Cümə axşamı günü, 22 oktyabr 2026
     

Radikal mühacir azərbaycanlılar idarə olunan missiya altında - Azərbaycan diasporunun bütövləşməsini əngəlləmək...

Image


Ötən yazılarımızda xaricdəki mühacir azərbaycanlıların təsnifatlandırılmasını aparmışdıq. Bəlli olur ki, diasporumuza aid olan həmin kateqoriya heç də yekcins deyil. Onların arasında mövcud Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə olan insanlar az deyil.

Ən maraqlısı isə budur ki, həmin adamlar artıq fəaliyyətlərini hakimiyyətlə deyil, bütöv dövlətlə mübarizə üzərində qururlar. Əksər hallarda isə bu fəaliyyət dövlətin dayaqlarının linc edilməsinə cəhdlə müşahidə olunur. Ən həssas məqamlarda bu sayaq adamların fəaliyyəti erməni təbliğatı ilə üst-üstə düşür. Biz bunun ən bariz nümunəsini Tovuz hadisələri zamanı xaricdəki əslən azərbaycanlı olan yutuberlərin fəaliyyətində gördük.

  • Xaricdəki anti-Azərbaycan qüvvələrin alətə çevirdiyi  bəlli blogerlər, yutuberlər ölkəmizə qarşı hücumları artırıb...

Azərbaycana hər zaman xarici hücumlar olub. Bunu zaman-zaman xarici xüsusi xidmət orqanlarının müəyyən fəaliyyətində və yaxud anti-Azərbaycan mövqe sərgilədiyini hətta gizlətməyən beynəlxalq donor təşkilatların elan etdiyi qrant layihələri istiqamətində də sezmək mümkün idi. Sadəcə, hakimiyyətin apardığı təbliğat, eyni zamanda, xüsusi xidmət orqanlarının sayıqlığı xarici müdaxilələri bu vaxta qədər neytrallaşdırıb. Ancaq son aylarda biz bu müdaxilənin tam fərqli formasını müşahidə edirik. Ölkə xaricində anti-Azərbaycan kampaniyası aparanların səhifələrinə ayda ortalama 10 min dollarlıq reklam yatırılır. Həmin kanal və səhifələri idarə edənlər isə əslən azərbaycanlı olan mühacirlərdi. Əlbəttə, “mühacir” statusu ilə xaricə gedənlərin bu qədər böyük məbləği yalnız aylıq reklama xərcləmələri artıq bu prosesin arxasında xüsusi qüvvələrin olduğunu söyləməyə əsas verir. Xaricdəki anti-Azərbaycan qüvvələrin alətə çevirdiyi bəlli blogerlər, yutuberlər ölkəmizə qarşı hücumları artırıblar. Biz müşahidə edirik ki, dünyada müharibələrin çeşidli formaları yaranır və bu formalardan ən təhlükəlilərdən biri kibermüharibələr və informasiya savaşlarıdır.

  • Bəzi düşmən qüvvələrin köləsinə çevrilmiş “siyasi mühacirlər” dəstəsinin Azərbaycan əleyhdarı olan dairələrdən...

Son dövrlər xaricdə “siyasi mühacir” adı ilə sığınacaq taparaq sosial şəbəkələrdə Azərbaycan əleyhinə qara piar kampaniyası aparan xəyanətkar dəstənin ermənipərəst dairələrin və erməni lobbisinin qrantları hesabına fəaliyyət göstərməsinə dair yeni faktlar üzə çıxmaqdadır. Radikal  müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan bəzi azərbaycanlılar ermənipərəst dairələrdən maliyyələşən beynəlxalq təşkilatların ayırdığı qrantlar hesabına inrenet TV-lər yaradaraq gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası apararaq onun beynəlxalq imicinə ləkə yaxmaq, respublikamızın daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki,  Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın getdikcə güclənməsindən vahiməyə düşən bəzi düşmən qüvvələrin köləsinə çevrilmiş “siyasi mühacirlər” dəstəsinin  Azərbaycan əleyhdarı olan dairələrdən qrant alması çoxdan ictimaiyyətimizə bəlli idi. Hamımız yaxşı bilirik ki, sığındıqları ölkələrdə sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan bu şəxslərin  öz hesablarına internet TV-lər yaratmaları, bir ayda bir neçə dəfə bu ölkədən-o ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Bütün bunlar sübut edir ki, bu adamları  öz məqsədləri üçün maliyyələşdirən, çirkli pullarla şirnikləşdirib yemləyən dairələr var. O dairələr isə bəllidir: bəzi xüsusi xidmət orqanları və erməni lobbisi.

  • Ən reytinqli mühacir internet TV-lər erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada yerləşir

Yarandığı vaxtdan ölkəmizin əleyhinə şər-böhtan kampaniyası aparan bu kanallar haqqında üzə çıxan faktlar bunun əyani sübutudur. Belə ki, bu günlərdə elə dünya erməniliyinin təsiri altında bəzi beynəlxalq təşkilatların miskin əlaltısına çevrilmiş “siysi mühacir” dəstəsinin üzvlərindən olan şəxslər  bildiriblər ki, onların layihələri qrantlar hesabına maliyyələşir və onun bütün fəaliyyəti məhz bu ianələrin üzərində qurulub. O da məlumdur ki, ən reytinqli  mühacir internet TV-lər erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada yerləşir. Fikrimizcə, başqa mülahizəyə ehtiyac yoxdur. Siyasi mühacir adı ilə maskalanan, özünü xalqımıza “demokratiya”, “insan haqları” uğrunda “mübariz” kimi sırımağa cəhd edən bu adamların iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Əslində bu xəyanətkarların ermənilərlə birgə fəaliyyət göstərdiklərini ictimaiyyəmiz çoxdan bilir. Məhz buna görə bu satqınlara, onların daxildəki “əqidədaşlarına” və xaricdəki antimilli ünsürlərə qarşı çox prinsipial və barışmaz mövqe nümayiş etdirir. Ölkə başçısı son prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimindəki nitqində bu barədə bildirmişdi:“O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

  • Nəticədə təbliğat gündəmini bəlli olmayan bir ünvan müəyyən edir…

İllərdir sosial şəbəkələr kənardan bir çox ölkə və cəmiyyətlərə təsir vasitəsi kimi istifadə olunur. Azərbaycanla da bağlı eyni proses gedir. Başqa sözlə, bütün dünyada sosial şəbəkələrdən daxilə yönəlik kənar təsir vasitələri və ya alətləri kimi istifadə olunduğu faktdır. Sosial media üzərindən ayrı-ayrı dövlətlərə yönəlik daxili informasiya siyasətinin sındırılması prosesi təkcə lokal bölgələrə deyil, qlobal səviyyədə təhlükəsizliyə hədədir. Bir çox ölkələrdə dövlətin informasiya siyasətini sosial media diqtə edir. Bu çox təhlükəlidir, əslində bütün dünyada belədir. Dövlətlərin informasiya siyasətini ünvanı bəlli olmayan sosial media müəyyən etməməlidir, bunu öz daxili və xarici maraqları çərçivəsində dövlət müəyyənləşdirməlidir. Məsələn, sosial şəbəkədə şübhəli səhifələr bir mövzu diqtə edir. Sosial medianın fikir liderləri, bir sıra xəbər saytları, yaxud hansısa şəxslər bu mövzudan öz maraqları üçün istifadə edirlər. Nəticədə təbliğat gündəmini  bəlli olmayan bir ünvan müəyyən edir. Bütün bu amillər ölkəmizə qarşı  radikal mövqedə olan bəzi “siyasi muhacirlərin” əli ilə həyata keçirilir.

  • “Söyüş söymək nə vaxtdan siyasi mübarizə üsulu olub?”

Xaricdəki bəzi mühacirlərimizin ölkəmizə qarşı apardığı təbliğatın müəyyən ermənipərəst qüvvələrin təsiri altında reallaşmasına ekspertlərin münasibəti necədir?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva  bizimlə söhbətində bildirdi ki, əslində,  “siyasi mühacir" adı ilə xaricdə yaşayanların çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayan "söyüş siyasətçilər"idir: “Xüsusən, xaricdə "siyasi mühacir" adı ilə yaşayanları nəzərdə tuturam. Onların bir çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıb. Baxın, siyasi mühacirlər də var, qeyri-siyasi mühacirlər də. Onlar tamamilə fərqli - təhqir və küçə səviyyəsində mübarizə aparırlar. Ümumiyyətlə, təhqir təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır və ölkə konstitusiyası ilə müdafiə olunur. Təbiidir ki, belələrini təsir altına salmaq çox asandır. Azərbaycanı istəməyən qüvvələr bu amildən məharətlə istifadə edir. Bununla həm Azərbaycanın daxilindəki proseslərə müdaxilə edirlər, həm də xaricdəki diasporumuzun parçalayırlar.

  • Diaspor siyasətimizi elə qurmalıyıq ki, daha çox soydaşımız yad təsirlərin altına düşməsin…

Erməni lobbisinin təsiri altında olan bu şəxslər öz mövqelərini də aydınlaşdıra bilməyiblər.  Sən özün beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərirsənsə, heç vaxt deyə bilməzsən ki, "mən hüquqlar uğrunda mübarizə aparıram". Birinci hüququ elə onun özü pozur. Bu baxımdan, onlar bəzi şeyləri qarışdırırlar. Çox ləyaqətsiz və aşağı səviyyəli sözlərdən istifadə edirlər. Adını da qoyurlar "mübarizə". Söyüş söymək nə vaxtdan siyasi mübarizə üsulu olub? Mən bunu həm mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq. Başqa ad vermək mümkün deyil.  Həmin insanlar bir kəlmə də olsun Xocalı faciəsindən danışmır. Əksinə, Azərbaycanın əleyhinə təbliğat aparırlar. Dünyanın harasında yaşayırsan-yaşa, kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq olmaz. Azərbaycan bizim dövlətimizdir. Onlar dövlətimizin ağrılı Qarabağ torpağının işğal altında olmasını, Xocalı kimi bir faciənin yaşanmasını, 1918-ci il mart soyqırımının baş verməsini təbliğ etməlidirlər. Amma bunlar əksinə fəaliyyət göstərirlər. Bu cür hərəkəti ermənilər edir. Bəzən onlar ermənilərdən də pis şəkildə Azərbaycan əleyhinə danışırlar. Ermənistanda qoyub gəldiyimiz dədə-baba torpaqlarımız var. Ordan köç edəndə, ermənilər bizim gənclərə və körpələrə qarşı vəhşiliklər ediblər. Bunlardan danışan yoxdur. Tənqid edə bilərlər, amma Azərbaycanın simvollarını təhqir edib, ölkənin milli maraqlarına zidd işlərlə məşğul olmaq düzgün deyil. Söyüş söyməklə etiraz edilmir. Söyüş söymək əxlaqsızlıqdan başqa bir şey deyil. Avropada tərbiyəsizliklər edərək milli-əxlaqi dəyərlərimizi ayaq altına atanlar, dövlətçilik maraqlarımızı erməni lobbisinin pullarına satanlar, eləcə də onları müdafiə edənlər heç bir siyasi səmərə əldə edə bilməyəcəklər. Əksinə, onlar Azərbaycan xalqının daha çox nifrətini qazanırlar”

Azərbaycan Ordusu həm hərbi təchizat, həm də kadr potensialına görə Qafqazın ən güclü ordusu olduğu kimi, biz müharibələrin digər formalarında da güclü kadrlar yetişdirməli, yeni informasiya texnologiyalarını tətbiq etməli və bu sahəyə diqqəti maksimum artırmalıyıq. Eyni zamanda, diaspor siyasətimizi elə qurmalıyıq ki, daha çox soydaşımız yad təsirlərin altına düşməsin.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ