şənbə günü, 24 oktyabr 2026
     

"Xəzər canavarı" yenidən dənizdə ən dəhşətli silaha çevrilir...

Image


Enerji resurslarına görə hələ də dünyanın xüsusi maraq dairəsində olan Xəzər dənizi indi burada cəmləşdirilməkdə olan yeni hərbi texnikalar baxımından diqqət mərkəzinə gəlməkdədir. Belə görünür ki, ehtiyac olmadığı halda dənizə hərbi texnikaların cəmləşdirilməsi davam etdiriləcək. Bu xüsusda Rusiya yenə daha çox seçilməkdədir.

Məsələ burasındadır ki, Rusiya Müdafiə Nazirliyi Baltik, Şimal, Sakit okean, Qara dəniz və Xəzər donanmalarında dəniz aviasiyasının amfibiya dəstələrini yaratmaq niyyətindədir. Bu, döyüş növbəsinin, axtarış-xilasetmə əməliyyatlarının imkanlarını genişləndirməyə imkan verəcək. Kreml Xəzərdə ilk növbədə çoxməqsədli Be-200 amfibiya-təyyarələrinin sayını çoxaltmağı düşünür. Bu, dənizdə Rusiyaya hərbi-dəniz aviasiyasının əməliyyat imkanlarını xeyli artırmağa imkan verəcək. Məlumat üçün bildirək ki, Be-200-lər əsasən Rusiya və Azərbaycanda istifadə olunur. Təyyarə 6 modifikasiyaya malikdir (axtarış-xilasetmə, patrul, nəqliyyat, sanitar, sərnişin, yanğın əleyhinə). Rusiya ilk Be-200 aviadəstəsini Xəzərdə formalaşdırmağı nəzərdə tutur. Qeyd edək  ki, bu vaxtadək Rusiya Hərbi Dəniz Donanmasının Xəzər dəstəsinin özünün dəniz aviasiyası yox idi. Amma Kreml bu sahədə siyasətini dəyişir. Üstəlik, Rusiya Xəzərə təkcə Be-200 amfibiya-təyyarələrini gətirmir. Kreml bura ağır döyüş ekranoplanları cəmləşdirməyə hazırlaşır.

Xatırladaq ki, hələ 30 il əvvəl Rusiya bu silahları Xəzərə gətirmişdi. Söhbət Nijni Novqorodda tikilmiş "Lun" ekranoplanından gedir. O, uzun müddət sınaqdan keçirildikdən sonra 1991-ci ildə sınaq istismarı üçün Xəzər Donanmasına təhvil verilib. Lakin o vaxt SSRİ-nin dağılması ilə bu ekranoplandan istifadə mümkün olmadı. İndi Kreml ekranoplan siyasətinə yenidən qayıdır. Hərbi ekspert Aleksandr Xrolenko bu texnikanın mühüm üstünlüyə malik olduğunu bildirir: “Yüksək sürəti (500 km/saat) və aşağı uçuş hündürlüyü (7-10 metr) sayəsində raket daşıyıcı ekranoplanlar minlərlə kilometr məsafəni radara görünmədən qət edərək gözlənilməz istiqamətlərdən düşmənin hərbi-dəniz bazalarına və ya təyyarə hücum qruplarına yaxınlaşa və zərbə vura bilər. Yeni ekranoplanlar hərbi dəniz donanmasının döyüş imkanlarını genişləndirməyə imkan verəcək. Rusiya Müdafiə Nazirliyi yeni ekranoplanların yaradılması üçün taktiki-texniki tapşırıq formalaşdırıb, təcrübə-konstruktor işləri aparılır. Mediada "Xəzər canavarı"nın (Qərbdə bu ekranoplanı böyük ölçülərinə və fantastik zahiri görünüşə görə belə adlandırıblar) dirçəlişi fəal şəkildə müzakirə olunur. Elmi-texnoloji və istehsalat bazası mövcuddur – Rusiya çoxməqsədli ekronoplanların inkişafında Qərb ölkələrini xeyli qabaqlayıb. Belə ki, "Lun" hələ 29 il əvvəl yaxşı uçurdu və raket atışlarını həyata keçirirdi. 1990-cı illərin sonlarından ABŞ-da layihələndirilən və yükgötürmə qabiliyyəti 1200 ton olan "Boeing Pelican" yük ekranoplanı isə, hətta prototip şəklində istehsal edilməyib. Çoxməqsədli ekranoplanlar yaxın gələcəkdə yeni yüksək dəqiqlikli qanadlı və hipersəs raketlərin, pilotsuz zərbə təyyarələrinin, elektromaqnit topların, ağır torpedoların yaradılması və tətbiqi üçün əsas ola bilər. Zərbə ekranoplanları çevik reaksiya vasitəsi kimi Rusiyanın qütbarxası zonasını səmərəli şəkildə patrul edə bilər. Desant modifikasiyasında bu aparatlar hərbi qulluqçuları silah və zirehli texnika ilə birlikdə əhəmiyyətli məsafəyə operativ şəkildə çatdırmağa imkan verəcək. Yeni ekranoplanlar düşmən radarları üçün, demək olar ki, görünməzdir, səmərəliliyi və yükgötürmə qabiliyyətinə görə təyyarə və helikopterlərdən, sürət baxımından isə hava yastıqlı gəmilərdən üstündür”.  

ABŞ-ın "National Interest" nəşri yazır ki, Rusiyanın hazırladığı yeni A-050 "Çayka-2" ekranoplanı "Xəzər canavarı"nın yeni versiyasıdır. Qeyd edilir ki, bu ekranoplan xüsusi hava döşəkçəsi üzərində hərəkət edən yüksəksürətli nəqliyyat vasitəsidir. Ekranoplan suyun, buzun, qarın və yerin səthi üzərindən bir neçə metr hündürlükdə uçmaq qabiliyyətinə malikdir. O da bildirilir ki, ağır döyüş ekranoplanları yaxın zamanlarda Rusiyanın Hərbi Dəniz Qüvvələrinə qayıdacaq:“Özü də ən yeni variantda, qanadlı raketlərlə. Onlar həm doğma sahillər yaxınlığında, həm də planetin ən ucqar regionlarında, istənilən iqlim şəraitində, baza infrastrukturu olmadan fəaliyyət göstərə biləcəklər”. Aerodroma ehtiyacı olmayan aviasiya kimi ekranoplanlar dinc dövrdə də faydalıdır. Belə ki, Rusiyanın "Ekolen" təşkilatı "Xəzər canavarı"nın mülki analoqunu yaradır. Bu ekranoplan təyyarə sürəti ilə uça bilir və 750 tona qədər yükgötürmə qabiliyyətinə malikdir. Ekranoplan dəniz və çaylarda, tundrada və səhrada istismar üçün uyğundur.  Ekranoplanın işləmə prinsipi belədir: çox aşağı hündürlükdə uçuş zamanı hava axını qanadın altında sıx "hava yastığı" yaradır. Aparat dəniz, buz və qarla örtülmüş ərazi və ya çöl üzərində qalxaraq saatda 500 kilometrə qədər sürətlə uçur. "Çayka-2" 10 tona qədər ağırlığı qaldırır. Alekseyev adına Nijni Novqorod Konstruktor Bürosu, həmçinin, ekranoplanın ağır versiyası sayılan 100 tonluq uçuş kütləsi olan A-080 "Çayka-3" üzərində işləyir. Hazır olduqdan sonra Rusiya bu ekranoplanların da bir qismini məhz Xəzərdə yerləşdirməyi düşünür. Amma "Çayka-2" ekranoplanlarına qədər Rusiya "Lun" ekranoplanını yenidən Xəzərdə yerləşdirib. Onun korpusunun ön hissəsində 8 mühərrik yerləşir. Ekranoplanda gəmi əleyhinə ZM-80 "Moskit" raketi quraşdırılıb. "Lun"un uzunluğu təxminən 74 metrdir. 44 metr uzunluğu və 550 kvadratmetr sahəsi olan qanadları 380 ton maksimum uçuş kütləsi olan cihazın kosmik görünüşünü tamamlayır.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ