şənbə günü, 24 oktyabr 2026
     

Livan partlayışı ABŞ-İran müharibəsini başlada bilər - Tehran “Hizbullah”ı qorumaq üçün hərəkətə keçərsə...

Image


Livanın paytaxtı Beyrutdakı limanda baş verən partlayış dünya gündəminin əsas mövzuları sırasında yer almaqdadır. Artıq bir çox ölkələr dəhşətli nəticələrə gətirib çıxaran bu partlayışa görə Livana yardımlar edir. Azərbaycan da Livana 1 milyon dollar yardım edəcək.

Beyrut valisi Mərvan Abbud partlayışın 5 milyard dollar civarında ziyana yol açdığını bildirib. Livanın rəsmi xəbər agentliyi NNA-ya açıqlama verən vali ən az 300 min insanın yaşayış yerini itirdiyini bildirib. Rəsmi məlumatlara əsasən, Beyrut limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda yanğın baş verib, daha sonra şiddətli partlayış meydana gəlib. Qeyri-rəsmi məlumata görə, 150-yə yaxın insan dünyasını dəyişib, 5 min nəfər xəsarət alıb. Partlayışın səbəbləri barədə dəqiq məlumat verilmir və bunu terror aktı kimi qiymətləndirənlər də var. Hətta terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb. ABŞ prezidenti Donald Tramp isə məsələ ilə bağlı ilk açıqlamasında partlayış haqqında “qorxunc hücum” ifadəsini işlədib. Beyrutdakı partlayışla bağlı ikinci dəfə açıqlama verən Tramp hadisənin qorxunc olduğunu bir daha vurğulayıb:“Livanlılar bunun nə olduğunu hələ də bilmirlər. Kimsə bilmir. Hazırda araşdırmalar davam edir. Olayda bomba parçalarına bənzər şeylər ətrafa saçılıb. Bu, bəlkə də bir qəza idi, bəlkə də hücum idi. Mövzunu araşdırırıq”. Ekspertlər isə bildirir ki, Livanda baş verənlər geosiyasi müstəvidə də nəticələrini göstərərək, hətta yeni bir savaşa da rəvac verə bilər. Söhbət ABŞ-İran müharibəsindən gedir. Yəni ABŞ Livan hadisələrini əsas götürüb burada İrana bağlı “Hizbullah” təşkilatına, ardınca İrana hücum edə bilər. Təbii ki, bu zaman İsrail də kənarda qalmayacaq. Elə Türkiyənin “Anadolu” agentliyi də hadisələrin bu istiqamətdə inkişafını istisna etmir. Agentlik qeyd edir ki, 4 fevral 2005-ci il tarixində Livanın baş naziri Rafiq əl-Həririnin öldürülməsindən sonra ən böyük partlayış Beyrut limanında baş verib: “Politoloqlar Beyrut limanında baş vermiş bu fəlakətin Livan tarixində mühüm dönüş nöqtəsi olacağı və Yaxın Şərqdə təhlükəli proseslərə gətirib çıxaracağı haqqında artıq indidən danışmağa başlayıblar. Son aylarda yaşanan iqtisadi böhrandan sonra regional qüvvələrin münaqişə zonası sayılan Livanda baş vermiş belə böyük partlayış təsadüf kimi görünsə belə, onun nəticələrinin “strateji həmlə“yə çevriləcəyi istisna edilmir. Ölkənin idxal və ixracının 70% -nin həyata keçirildiyi strateji limanı yararsız hala gətirən və infrastrukturu məhv edən partlayışın siyasi əməkdaşlıqda “qırılma”lara səbəb olacağı proqnozlaşdırılır.

Livanda son aylarda baş verən iqtisadi böhran, “Hizbullah”ın Suriyadakı konfliktdə birbaşa iştirakı, İranın “Hizbullah”ı dəstəkləməsi və son bir neçə həftə ərzində İsrail sərhədində yaşanan bəzi hadisələrdən sonra meydana gələn partlayış bir sıra suallar ortaya çıxarsa belə, hələ ki, kənardan birbaşa hücum olduğuna dair heç bir dəlil yoxdur. Hökumət əleyhinə aksiyaların, siyasi qətllərin və partlayışların kim tərəfindən təşkil edildiyini az-çox proqnozlaşdıran ekspertlər bu miqyasda bir hücumu əldə edilən ilkin məlumatlarla obyektiv qiymətləndirməyin çətin olduğunu vurğulayırlar. Beyrutun “Hizbullah”ın nəzarəti altında olması və 2 min 750 ton ammonium nitratının yanğından sonra partlaması barədə verilən rəsmi bəyanatlar xeyli maraq doğurdu. Ancaq əsas suallar böyük partlayışdan əvvəl meydana gələn “kiçik partlayışlar” üzərində cəmləşdi.

Partlayış risqi daşıyan bu miqdarda ammonium nitratının illərlə anbarda saxlanmasına ilk reaksiya Livan prezidenti Mişel Avndan gəldi. Prezident 2750 ton ammonium nitratının 6 il ərzində heç bir təhlükəsizlik tədbiri alınmadan bir anbarda saxlanmasının yolverilməz olduğunu bildirdi. “Hizbullah” lideri Həsən Nəsrullahın bir çıxışında da ammonium nitrat açıqlamaları diqqəti cəlb edir. Nəsrullah həmin çıxışında “İsrailin Hayfa limanında ammonium nitrat dolu gəmilərin raketlə vurulması nüvə silahı təsiri yarada və on minlərlə insanın ölümünə yol aça bilər” demiş və bu video partlayışdan sonra yenidən sosial mediada yayınlanmışdı. Körfəz ölkəsindəki bir istifadəçinin Nəsrullahın həmin videosunun sonuna “öz-özünə partladı” cümləsini əlavə etməsi diqqətçəkəndir. Beyrut Limanında ilk yanğının 12 nömrəli anbarda çıxmasının bildirilməsi və bu yerin “ Hizbullah” aid olması Nəsrullahı hədəf lövhəsinə çevirə bilər. Livandakı fərqli xristian qrupların və sünnilərin “Hizbullah”ın fəaliyyətindən narahat olduqları bilinir. Partlayışın bu ağır statistikasından sonra “Hizbullah”a qarşı sosial reaksiyalarla yanaşı, siyasi tənqidin daha da artacağı gözlənir. Partlayışdan bir gün əvvəl, 3 avqustda isə Livan xarici işlər naziri Nasif Hitti istefa ərizəsini baş nazir Həsən Diyaba təqdim etmişdi. “Hizbullah”ın sözügedən hökumətdə təsir gücünün böyük olduğu bilinir. Beynəlxalq Özəl Livan Məhkəməsi Rafiq əl-Həririyə qarşı 4 fevral 2005-ci il tarixində törədilmiş sui-qəsd işinin nəticəsini avqustun 7-də elan edəcək. Bəzilərinin fikrincə, məhkəmə dünya ictimaiyyətinə “Həririnin “Hizbullah” tərəfindən öldürülməsi” faktını bəyan edəcək.

 Bu durumda Misir eksperti Mücahid əz-Zeyyad Beyrut partlayışından əvvəl baş verənlərin Hizbullaha işarə etdiyini deyib:“Kartları qarışdırmaq və daxili vəziyyəti pisləşdirmək məqsədilə təmiz bir kəşfiyyat əməliyyatı” sərlövhəli məqaləsində Zeyyad İsrailin bu partlayışdan ən çox istifadə edən ölkə olacağını proqnozlaşdırır. Bəzi müşahidəçilər ölkədə baş verən gərgin hadisələrin və siyasi böhranın Livanı İrandan uzaqlaşdıracağını, onu Avropa və ABŞ-a yaxınlaşdıracağını təxmin edirlər. Fransız rəhbərliyinin Livana müdaxilə etməsi üçün Vaşinqtona təzyiq göstərdiyini, lakin Donald Tramp administrasiyasının buna hazır olmadığını xatırladan ekspertlər partlayışın ABŞ-a Livanda daha təsirli olma fürsəti verdiyini düşünür”. Bu durumda İranın da “Hizbullah”ı qorumaq üçün hərəkətə keçməsi ABŞ-İran savaşını qaçılmaz edir.

Ramil QULİYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ