Cümə günü, 23 oktyabr 2026
     

Bakı və Ankaranın pressinqi İrəvanı küncə sıxır, Türkiyə rəsmisindən Ermənistana “Aralıq dənizi Göyçə gölü deyil” dərsi...

Image


Aralıq dənizinin şərqində baş verənlər getdikcə beynəlxalq gündəmin əsas mövzusuna çevrilir. Görünən budur ki, bölgədə yaşananlar təkcə Aralıq dənizində yox, ümumilikdə dünyanın geosiyasi mənzərəsinin formalaşmasında mühüm rol oynayacaq.

Ekspertlər hesab edir ki, qardaş Türkiyə burada üzləşdiyi təzyiqlərə davam gətirib məqsədinə nail olsa, beynəlxalq siyasətin müəyyən edilməsində daha mühüm söz sahibi olacaq. Hazırda görünən budur ki, Ankara, bütün təzyiq və hədələrə rəğmən, dənizdə məqsədinə nail olmaq üçün addım-addım irəliləyir. Digər tərəfdən, bu vəziyyətdə dünya ölkələri Türkiyənin haqlı tərəf olduğunu da qəbul edir. Çünki hadisələri gərginləşdirən əsas tərəf indiki halda Yunanıstandır. Yəni dənizdə birgə faəliyyət barədə Almaniyanın vasitəçiliyi ilə razılıq məhz yunan tərəfindən pozuldu. Almaniyanın paytaxtında keçirilən danışıqlar nəticəsində tərəflər üç əsas mövzuda razılaşmışdı. Bu razılığa əsasən, Türkiyə və Yunanıstan Şərqi Aralıq dənizi böhranının başa çatması üçün qarşılıqlı kəşfiyyat danışıqlarına başlamalı, siyasi danışıqlar sürətləndirilməli, hərbçilər arasında etimadı artıran görüşlər davam etdirilməli idi. Amma bundan sonra yunan tərəfi Misirlə Aralıq dənizinin şərqində tədqiqat işləri aparmaq barədə müqavilə imzalamaqla Türkiyə ilə əldə edilən bütün razılığın üzərindən xətt çəkmiş oldu. Bunun ardınca Yunanıstanla danışıqlara son qoyuldu və Türkiyə beynəlxalq hüquq çərçivəsində bölgədə faəliyyətə başladı. Beynəlxalq dəniz konvensiyalarına əsasən, Türkiyə özünün materik hissəsinə yaxın suların 200 dəniz mili qədər hissəsini müstəsna iqtisadi zonası və kontinental şelfi adlandırır. Yunanıstan isə kontinental şelfi müəyyənləşdirən halın materikdən yox, adalardan başlanması iddasındadır. Onun iddia etdiyi Meis, Rodos kimi adalar isə Türkiyənin materik hissəsinin 2-3 kilometrliyində yerləşir. Bu durumda yunan tərəfi digər ölkələrdən dəstək almağa çalışır. Burada, belə demək olarsa, özünü ortaya atan tərəflərdən biri də Türkiyəyə qarşı daim düşmənçilik mövqeyi sərgiləmiş Ermənistandır.

Ermənistan Xarici İşlər Nazirliyinin bu günlərdə yaydığı bəyanatdan belə bəlli olur ki, İrəvan Egey dənizində və Şərqi Aralıqda son prosesləri və hərbi dəniz qüvvələrinin fəaliyyətini yaxından “izləyirmiş”. Bəyanatda Türkiyənin "təxribatına” qarşı Yunanıstan və Cənubi Kiprin fəaliyyətinə dəstək ifadə edilib. Amma burada bir daha qeyd edək ki, Şərqi Aralıq dənizi ilə bağlı problemlər haqda ya regional güclər və sahilyanı dövlətlər, ya da qlobal supergüclər açıqlama verir. Ermənistan kimi kiçik və Şərqi Aralığa uzaqdan-yaxından heç bir aidiyyəti olmayan, problemlər içində olan və ianələr hesabına yaşayan bir dövlətin hansısa açıqlama verməsi və "prosesləri izləməsi" sadəcə gülüncdür. Hətta bəzi erməni media orqanları belə məsələyə məhz bu prizmadan yanaşır. Məsələn, “İravnuk” qəzeti yazır ki, Türkiyənin Qafqazda mövcud siyasəti fonunda İrəvanın regiondan çox uzaq Aralıq dənizinin şərqində baş verənlərlə bağlı mövqe sərgiləməsi hansısa əhəmiyyət kəsb etmir:“Əksinə, bu hal Türkiyənin Ermənistana qarşı qəzəbini atırır. Artlq Ankara bu xüsusda sərt mövqe də sərgilədi. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun dedikləri də buna sübutdur. Ermənistanın regionda indiki həssas məqamda bu kimi məsələlərdə uzaq durması onun maraqlarına daha çox cavab verir”.

Qeyd edək ki, İrəvanın mövqeyinə Hami Aksoy kifayət qədər tutarlı bir cavab verib:“Aralıq dənizinin şərqi ilə bağlı rəy bildirməyə çalışan Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yerinə dair böyük bir yanlışlıq içində olduğunu görürük. Burada mövzu Sevan (Göyçə) gölü deyil, Aralıq dənizidir. Ermənistanın Sevr anlaşması haqqında yersiz mövqe bildirməsindən sonra bu dəfə də Aralıq dənizinin şərqi ilə bağlı fikir səsləndirməsi yeni bir həddiaşma və məsuliyyətsizlik nümunəsidir. Dənizə çıxışı olmayan Ermənistanın Birləşmiş Ərəb Əmirlikləri və Fransadan sonra özünü bölgədə söz sahibi hesab etməsi Türkiyəyə qarşı qurulmağa çalışılan hiyləgər bir ittifaqın tərəflərini göz önünə gətirir. Türkiyə Aralıq dənizinin şərqində özünün və Kipr türklərinin beynəlxalq hüquqa əsaslanan hüquqlarını qorumağa qəti şəkildə davam edəcək. Bunun qarşısını almağa heç bir ittifaqın gücü çatmaz. Deməli, bunun əksini düşünənlər tarixdən dərs almayıb. Eyni zamanda xatırladırıq ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”. Yeri gəlmişkən qeyd edək ki, rəsmı Bakı da bu məsələyə sərt reaksiya verib. Qeyd edilən xüsusda prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistanın bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə, bu kimi cəfəng açıqlamalarla çıxış etməsi bir daha rəsmi İrəvanın əsl niyyətinin öz işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir:“Türkiyəyə qarşı ərazi iddialarını dövlət gerbində əks etdirən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanın bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddi və özünə aid olmayan məsələlərə müdaxilə cəhdidir. Ermənistanın Şərqi Aralıq dənizindəki vəziyyətdən qətiyyən xəbəri yoxdur və onun bəyanatının yeganə səbəbi mövzunun Türkiyəyə aid olmasıdır. Ermənistan öz yerini bilməli və əndazəsini aşmamalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, diplomatiya ciddi bir sahədir və burada boğazdan yuxarı, məsuliyyətsiz bəyanatlara yer yoxdur. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən çox düzgün qeyd olunmuşdur ki, Ermənistan Sevan adlandırdığı, amma əsl tarixi adı Göyçə olan gölü Aralıq dənizi ilə qarışıq salmamalıdır. Qardaş Türkiyə beynəlxalq hüququn norma və prinsiplərini və öz milli maraqlarını rəhbər tutaraq Şərqi Aralıq dənizində fəaliyyətini həyata keçirir. “Oruc Rəis” seysmik gəmisinin də təyinat məntəqəsinə yan alması qanunauyğun xarakter daşıyır. Biz Türkiyənin mövqeyini birmənalı dəstəkləyirik. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur”. Beləliklə, baş verənlər və qeyd edilənlər göstərir ki, İrəvanın  Aralıq dənizi ilə bağlı mövqeyi bu ölkənin türk düşmənçiliyini istənilən müstəvidə davam etdirməkdə israrlı olduğunu yenidən üzə çıxarır. Amma bundan uduzan tərəf yenə Ermənistan özü olacaq.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ