Cümə axşamı günü, 22 oktyabr 2026
     

Işğal altındakı ərazilərə terrorçuların yeni axını başlanır, beynəlxalq konvensiyalar tapdanır, həmsədrlər “görmür”...

Image


Azərbaycanın zəbt edilmiş ərazilərinə digər ölkələrdən ermənilərin gətirilməsi istiqamətində Ermənistan rəhbərliyinin atdığı addımlar Qafqazda daha böyük təhlükə mənbəyinin yaranmasına səbəb olur. Əvvəla, bu durum göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etməkdə maraqlı deyil. İkinci bir tərəfdən, bölgəyə məskunlaşma adı altında xeyli sayda terrorçunun gətirilməsi də tamamilə gözləniləndir. Bu halda Ermənistan Qarabağı terror mərkəzinə çevirir və bundan təkcə Azərbaycan yox, bütün dünyanın əziyyət çəkəcəyi birmənalı həqiqətdir. Ən azı o baxımdan ki, erməni terrorundan bir çox ölkələr, hətta Avropa dövlətləri də əziyyət çəkib.

Bu mənada hesab edilir ki, dünya da Ermənistanın Qarabağda qanunsuz məskunlaşma siyasətinə qarşı çıxmalıdır. Əks halda bura terrorçu qruplaşmaların cəmləşməsi qaçılmaz olacaq. Bunu saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar da istisna etmir:“Tarixin bütün dövrlərində terror və mütəşəkkil cinayətkarlıq insanlıq üçün ən böyük təhlükə və problemlər yaradan fəaliyyət növləri olub. Təəssüf ki, Türkiyə və Azərbaycan da hər zaman bu problemlərlə üz-üzə qalıb. Saxta “erməni məsələsi”ndən yaranan bütün məqamlar, o cümlədən Dağlıq Qarabağın işğalı və bu torpaqlarda qanunsuz məskunlaşdırma cəhdləri məqsədli şəkildə həyata keçirilən cinayət növləridir”. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ayrı-ayrı mərhələlərindən danışan tədqiqatçı qeyd edir:“Keçmiş sovetlər birliyinin süqutu ərəfəsində Ermənistandakı azərbaycanlıların bu ölkədəki dədə-baba yurdlarından deportasiya edilməsi beynəlxalq hüquqa təhdid olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz məskunlaşdırma cəhdi də eyni məqsədli bəşəri cinayətdir. Stalinin dövründə və 1988-ci ildə həyata keçirilən deportasiyalar nəticəsində Ermənistanda azərbaycanlıların boş qalan evlərinə kimlər yerləşdirildi? Xaricdən, əsasən də ərəb ölkələrdən gətirilən ermənilər. Livandakı məlum partlayışı bəhanə edərək bu ölkədəki erməniləri min bir vədlə Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirmək cəhdi həmin qanunsuz məskunlaşdırmaların davamıdır”. Acar vurğulayıb ki, əslində Ermənistanın bu mərhələdəki məqsədi heç də yalnız qanunsuz məskunlaşdırma ilə yekunlaşmır. İşğalçı dövlət bu ad altında terrorçuları, ucuz döyüşçü qüvvəsini bölgəyə toplamaq niyyəti güdür.

Bu arada xatırladaq ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. İşğal altındakı Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısı Araik Arutunyan da bu məsələ ilə bağlı Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında 100-150 erməni ailəsini orada yerləşdirməyə hazır olduğunu bildirib. Artıq Ermənistan mətbuatı Livandan olan ilk iki erməni ailəsinin Dağlıq Qarabağa yerləşdirilməsindən və bu prosesin davamlı olacağından bəhs edir. Bununla işğalçı ölkənin hakimiyyəti Livanda davam edən qeyri-sabit vəziyyətdən Ermənistan və qondarma rejimin acınacaqlı demoqrafik strukturunun yaxşılaşdırılması məqsədi üçün istifadə etməyi planlaşdırır. Belə durumda işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək niyyəti güdülür. Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da qeyd edilən xüsusda maraqlı açıqlamalar verir:“Ermənistandakı demoqrafik problem yerli hakimiyyəti həm narahat edir, həm də bütün zamanlarda olduğu kimi yenə də onlar bu məsələyə qazanc mənbəyi kimi baxırlar. Hazırda Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma cəhdində bu iki amilin hər biri özünü göstərir. Azərbaycanın işğal altındakı torpaqlarda qanunsuz məskunlaşma yolverilməz hadisədir və bu cəhdin qarşısı qəti şəkildə alınmalıdır”.

Ermənilərin hər zaman faciə və fəlakətlərdən öz çirkin məqsədləri üçün istifadə etdiyini xatırladan Hulusi Kılıç qeyd edir:“Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən dəhşətli partlayış Ermənistan dövləti və erməni lobbisi üçün mövcud olan işğal faktı ilə bağlı Azərbaycana qarşı növbəti murdar təxribat fürsətinə çevrilib. Bu, tarixin ayrı-ayrı dövrlərində baş verən çoxistiqamətli təxribatların davamıdır. Beynəlxalq hüquq, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qarşı bütün konvensiyalar qanunsuz məskunlaşdırmanı qəti şəkildə qadağan edir. Ona görə də, beynəlxalq ictimaiyyət, nüfuzlu təşkilatlar Livan ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsinə göz yuma bilməz”. Erməni mənbələrinə görə, Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən köçdüyünü və bunun əsas səbəbinin sosial problemlər və müharibə xofu olduğunu diqqətə çatdıran Hulusi Kılıç vurğulayıb ki, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunun separatçı rejim tərəfindən bildirilməsi riyakarlığın son həddidir:“Qondarma rejimin rəhbəri bununla yerli ermənilərə də mesaj verir ki, baxın, siz qaçmaq istəyirsiniz, amma bu ərazilərə köçmək istəyənlər də var. Bu köç adı altında erməni lobbisinin dünya ermənilərindən pul yığmaq cəhdi onların öz toplumlarına da sayğısızlıqdır”. İndi hesab edilir ki, beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın bu cinayətlərinə münasibət bildirməlidir. Amma həmsədrlərin seyrçi mövqedə olması işğalçı ölkəni bu kimi qeyri-konstruktiv əməllərə sövq edir. Belə vəziyyətdə həm də Qarabağa gələn terrorçuların sayı artır və bununla dünya da mütləq ciddi problemlərlə qarşılaşacaq.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ