Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycan və Türkiyə güc nümayişlərini Şərqi Aralıq dənizinə daşıyacaq...

Image


Son dövrlərdə Şərqi Aralıq dənizi hövzəsində enerji ehtiyatlarının aşkarlanması fonunda burada geosiyasi mübarizənin də yeni mərhələyə qədəm qoyması müşahidə olunur. Hətta proseslər o səviyyədə inkişaf edir ki, qardaş Türkiyənin burada hər an savaşa başlaması da tamamilə gözlənilən sayılır.

Qeyd edək ki, Şərqi Aralıq dənizində aşkarlanan karbohidrogen ehtiyatlarının çıxarılması və ixracı istiqamətində Yunan Kipri, Yunanıstan, Misir, İsrail kimi hövzə dövlətləri fəal iştirak edir. Amma məsələ bundadır ki, bu ehtiyatların bir çoxu Türkiyə, Şmali Kipr və Liviya sularında yerləşir. Ankara artıq bu istiqamətdə fəaliyyət üçün bölgəyə qazma gəmiləri göndərib, həmçinin mümkün təhdidləri önləmək üçün bura hərbi qüvvələr də yeridib. Amma qarşı tərəf bunlara etiraz edərək, Türkiyə ilə savaşa səbəb olacaq addımlar atır. Elə bu günlərdə Misir və Yunanıstanın xarici işlər nazirləri Samih Şukri ilə Nikos Dendiyas Qahirədə görüşərək, Aralıq dənizində iqtisadi zona, hüdudların təyini barədə memorandum imzalayıblar. Misirin xarici işlər naziri bu anlaşma sənədinin imzalanmasından sonra yunan həmkarı ilə birgə mətbuat konfransında deyib ki, həmin sənəd hər iki tərəfə nəzərdə tutulan iqtisadi zonada mövcud olan təbii ehtiyatlardan istifadə etmək və təbii neft və qaz kəşfiyyatı ilə məşğul olmaq icazəsi verəcək. Amma məlumdur ki, bu anlaşma sənədi Türkiyə ilə Liviya milli birlik hökuməti arasında imzalanmış memoranduma cavab olaraq imzalanıb. Yunanıstanın xarici işlər naziri anlaşma sənədinin imzalanmasından sonra deyib:“Türkiyə ilə Liviya milli birlik hökuməti arasında imzalanmış memorandum qanunsuzdur və Afina Aralıq dənizinin şərqindəki hər cür problemlə mübarizə aparmaq üçün Qahirə ilə əməkdaşlıq edəcək”.

Bu fonda Türkiyə Xarici Işlər Nazirliyi də Yunanıstanla Misir arasında bağlanmış anlaşma sənədinə reaksiyada onu qanunsuz adlandırıb. Bildirib ki, Qahirə-Afina memorandumunda təyin edilmiş zona Türkiyə yaylası hüdudlarında yerləşir:“İmzalandığı açıqlanan qondarma dəniz zonalarının məhdudlaşdırılması anlaşması Türkiyə üçün "yox" deməkdir. Bu mövqeyimiz həm diplomatik, həm də əməli olaraq ortaya qoyulacaq. “Məhdudlaşdırılan” sahə BMT-nin müəyyən etdiyi kimi Türkiyə şelfinə daxildir. Türkiyə sözügedən sahədə hər hansı fəaliyyətə icazə verməyəcək və Şərqi Aralıqda ölkəmizin və Kipr türklərinin suveren haqq və hüquqlarını qətiyyətlə müdafiə edəcək”. Bunlar fonunda məsələnin danışıqlar yolu ilə həlli də artıq mümkünsüz görünür. Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın qeyd edir ki, Şərqi Aralıq dənizi ilə bağlı razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir: “Yunanıstanla Misir arasında razılaşma əldə olunduqdan sonra prezident Rəcəb Tayyip Ərdoğan bizə açıq şəkildə göstəriş verdi:“Danışıqları dayandırırsınız. Almanlara və yunanlara bu barədə məlumat verin. Biz bu danışıqlara başlaya bilmirik. Yunanıstanla Misir arasında razılaşma Türkiyə üçün yox hökmündədir”. Çünki bu, yenidən Türkiyəni Şərqi Aralıq dənizi məsələsindən kənarda qoymaq və bizi Antalya körfəzinə məhkum etmək üçün atılmış addımdır. Türkiyə bunu heç vaxt qəbul etməz. Şərqi Aralıq dənizi mövzusunda 2 məqsədimiz var. Birincisi, dəniz sərhədi ilə bağlı məsələ, digəri isə Kipr türklərinin haqq və maraqları. Bütün bunlara baxmayaraq, Türkiyə məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Ancaq burada razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir”.

Bu durumda yunan hökuməti karbohidrogen ehtiyatları məsələsini öz lehinə həll etmək məqsədilə birtərəfli olaraq özlərinin elan etdiyi Xüsusi İqtisadi Zonada karbohidrogen yataqlarında aparılacaq kəşfiyyat layihələrini ABŞ-ın “Exxon-Mobile”, Fransanın “Total” və İtaliyanın “Eni” şirkətlərinə verməklə ABŞ və Avropa İttifaqı ölkələri ilə Türkiyəni qarşı-qarşıya gətirməyə çalışır. Amma Türkiyə, güc yolu ilə olsa belə, maraqlarını kimsəyə güzəştə getməyəcək. Indiki halda Ankara bunun üçün regiona əlavə hərbi gəmilər cəmləşdirir. Yaranmış vəziyyətdə Azərbaycan da qardaş ölkənin yanında yer aldığını açıq bildirir. Belə ki, “TurAz Qartalı” və qurudakı hərbi təlimləri ilə düşmənlərinə mesaj verən Azərbaycan və Türkiyə güc nümayişlərini Şərqi Aralıq dənizinə daşıyacaq. Məsələ burasındadır ki, Azərbaycan Türkiyənin liderliyi ilə icra olunan Aralıq dənizi Qalxanı Hərəkatına qatılmağa hazırlaşır. Xəzər dənizində ən güclü donanmalardan birinə sahib olan və Türkiyənin dənizlərdəki təlimlərinə yüksək səviyyədə qatılan Azərbaycan ordusu Aralıq dənizində ticarət və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində qardaş ölkə ilə əməkdaşlıq edəcək. Türkiyənin 2006-cı ildən bəri icra etdiyi Aralıq dənizi Qalxanı Hərəkatına yaxın zamanda Qazaxıstan və Türkmənistanın da daxil olacağı gözlənir.  Azərbaycanın kəşfiyyat əməkdaşlığı və donanmanın digər ünsürləri ilə təlimlərə genişmiqyaslı fayda təmin edəcəyi bildirilir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş şöbə rəisi, istefada olan polkovnik Unal Atabay baş verənlərlə bağlı bildirir ki, Türkyənin qarşısında Liviya ilə dəniz maraq zonasının müəyyən edilməsi və qorunması, Yunanıstanla Misirin Aralıq dənizində əngəlləyici həmlələrini dəf etmək, öz maraqlarını qoruyaraq qeyri-legitim ittifaqları pozmaq vəzifəsi dayanır:“Eləcə də Ermənistanın Azərbaycana yönəlmiş təcavüz və hücumları ilə Türkiyəni Azərbaycanda da çatışmaya sürükləmək məqsədi güdülür. Türkiyə kirli oyunlara qarşı hər cür şərtlər və risq altından rahatca çıxa, eyni vaxtda bir çox cəbhədə mübarizə apara bilər. Türkiyə Silahlı Qüvvələrinin bu qabiliyyəti ordumuzun tarixi köklərindən və yüzillərə dayanan döyüş təcrübəsindən qaynaqlanır”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ