin bərqərar olmasına öz töhfələrini verməkdədir. Fondun "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki Hazırda isə Heydər Əliyev Fondu tərəfindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində Möhsün Səlim məscidində təmir işləri aparılır, Şamaxı rayonundakı Pirsaat Baba ziyarətgahında yenidənqurma işləri həyata keçirilir, ziyarətgahın ərazisində yeni məscid binası inşa olunur. Həmçinin, Şamaxıdakı Pir Ömər Sultan ziyarətgahında arxeoloji tədqiqatlar aparılıb və türbənin qorunub saxlanılması məqsədilə konservasiya işlərinin layihələndirilməsi davam edir. Şəki şəhərindəki Xan məscidində təmir-bərpasına başlanılıb, Qəbələ rayonunun Nic kəndində qədim alban kiləsində yenidənqurma işləri aparılır, İsmayıllı rayonun Lahıc qəsəbəsində "Bədöyün" məscidi əsaslı təmir olunur.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və dinlərarası dialoqun genişləndirilməsi istiqamətində səyləri vurğulanıb. Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə, o cümlədən dindarların həyatına da təsirsiz ötüşmədiyini deyib. Qeyd edib ki, yeni növ koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Beynəlxalq təcrübə və ilk növbədə insan həyatının qorunması əsas Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu ilin mart ayından məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb. İnsanların sağlamlığının qorunması baxımından atılmış bu addımın istər din xadimləri, istərsə də əhali tərəfindən anlayışla qəbul olunduğu minnətdarlıqla diqqətə çatdırılıb. Qeyd olunub ki, virus səbəbindən dünya zəvvarlarının, o cümlədən çoxsaylı vətəndaşlarımızın Həcc ziyarəti arzusu baş tutmayıb, Məhərrəmlik ayı ərzində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi qərara alınıb, eyni zamanda Ramazan və Qurban bayramlarında dini ayin və mərasimlərin keçirilməsi mümkün olmayıb. İnsanlar məscidlərdə bayram namazınıı birlikdə qıla bilməsə də, televiziya kanallarında müxtəlif məscidlərin imamlarının iştirakı ilə qılınan namaz canlı nümayiş olunub və bu da pandemiya şəraitində insanlar tərəfindən rəğbətlə qarşılanıb.

Anar Ələkbərov qeyd edib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və tətbiq olunan bir sıra məhdudiyyətlərin iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub. Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən müddət ərzində xüsusi rejimli xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhalinin ehtiyacları qarşılanıb, xaricdəki soydaşlarımızın ölkəyə gətirilməsi təşkil olunub. Qəbul edilən qərarlar və görülən təbdirlər nəticəsində xəstəliyin nəzarət altına alındığı, səhiyyə sisteminin mövcud çağırışa uyğun olaraq qurulduğu qeyd edilib.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, belə müzakirələrin əhəmiyyəti qeyd olunub. Çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndiriblər və ölkəmizdə bu sahədə görüləcək işlərə dair müzakirələr aparılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ