Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərərncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Sıra
sayı
Tədbirin adı
Ayrılan vəsait
1
Bərdə rayonunun Məşədiibişli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
207 000
2
Cəlilabad rayonunun Axtaxana kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
3
Cəlilabad rayonunun Çəmənli kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
283 000
4
Cəlilabad rayonunun Novruzallı kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
256 000
5
Goranboy rayonunun Abbasqulular kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
350 000
6
Goranboy rayonunun Gürzallar kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması
7
İmişli rayonunun Oruclu kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
8
Lerik rayonunun Andurma kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
9
Lerik rayonunun Aşağı Çayrud kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
10
Lerik rayonunun Laman kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
11
Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
12
Neftçala rayonunun Elektrik şəbəkə kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
13
Quba rayonunun Kardaş kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
14
Quba rayonunun Muçu kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
356 000
15
Quba rayonunun Ördüc kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
16
Qusar rayonunun Langi kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
17
Qusar rayonunun Qullar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
18
Qusar rayonunun Torpaq körpü kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
19
Samux rayonunun Qədili kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
20
Şəki rayonunun Vərəzət kəndində 56 şagird yerlik modul tipli köçkün ümumi orta məktəbinin quraşdırılması
21
Tovuz rayonunun Mollaayrım kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
22
Xaçmaz rayonunun Çuxuroba kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
23
Xaçmaz rayonunun Xanlıqoba kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
24
Xaçmaz rayonunun Xanoba kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
382 000
25
Xaçmaz rayonunun Hacıməmmədoba kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması
26
Xızı rayonunun Türkoba kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması
Cəmi:
7 000 000