şənbə günü, 24 oktyabr 2026
     

“Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir” - Vüqar Rəhimzadə

Image


“Hazırda dünya ölkələri COVID-19-un  yaratdığı dərin böhranla üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını təsdiqləyir. Bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində xeyli aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Dövlətimizin başçısı İlham Əliyev avqustun 6-da  koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirmişdir ki, bu müsbət dinamika  koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağımızı söyləməyə əsas verir”. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, insanların sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi  çətinliklərin aradan qaldırılması üçün yeni modelin tətbiqinə böyük ehtiyac yaranıb:”Azərbaycanın  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən nümayiş etdirdiyi yeni iqtisadi və sosial  inkişaf modeli beynəlxalq səviyyədə də dəstək qazandı. Belə ki, hətta ən çox inkişaf etmiş ölkələr  yaranmış çətinliklər qarşısında aciz qaldığı  bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə oldu. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılaraq pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 min şəxsə, iyun ayında isə  290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik  ödəmə olunub.  Bu kimi biri-birindən əhəmiyyətli addımlar  bir tərəfdən möhtərəm  Prezidentimizin vətəndaşına diqqət və qayğısının,  digər tərəfdən isə ölkəmizin  iqtisadi gücünün göstəricisidir. Bir sözlə,  mövcud reallıqlar Azərbaycanın zamanın istənilən çağırışına cavab vermək iqtidarında  olduğunu nümayiş etdirir”.

“Dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin  nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaş məmnunluğu günbəgün artır” söyləyən baş redaktor bildirib ki, bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur:”Qeyd olunan videoformat şəklində konfransda da dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə atılan addımları statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, cənab Prezident İlham Əliyevin 19 mart  2020-ci il  tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və onlar uğurla icra edilməkdədir. “O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır” söyləyən möhtərəm Prezidentimiz vurğulamışdır ki,  son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb.  Təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub”.

V.Rəhimzadə Azərbaycanda iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını önə çəkərək bildirmişdir ki, 2019-cu ildə  ölkəmizdə  həyata keçirilən iki sosial paket 4,2 milyon insanı əhatə etdi:”Müxtəlif kateqoriyadan olan  insanların əməkhaqları artırıldı. Həmçinin minimum əməkhaqqının, minimum pensiyaların məbləği dəfələrlə artırıldı. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan hər bir yeniliyin,  təkmilləşmənin tətbiqini qarşıya mühüm vəzifə kimi qoyur. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda  heç bir sosial layihənin təxirə salınmaması da deyilənlərin təsdiqidir.  Dövlətimizin başçısı bildirmişdir:“Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib”. Sosial siyasətin əsas tərkib hissəsi olaraq qaçqın və məcburi köçkünlərə dövlət qayğısı davamlılığı ilə diqqət çəkir. Belə ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox məcburi  köçkün ailəsinin faydalanacağı bildirilir. Eyni zamanda, cari ildə 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Ümumilikdə 9 minə yaxın ailənin bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəyi nəzərdə tutulub. Atılan bu kimi addımlar bir daha dövlətimizin həyata keçirdiyi siyasətin təməlində insan amilinin dayandığını təsdiqləyir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ölkəmiz  bütün bu reallıqları heç kimdən maliyyə dəstəyi almadan özü yaradır”.

Vüqar Rəhimzadə pandemiyanın nəticələrinin müqayisəli təhlil aparmağı bir zərurətə çevirdiyini vurğulayaraq qeyd edib ki, bu baxımdan dünya dövlətlərinə diqqət yetirsək görərik ki,  onların  mütləq əksəriyyəti maliyyə yardımı üçün beynəlxalq təşkilatlara  müraciət edib. Amma Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsi beynəlxalq birlik  tərəfindən də yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə, yaxşı bəyanatlar verə bilər.

“Azərbaycan  təkmil  siyasəti ilə  istənilən böhrana tam  hazır olduğunu göstərir” söyləyən V.Rəhimzadə diqqəti  büdcəyə düzəlişlərə yönəldərək bildirib ki, bu bir daha dövlətin çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyini nümayiş etdirir:”2020-ci ilin dövlət büdcəsinin təsdiqlənməsi ərəfəsində ölkə pandemiyanı yaşamırdı. Məhz yaranan çətinliklər, azalan gəlirlər və artan xərclər büdcəyə yenidən baxılmasını bir zərurətə çevirdi”.

V.Rəhimzadə bildirib ki, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, müəyyənləşdirilən hədəflər istənilən çətinliyi aradan qaldırmağa əsas yaradır:”Məhz  mövcud təmələ əsaslanaraq bu inam da ifadə edilir ki, Azərbaycan bütün sosial öhdəliklərini yerinə yetirəcək, zəruri infrastruktur layihələrini icra edəcək, hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin ayrılmasına da nail olacaq. Möhtərəm Prezidentimizin keçirdiyi son müşavirədə də qeyd olunduğu kimi, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması  biznes mühitinin yaxşılaşdırılmasına geniş imkanlar açacaq ki, bu da öz növbəsində   həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizin davamlı  inkişafını təmin edəcək. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə öz aktuallığını qoruyur. Dövlətimizin başçısı İlham Əliyevin  videoformat şəklində keçirilən müşavirədə bir sıra şirkətlərin qarşısına qoyduğu tapşırıqlar da  müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa xidmət edir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ