Cümə günü, 23 oktyabr 2026
     

Təl-Əvivdə Azərbaycana böyük həmrəylik aksiyası – Ermənistanın İsrail-Azərbaycan yaxınlaşmasını pozmaq cəhdlərinə tutarlı zərbə…

Image


İsrailin Təl-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş-mitinq keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsraildə Azərbaycan Evinin təşkil etdiyi aksiyada bu ölkədə yaşayan 400-dən çox Azərbaycan kökənli soydaşımız iştirak edib. Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Yürüş-mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Erməni terroruna son!", "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq", "Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!" və sair şüarlar səsləndirilib.

Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.

Bəyanatda bildirilib ki, İsraildə Azərbaycan Evinin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diasporun Əlaqələndirmə Şurasının üzvləri ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistanın işğalçı qüvvələrinin həyasızcasına və azğıncasına törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər. Qeyd edilib ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı nəticəsində erməni işğalçıları geri çəkilib və böyük itkilər veriblər:

"Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmaları SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, o dövrdə Azərbaycan ordusunun hələ formalaşmaması məqamından sui-istifadə edərək, bütün dünyadan – Livan, Suriya və digər ölkələrdən başkəsən erməni silahlılarını toplayaraq, Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər".

Soydaşlarımız xüsusilə vurğulayıblar ki, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə fəxr edirlər:"Bu gün bizim diasporun İsraildə tərbiyə almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq".

Göründüyü kimi, dünyanın nüfuzlu ölkələrindən birində Azərbaycan diasporunun nümayəndələri dövlətimizi dəsəkləyən konkret mövqe ortaya qoyublar. Maraqlıdır ki, bütün bunlar Ermənistanın Azərbaycan-İsrail münasibətlərinə xələl gətirmək cəhdləri ərəfəsində yaşanır. Bir neçə gün əvvəl ermənilər İrəvandakı  Holokost abidəsinə “Yəhudilərə ölüm” şüarı yazmışdılar. Bunu da İsrailin Azərbaycana silah satmasına etdikləri etirazla əlqələndirmişdilər. Məhz belə məqamda İsraildən ölkəmizə verilən açıq dəstək ermənilərin bütün cəhdlərini puç etmiş oldumu?

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tovuz hadisələri bizə dostumuzu, düşmənimizi daha yaxından tanımaqla bağlı əlavə bir şans verdi:“Xüsusilə də bizim diasporumuz bu prosesdən üzüağ çıxa bildi. Mənim diaspor sahəsində geniş təcrübəm var. Tam məsuliyyətilə deyə bilərik ki, bu proseslərdə biz əsrlərlə təşkilatlanmış erməni diasporunun mövqelərinə sarsıdıcı zərbələr vura bildik. Bunun da başlıca səbəbi bizim diasporumuzun bütün ölkələrdə vahid mövqedən çıxış etməsi oldu. Artıq vətən, dövlət, ordu məsələsində xaricdəki diasporumuz təşkilatlana bilir. Bütün siyasi maraqlar, incikliklər kənara qoyulur.  Bizim bu hadisələrdə müşahidə etdiyimiz daha bir vacib məqam oldu: soydaşlarımızla yanaşı, digər millətlərin nümayəndələrinin də bizimlə çiyin-çiyinə dayanması. Bu amil Ermənisan  hakimiyyətini çox narahat etdi. Təsadüfi deyil ki, Paşinyan məhz bu hadisələrdən sonra İrəvanda diaspor işinə cavabdeh olan dövlət qurumunda təmizləmə apardı. Bu faktın özü Ermənistanın məğlubiyyətinin etirafı sayıla bilər. Təbiidir ki, dünyadakı erməni diasporu bu səhvləri düzəltmək, bizim mövqelərimizə ziyan vurmaq istiqamətində hərəkətə keçib.  Onları narahat edən amillərdən  biri də İsraildəki Azərbaycan diasporu ilə bağlı olan vəziyyətdir. Ordan bizə konkret dəstək gəlir. Ən marqlısı isə budur ki, bunu edən yəhudi əsilli şəxslərdi. Əsl diaspor nümunəsi budur. Azərbaycanı özlərinə vətən sayan həmin şəxslər aksiyada Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıb,  "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq!" şüarlarının səsləndiriblər. Bu aksiya həm də  Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın baş tutmaması üçün əllərindən gələni əsirgəmədilər. Hətta aksiyadan bir neçə gün əvvəl İrəvanda şantaj əməlinə də əl atdılar. Bütün bunlar sübut etdi ki, ermənilərin heç bir etirazı İsrail-Azərbaycan münasibətlərinə kölgə sala bilməz. İsraildə keçirilən son aksiya möhtəşəm alınıb. Bu cür mətinliklərinə görə mən öz təşkilatımız adından yəhudi qardaşlarımıza dərin minnətdarlığımızı bildirirəm”.

Doğrudan da İsraillə Azərbaycanın münasibətləri  strateji maraqlar  və möhkəm təməllər üzərində qurulub. Bunu daha möhkəm edən amillərdən biri də həmin ölkədə çoxlu sayda Azərbaycan əsilli yəhudinin yaşamasıdır.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ