şənbə günü, 24 oktyabr 2026
     

“Neft strategiyasının uğurla reallaşması hədəflərin gerçəkləşməsində əhəmiyyətli rol oynayır” - Vüqar Rəhimzadə

Image


«Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Azərbaycanın bu gün dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizədə nümayiş etdirdiyi təkmil təcrübə keçilən yolun təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, bu reallığa da işıq salır ki, hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, inkişaf konsepsiyasının təkmilliyi hər bir çətinliyi aradan qaldırmaq üçün böyük əsasdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın malik olduğu zəngin enerji resurslarından səmərəli istifadəsini təmin etdi. Məhz iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. 2003-cü ildən bəri neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə diqqətin artırılması 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatında şəffaflığın qorunmasına və ədalət prinsipi əsasında bölünməsinə, istiqamətləndirilməsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin inkişafında neft-qaz amilinin rolunu önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Bugünkü uğurlarımıza baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar 10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Möhtərəm Prezidentimizin gələcəyə baxış konsepsiyası çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan 2017-ci ildə «Yeni əsrin müqaviləsi»ni 2050-ci ilədək uzatmaqla qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara uyğunlaşdırdı: «Əməkdaşlığın regional çərçivədən çıxararaq coğrafiyasını genişləndirməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Pandemiya dövründə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də Azərbaycanın enerji sektorunda qazandığı uğurlar önə çəkilərək ölkəmizlə Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədinə diqqət yönəldilmiş və bildirilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. O da etiraf edilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız, gələcəyimiz üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda müstəqil Azərbaycanın gələcəyini daha aydın görür, ən əsası beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Məhz bu uğurlarımıza söykənərək cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, mövcud imkanların vəhdəti Azərbaycanın yaranmış vəziyyətdən az itki ilə çıxacağına böyük əsas verir.»

«Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir» söyləyən V.Rəhimzadə qeyd edib ki, neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb: «Bu məqamı da xüsusi qeyd etməliyik ki, bu günə qədər ümumi daxil məhsul 3 dəfədən çox artıb. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflərdən biri məhz ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, ən əsası inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Bu gün böyük inamla qeyd edə bilərik ki, bu istəyimiz artıq reallıqdır. Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə dayanır.»

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin sosialyönümlülüyünü artırır, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir: «Pandemiya dövründə heç bir sosial layihənin təxirə salınmaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması da möhkəm iqtisadi bazaya və maliyyə imkanlarına əsaslanır. Təkcə cari ilin arxada qalan aylarında sosial rifahın yüksəldilməsi yönümündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ötən il ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket 4,2 milyon insanı əhatə edib. Cari ilin 6 ayında 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait sərf olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çoxdur. Eyni zamanda, 743 min nəfərə sosial müavinət və təqaüd üçün 475 milyon manat vəsait ödənilib ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çoxdur. Həmçinin aprel-may aylarında 600 min şəxsə, iyun ayında isə 290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik ödəmə olunub.»

V.Rəhimzadə onu da vurğulayıb ki, inkişafın Azərbaycan modelinin bu gün beynəlxalq səviyyədə təqdir olunması, eyni zamanda, əksər dövlətlərin təcrübəmizdən istifadə edərək koronavirusa qarşı mübarizədə qalib olmaq üçün səylər göstərməsi də günümüzün reallıqları sırasındadır: «Mübarizə tədbirlərinə başlandığı gündən 2008-ci ilin maliyyə və iqtisadi böhranı səviyyəsində problemlərin yaşanacağı kimi fikirlərin gündəmdə olduğu zamanlarda Azərbaycan bu reallığı ortaya qoydu ki, məhz həmin dövrdə də ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması dünyanı bürüyən maliyyə və iqtisadi böhranını az hiss etməsi ilə nəticələndi. Ölkəyə investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, nəhəng enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramları uğurla icra edilir. Pandemiya dövründə də möhtərəm Prezidentimizin regionlara ardıcıl səfərləri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyev hər zaman vətəndaşının yanında olduğunu atdığı addımları ilə təsdiqləyir.»

V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən, adı nüfuzlu xarici şirkətlər sırasında çəkilən SOCAR-ın neft siyasətinin uğurla həyata keçirilməsində rolu davamlılığı ilə diqqətdədir: «Əvvəldə də qeyd etdiyimiz kimi, 2018-ci ildə TANAP-ın, həmçinin «Star» neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, SOCAR Türkiyə tarixində ən böyük xarici sərmayəçidir: «Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini genişləndirən SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri ölkəmizin strateji inkişafına xidmət edir. SOCAR bugünümüzün əsas çağırışları sırasında olan sosial müdafiənin gücləndirilməsi istiqamətində atdığı addımları ilə də diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən regional inkişaf proqramları çərçivəsində bölgələrdə müalicə- diaqnostika mərkəzlərinin tikintisində də SOCAR fəal iştirak edir. Bu gün həmin müalicə-diaqnostika mərkəzləri koronavirus xəstələrinin istifadəsindədir. Diaqnostika mərkəzlərində yaradılan şərait, yüksək ixtisaslı həkim heyəti xəstələrin düzgün müayinəsinə və müalicəsinə böyük dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi güclü sosial siyasətin tərkib hissəsi olaraq SOCAR neftçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır. Pandemiya dövründə digər müəssisələrdə olduğu kimi, SOCAR-ın bütün strukturlarında da əməkdaşların heç bir ixtisarına yol verilmədən mərhələli iş prosesinin həyata keçirilməsi ilə əmək haqları ödənilir. Təbii ki, atılan hər bir addım insan amilinə verilən dəyərin dövlət siyasətinin ana xəttini təşkil etməsinin göstəricisidir. Hər bir dövlət qurumu, idarə və müəssisə möhtərəm Prezidentimizin tapşırıqlarına uyğun olaraq öz səylərini daha da artırır, dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsinə öz töhfələrini verir. Bu çətin günlərdə birlik, həmrəylik çağırışları COVID-19-a qarşı mübarizədə qalib olmağın ən vacib şərti kimi önə çəkilir. Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də atdığı birlik, həmrəylik addımları ilə diqqətdədir.»

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi qarşıdakı dövrün prioritetlərinə işıq salır. Azərbaycanı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da ölkəmizə möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ