Cümə günü, 23 oktyabr 2026
     

Minsk Qrupunda Türkiyənin həmsədrliyi qaçılmaz oldu – təcavüzkara Rusiya-Fransa dəstək tandemini neytrallaşdırmağın tək yolu…

Image


Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib.

Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bugünə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilməklə bugünə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Görünən budur ki, İlham Əliyev beynəlxalq arenada Azrbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Xüsusilə də  Azərbaycanın milli marqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır. Dünyanın ən nəhəng ölkəsi olan Rusiyadan məsələnin aydınlaşdırılması və xüsusi izahat tələb olunması buna sübutdur. Rusiyadan Ermənistana silah daşınmasını təsdiq edən kifayət qədər məlumatlar mövcuddur. Məlum olub ki, Tovuz təxribatı zamanı Rusiyadan Ermənistana təyyarə vasitəsilə 7 silah dolu reys edilib. 2 reys iyulun 17-nə,  döyüşlərin qızğın vaxtına təsadüf edir. 18, 20, 27, 29  iyul  və 4 avqust tarixlərində isə bir reys edilib. Silahın daşınması Rusiyanın İL-76 təyyarələri ilə həyata keçirilib. Uçuş trayektoriyası çox dolanbac olub və Rostov- Minvodı-Aktau-Türkmənbaşı-Noşer-Rəşt- Mehri-İrəvan marşrutu üzrə həyata keçirilib.  Çox maraqlıdır ki, bu marşrutun uzunluğu  2000 km təşkil edir və uçuş müddəti 3 saat 30 dəqiqə çəkir. Məntiqlə ən asan və tez çatılan marşrut Gürcüstan üzərindən olardı. Bu, cəmi 500 km məsafə və bir saat vaxt edir. Görünən budur ki, rəsmi Tiflis əsl strateji müttəfiq kimi davranaraq, buna icazə verməyib və nəticədə Rusiyaya məxsus təyyarələr üç ölkə - Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə bu qanunsuz silah tranzitini reallaşdırıb. Təbiidir ki, Azərbaycan öz diplomatik kanalları ilə qanunsuz silah daşınması üçün Rusiyaya hava dəhlizi verən ölkələrə də öz etirazını bildirəcək.

 Bu, Rusiyanın Ermənistanı gizli yolla silahlandırmasını təsdiq edən ilk fakt deyil. General-mayor Lev Roxlin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxışında bu məsələyə toxunmuşdu . Həmin hadisədən sonra həyata keçirilmiş araşdırmalar bunu təsdiq edən ən mötəbər sübutdur. Bütün faktlar təsdiq edir ki, Rusiya Ermənistanı silahlandırmağa davam etməklə işğalçı ölkəyə birbaşa dəstək verir. Belə  silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Görünən budur ki, acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də Rusiya  silahları Ermənistana pulsuz verilir. Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun  ATƏT  MQ-nin həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizliy"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir.

Bir daha sübut olunur ki, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT  MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.

Politoloq Qabil Hüseynli  “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya bu məsələdə birmənalı mövqe tutur:“Həm torpaqların işğal edilməsində, həm də problemin həll  prosesinin dondurulmasında ən böyük rolu Rusiya oynayıb. Rusiya ənənəvi xristian təəssübkeşliyini önə çəkməklə Ermənistandan bir maşa kimi istifadə edir. Bu dəfə də ənənəsinə sadiq qaldı. Mən əminəm ki, Tovuz hücumunun ideya rəhbəri Rusiya olub. Çünki Azərbaycan Avropa bazarlarına ciddi qaz istehsalçısı kimi daxil olur. Bu ilin axırlarına doğru qaz yataqlarımızdan mavi yanacağın verilməsinə başlanacaq. Təxminən 32 milyard kubmetr həcmində qaz göndəriləcək. TANAP-ın TAP qolu da işə düşüb. Bu məqamda Rusiyanın Ermənistanı Tovuzda təxribata təhrik etməsi təsadüfi deyil. Çünki o, onunla Avropa bazarlarında rəqabət aparan başqa ölkənin inkişafını istəmir. Artıq təsdiqlənir ki, Ermənistana “Tovuzdan hücum et” komandası hardan gəlib. Çünki bizim əsas borular həmin ərazidən keçir. Bununla Rusiya Ermənistan vasitəsilə həmin layihələrə təhdid yaratmaq istəyirdi. Ordumuz qəhrəmancasına döyüşüb, bu işğal planının qarşısını aldı. Türkiyə yaxşı başa  düşdü ki, bu işlərin arxasında Rusiya dayanır.  Ərdoğanın yaxşı bir sözü var. O, Tovuz hadisələrini nəzərdə tutub deyirdi ki, bu məsələ Ermənistanın boyunu aşar. Burada elə Rusiya nəzərdə  tutulurdu. Prezidentin bugünkü telefon danışığı kifayət qədər cəsarətli addımdır. Artıq görünür ki, Azərbaycan proseslərə tam hakimdir və tam müstəqil siyasət həyata keçirir.  Rusiyaya tutduğu bu haqsız mövqeyə görə bildirilən etiraz çox doğrudur. Belə bir ölkənin Minsk Qrupunda həmsədr kimi qalması isə yolverilməzdir”.

Təbiidir ki, ortaya qoyulan ciddi faktlar Azərbaycanı haqlı etiraz etməyə vadar edib. Məsələnin maraqlı tərəflərindən biri də bizimlə qonşu olan bəzi müsəlman ölkələrinin Rusiyaya silah daşınması üçün hava dəhlizini verməsidir. Çox güman ki, həmin ölkələrin də ünvanına haqlı etirazlar ediləcək.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirdi ki, Rusiyanın son hərəkətləri MQ həmsədrlərinin fəaliyyətində ədalətli balansın tam pozulduğunu və ya mümkünsüz hala gəldiyini göstərir. Üç həmsədr ölkədən ikisinin – Rusiya və Fransanın Ermənistana və deməli, təcavüzkara açıq hərbi-siyasi dəstək verdiyi aydındır, bu şəraitdə Azərbaycana ədalətli münasibət olacağı mümkünsüzdür. Hadisələr göstərir ki, Türkiyənin MQ həmsədrlərindən biri olmasının vaxtı çatıb. Türkiyə böyük regional beynəlxalq hərbi-siyasi gücə çevrilib, onun Qarabağ probleminin həllinə kənardan baxmasına son qoyulmalıdır.

Minsk Qrupunun təcavüzkar Ermənistana Rusiya-Fransa tandemi formasında açıq dəstək var. Bu, region üçün çox təhlükəlidir. Təcavüzkara Rusiya-Fransa dəstək tandemini neytrallaşdırmağın tək yolu Türkiyəyə həmsədr ölkə statusu verməkdir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ