Cümə günü, 23 oktyabr 2026
     

İlham Əliyev azərbaycançılıq ideyasının nəzəri-praktik təzahürlərinə hansı yenilikləri gətirdi...

Image


Müasir azərbaycançılıq ideologiyasının inkişafında, onun Azərbaycan xalqının və dövlətçiliyinin vahid ideologiyası kimi yaşamasında və təbliğ edilməsində Prezident İlham Əliyevin xüsusi dəyərə malik olan rolu var. 

  • “Öz milli xüsusiyyətlərimizi itirməmişik...”

Bilirik ki, azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir.

Tarixçilər haqlı olaraq yazırlar ki, biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışlarından birində “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanıb. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər” - deyə bildirib.

AMEA Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə ulu öndər Heydər Əliyevin İlham Əliyevin siyasi avtoportreti haqqında söylədiyi fikirləri xüsusi qeyd edir. Heydər Əliyev İlham Əliyev barədə deyib: “O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsdir”.

R.Mirzəzadə qeyd edir ki, Heydər Əliyev tərəfindən ölkədə rəsmiləşən azərbaycançılıq ideologiyası İlham Əliyev siyasətində etnik, ideoloji və siyasi-mənəvi standart oldu. “Müasir Azərbaycanda heç bir azərbaycanlı özünü heç bir xalqdan əskik bilmir. Milli qürur hissi sözdə deyil, həm də işdə, əməldə özünü göstərir. Bu, ulu öndər Heydər Əliyevin qürurla söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” geniş siyasi fəlsəfəsində və cənab İlham Əliyevin “mən hər bir azərbaycanlının Prezidentiyəm” strateji-məntiqi fikrində əks olunur” - deyə R.Mirzəzadə qeyd edib.

  • “İlham Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəviliklə vəhdətdə modernliyi də əks etdirir”

R.Mirzəzadə İlham Əliyevin azərbaycançılqı ideyasının nəzəri-praktik təzahürlərinə bir sıra yeniliklər gətirdiyini vurğulayıb: “XXI əsrdə Prezident İlham Əliyev siyasətində azərbaycançılıq təşəkküldən təkamülə, formalaşmadan inkişafa yüksəldi, nəinki regionda, həm də qlobal səviyyədə tanıdılmağa başladı.

- İlham Əliyev strategiyasında Azərbaycanın modernləşdirilməsi milli ictimai-siyasi dəyərlər sisteminin əsas tərkib hissəsi kimi xarakterizə olunur.

- İlham Əliyev modernləşmə xəttində sosial dövlət, balanslaşdırılmış xarici siyasət, sabitlik, dayanıqlı iqtisadi inkişaf və yeni təfəkkür tərzinin, yəni mədəni-mənəvi müxtəlifliyin həyat tərzi kimi dövlət səviyyəsində qəbulu, bütün dinlərə qarşı tolerant mühit, hər cür ayrıseçkiliyin aradan qaldırılması və s. bu kimi ideyaların formalaşdırılması azərbaycançılığın mühüm əlamətlərindəndir. Bu standartlar və varislik yolu ilə ta qədimdən müasir dövrədək gəlib çatmış, azərbaycançılıq ideyasından əxz olunaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri çərçivəsində bərqərar edilib. Bu kontekstdə cənab İlham Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəviliklə vəhdətdə modernliyi də əks etdirir.

- İlham Əliyev milli kimlik, yəni ənənəvi müsəlman ictimai-psixoloji mentalitet stereotipləri qayəsində həm də bəşəri dəyər kimi modern “multikulturalizm Azərbaycanda həyat tərzidir” fikrilə tolerantliğa söykənən “Yeniləşən Azərbaycan modelini” dünyaya təqdim etdi, humanitar bir cəmiyyət formalaşdırdı.

- İlham Əliyev ixtisasca beynəlxalq münasibətlər üzrə peşakar mütəxəssis olduğu üçün də emprik-nəzəri mətndə azərbaycançılığa əks qüvvələrin, eləcə də islamafobiya mərkəzlərinin ölkədə təbliğ etmək istədikləri gizli məramlı qara bayraqlı dinçilik şüarlarını, müəyyən təşviqat planlarını dağıtdı.

-  İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci il “İslam həmrəyliyi ili” elan olunmaqla, həm islam ölkələrini bir daha əməkdaşlığa, mənəvi-mədəni, həm də dünya dövlətlərini bəşəri mədəni-mənəvi dəyərlərin vəhdətinə səslədi.

- İlham Əliyev “İslam həmrəyliyi ili” konstektində Qərbin “İslam terrorist dindir” əsassiz reklamına qarşı çıxaraq, Müsəlman Şərqində  “rəhbəri, başçısı, lideri, ideologiyası, dövləti olmayan” təşviqinə alternativ mükəmməl, lider+xalq=güclü Azərbaycan dövləti və onun nüfuzlu, sözü beynəlxalq tribunalardan qəbul edilən Prezident İlham Əliyev siyasi portretini təqdim etdi.

- İlham Əliyev dəyərlər sistemində dövlətçilik və dövlət quruculuğu öncül yerdədir və bu şəxsiyyət dəyərinin alilik göstəricisidir” - deyə R.Mirzəzadə qeyd edib.

  • “Özündə azərbaycançılıq təlim-tərbiyəsinin nümunəvi obrazını yaratdığına görə...”

P.Mirzəzadənin fikrincə, ulu öndər Heydər Əliyev məktəbinin kamil yetirməsi İlham Əliyev zəkası, məntiqi, idrakı, milli mənliyi, tolerantlığı, humanistliyi, təşkilatçılığı, həm də vətənsevərliyilə  böyük nüfuza malikdir.

“ - İlham Əliyev bütün mədəni-mənəvi, intellektual-elmi, humanist və ümumbəşəri keyfiyyətlərinə görə, özündə azərbaycançılıq təlim-tərbiyəsinin nümunəvi obrazını yaratdığına görə, Azərbaycan cəmiyyətində özünə ümumxalq istəyi qazandırmış və Azərbaycan vətəndaşları İlham Əliyevi istəyərək etimad göstərir.

- İlham Əliyev XXI əsr dünya səviyyəsində tanınan və öz kreativ ziyalılığı və modernliyilə sayılıb-seçilən siyasətçi Lider-Rəhbərdir.

- İlham Əliyev xarizmatik liderdir və belə şəxsiyyətlər bütün zamanlarda öz xalqını, ölkəsini, vətənini sevərək tanıdıb təqdim etməklə yaşadır, həm də xalqının özünəməxsus milliçilik ənənələri fəlsəfəsinə uyğun cəmiyyət həyatına novator dəyişikliklər və müasirlik bəxş edir.

- İlham Əliyev strategiyasında daxili və xarici siyasət, sosio-iqtisadi inkişaf və azərbaycançılıq ideologiyası istiqamətində olan “İnkişaf məqsədimizdir” modeli özü də bir nümunəvi siyasi-fəlsəfi məktəbdir.

- İlham Əliyevin sosio-ideoloji xəttində türkçülük Azərbaycan xalqının vacib mənşəyi, onun türk etnosu qrupuna aidiyyəti və milli ictimai şüurdan qaynaqlanıb və müasir Türk dünyasının tərkib hissəsi kimi, beynəlxalq səviyyədə Türk dünyasının ortaq dəyərlərinin daşıyıcısı olaraq müdafiə edilməsidir.

- XXI əsrdə İlham Əliyev Türk dünyasının aparıcı siyasi liderlərindən biridir”.

  • “…azərbaycançılıq ideyası məzmununda inkişaf istiqamətləridir”

R.Mirzəzadə qeyd edir ki, Prezident İlham Əliyevin siyasi-mənəvi xəttində İslam-müsəlman dünyasına mənsubluq da Azərbaycanın etnik-mənəvi, mədəni-tarixi, ictimai- siyasi, coğrafi-ərazi, hüquqi-ideoloji xüsusiyyətlərində əxz olunur. “Müasir Azərbaycanın bir örnək müsəlman dövləti kimi inkişafı bunun nümunəsidir.

- “Neft kapitalını insan kapitalına çevirək” və “AMEA intellektual elmi bazamızdır” söyləyən ölkə başçısı Azərbaycan xalqının intellektual səviyyəsinin artması yönündə, onun müasir texnologiyalarla təmini, perspektivli  özünüifadə və özünütəsdiq metodları və vərdişlərinin  innovativləşməsi, gənc nəslin də bu paradiqmalarda tərbiyə edilməsi Cənab İlham Əliyevin azərbaycançılıq ideyası məzmununda inkişaf istiqamətləridir.

- Azərbaycan Qafqaz regionunda və dünya səviyyəli beynəlxalq qurumlarda söz sahibi və regionda inkişaf edən ölkə olaraq, onun da mövqeyilə razılaşılır, xarici siyasətdə də dünyadan kənarda qalmadan təcrid olunmamış və cənab İlham Əliyev balanslı qarşılıqlı münasibətlərə söykənən beynəlxalq siyasət yürüdür.

- İlham Əliyevin azərbaycançılıq kursunda ölkədə bərabərhüquqlu vətəndaş həmrəyliyinin qorunub saxlanması, siyasi-ictimai sabitliyin qorunması, əhalinin maddi rifah səviyyəsinin yaxşılaşdırılması prinsipləri özəl yer tutur və sosial yönümlülük dövlətin əsas prioritet kursudur.

- Azərbaycançılıq ideologiyasının XXI əsrdə aktuallaşması, yeni məzmunda təkamülü cənab İlham Əliyev siyasi xəttində onun çoxşaxəli inkişafı üçün perspektivlər yaradıb.

- Azərbaycançılıq ideologiyasının təkamülündə cənab İlham Əliyev siyasi xəttinin spesifik paradiqmallığı və hərtərəfli inkişafı, milli ictimai-siyasi şüurun əsaslarının formalaşmasında bu yolun yüksəlişi müasir modern Azərbaycanın rəmzidir”.

  • “Mən hər bir azərbaycanlının Prezidentiyəm”

“ - İlham Əliyev müstəqil Azərbaycanın siyasi-ictimai tarixində praqmatik novator, qurucu-islahatçı, multikulturallığı və həmrəyliyi təmin edən, rasional və kreativ məntiqli, elitar davranışlı, milli mənsubiyyəti ənənəvilik və modernliklə təmsil edən XXI əsr Azərbaycanın “mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən Lideri və “heç vaxt Qarabağ müstəqil dövlət olmayacaq” fikrini hökmlə bəyan edən Ali Baş Komandan, həmçinin, “Bizim üçün bir tarixi amil – azərbaycançılıq ideologiyası var” deyən ulu öndər Heydər Əliyev məktəbinin ən uğurlu və kamil yetirməsidir” - deyə professor R.Mirzəzadə Prezident İlham Əliyevin azərbaycançılıq görüşlərini  təhlil edərkən qeyd edib.  

  • “Azərbaycan artıq daxildə dövlətçiliyimizin inkişafı, sosial rifahın təminatı, xarici siyasətdə isə milli maraqların ödənilməsi üçün təsirli vasitəyə malikdir”

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikirlərinə görə, İlham Əliyevin prezidentliyi ölkənin beynəlxalq əlaqələri baxımından da keyfiyyətcə daha effektiv zamana təsadüf edir. “İndi Azərbaycan nə beynəlxalq tanınma həsrətində olan, nə ətrafında formalaşdırılmış antitəbliğat maneəsini aşıb keçməyə çalışan, nə də dünyaya çıxış yolları arayan dövlətdir”. Alim qeyd edir ki, Azərbaycan son on ildə ciddi əsaslara malik, balanslaşdırılmış xarici siyasət kursu tutub. “Azərbaycan artıq daxildə dövlətçiliyimizin inkişafı, sosial rifahın təminatı, xarici siysətdə isə milli maraqların ödənilməsi üçün təsirli vasitəyə malikdir...

İlham Əliyevin hakimiyyəti, bütövlükdə, yenilik məfhumu ilə sıx surətdə bağlıdır… M.Musayev göstərir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həm ölkə daxilində, həm beynəlxalq miqyasda gördüyü işlər, qazandığı misilsiz nailiyyətlər onun aparıcı dövlət xadimi kimi parlaq perspektivlərə malik olduğunu sübut edir”.

V.Ömərov qeyd edir ki, bu gün Qarabağ problemi məhz Azərbaycanın ərazi bütövlüyünün tanınması çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, beynəlxalq təşkilatların vasitəçiliyilə həll olunmalıdır. Bu, problemin sülh yolu ilə həlli deməkdir. “Bu gün Azərbaycan dövlətinin xarici siyasətində beynəlxalq hüquq normalarına yüksək səviyyədə bütün diplomatik gedişlərdə riayət edilməsi dövlətimizə qarşı ədalətli mövqenin bərpasına, beynəlxalq aləmdə Azərbaycana olan inamın artmasına, uzunmüddətli faydalı əməkdaşlığa və dövlət maraqlarımızın beynəlxalq səviyyədə təmin edilməsinə yönəlmişdir”.

O, vurğulayır ki, bütün bunlar Azərbaycan Prezidentinin yeritdiyi münaqişənin danışıqlar və sülh yolu ilə həlli prinsipinin ardıcıl və prinsipial şəkildə həyata keçirilməsinin labüd nəticəsidir...

Mütəxəssislər qeyd edirlər ki, azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək deyib: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ