şənbə günü, 24 oktyabr 2026
     

Sərhəd təxribatına görə Paşinyan "məhşər ayağına" çəkilir, həm də tək Ermənistanda deyil...

Image


Ötən zaman göstərir ki, Ermənistan daxilində hansısa gərginlik və xaos olduqda düşmən ölkənin rəhbərliyinin tapşırığı ilə cəbhədə, sərhəddə təxribatlar törədilir. Ötən ay sərhədin Tovuz istiqamətində baş verənlərin kökündə dayanan əsas amillərdən biri də məhz bu idi.

Artıq hamıya məlumdur ki, Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti daxildə böyük narazılıq yaradıb. Son bir neçə həftə ərzində müxalifətlə baş nazir Nikol Paşinyan arasında güclü qarşıdurmalar yaşanır. Görünən odur ki, demokratiya və rifah adı ilə küçədən hakimiyyət başına gətirilən Paşinyan ermənilərin ümidlərini doğrultmayıb. Ona görə də Paşinyan hakimiyyəti xalqla ciddi qarşıdurma həddindədir. İkincisi, son vaxtlar Ermənistanın beynəlxalq səviyyədə də problemləri artır. Xüsusən də Rusiya ilə ziddiyyətli vəziyyət indi Ermənistanda ən böyük problemlərdən biri hesab edilir. Bu durumda Paşinyanın sərhəd təxribatına getməsi artıq onun üçün ciddi problemə çevrilir. Hətta bəzi ekspertlər bildirir ki, 2016-cı ilin aprel məğlubiyyətindən sonra Serj Sarkisyan hakimiyyətdən qovulmuşdusa, ola bilər ki, Tovuz təxribatından sonra Paşinyan da hakimiyyətdən qovulsun. Xüsusən də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son fikirləri bu ehtimalı artırır. Qriqoryan sərhəddə baş verənlərlə bağlı bildirir:“Sərhəddə iyul əməliyyatlarının bütün gedişatı Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən idarə olunub və koordinasiya edilib”. Erməni mediası sərhəd toqquşması zamanı Azərbaycan tərəfindən vurulan zərbələri nəzərə alaraq, əslində, Paşinyanın da ciddi məğlubiyyətə uğradığını bildirir. Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan bildirib ki, Paşinyanın, əslində mövqelərdən xəbəri olmayıb, onun iyul hadisələrində təşkilati rol oynaması yalandır. Bu səbəbdən də erməni hərbi hissələrinə ciddi zərbələr endirilib. Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə Qriqoryanın bəyanatına toxunaraq yazıb:“Armen Qriqoryana deyin ki, Paşinyanın əlaqələndirə və idarə edə biləcəyi yeganə “döyüş” əməliyyatı “Dzyunik”in binasının partladılmasıdır. Ermənistan heç vaxt bənzər qorxaq rəhbərə malik olmayıb və ümid edirəm ki, daha malik olmayacaq. Bu səbəbdən Azərbaycan tərəfi zərbə videolarını yaydığı halda bizdə göstərməyə heç nə yoxdur”.
Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hakobyan isə özünün “Facebook” səhifəsində bəyanata toxunarkən qeyd edib:“Döyüş sahəsində və siyasətdə niyə bu qədər evdar qadın psixologiyasındasınız?”.  Erməni hərbi ekspert Karen Vrtanesyan da durumun Paşinyan üçün acınacaqlı olduğunu bildirir:“Hazırkı hakimiyyətin. demək olar, bütün nümayəndələrinin dedikləri məndə etimadsızlıq yaradır, çünki son 2,5 ildə sonradan təkzib edilən və ya təsdiq olunmayan çox səs-küylü açıqlamalar olub. Sərhəddə baş verənlər də bu qəbildəndir”. O qeyd edib ki, Paşinyanın ətrafı onun barəsində qalib lider obrazı yaratmağa çalışır: “Amma reallıq tamamilə fərqlidir”. “Daşnaksütyun” partiyasının nümayəndəsi Baqrat Yesayan da sərhəddə baş verənlərin araşdırılmasını vacib sayır və qeyd edir ki, nəticələr Paşinyan üçün çox acınacaqlı ola bilər:“Sərhəddə baş verənlərdən bir aya yaxın vaxt keçib, lakin sürünənlər və sabunlananlar artıq “işlərinə” başlayıblar. Nələr olduğunu hamı bilir. Amma baş nazir və ətrafındakılar hələ də xalqı aldatmağa çalışır və bilmirlər ki, cavab verməli olacaqlar. Axı, bunlara niyə elə gəlir ki, erməni xalqı yalnız zombilərdən və onların “feyklərindən” təşkil olunub, niyə bunlar özlərini hələ 2018-ci ilin mayı olduğuna inandırmağa çalışırlar?”.Bütün bunlar sərhəd təxribatlarının Paşinyandan Ermənistan daxilində narazılığın artmasına gətirib çıxardığını göstərir.

Ekspertlər qeyd edir ki, əslində, beynəlxalq miqyasda da Paşinyan sərhəd təxribatları ilə özünə problem yaradıb. Bu xüsusda amerikalı politoloq Endryu Korybko  qeyd edir:"Ermənilər ümid edirdilər ki, bütün dünya Ermənistanı deyil, Azərbaycanı region üçün təhlükə hesab edəcək. Lakin bu risqli strategiyaları işə yaramadı və gözlədikləri dəstəyi görə bilmədilər". O bildirib ki, qlobal güclər artıq Ermənistanın lobbi şəbəkəsinin manipulyativ təsirindən xəbərdardır:"Bir müddət təsirli olan Ermənistanın beynəlxalq lobbi şəbəkəsi artıq düzgün fəaliyyət göstərmir. Buna görə də heç kim Ermənistanın Tovuzla bağlı iddialarına inanmadı. Bölgədəki gərginliyə görə Ermənistan məsuliyyət daşıyır”. Korybko bildirib ki, Ermənistanın beynəlxalq lobbi şəbəkəsinin, xüsusilə son illərdə fəaliyyət istiqaməti ürəkaçan deyil:"Onlar Azərbaycana qarşı haqsız və əsassız ittihamların Qərb dünyası və Rusiya tərəfindən qəbul ediləcəyini gözləyirdilər. Ancaq bu olmadı". Azərbaycanın bölgədəki vacib investisiyalarını risq altına atmayacağını qeyd edən Endryu Korybko qlobal güclərin də Azərbaycanın bölgədəki neft-qaz boru kəmərlərini, dəmir yollarını və Mingeçevir su anbarını təhlükədə qoyacaq heç bir addım atmayacağını bildirib:“Ermənistan son dövrdə bir sıra səhvlərə yol verir. Ermənistanın ilk səhvi beynəlxalq lobbi şəbəkəsinin gücünü gözündə böyütməsidir. “Soyuq müharibə”dən sonra beynəlxalq ittifaqlarda “sivilizasiyaların toqquşması” tezisinə güvənən Ermənistan Qərbdən böyük dəstək gözləyirdi. Ermənilər Türkiyənin Ayasofyaya məscid statusu verməsi ilə Qərblə yaşadığı problemlərdən yararlanmağa çalışaraq dərhal bu plana əl atdılar. Bəlkə də onlar beynəlxalq ictimaiyyətin "regional sülhü təhdid edən ölkə Azərbaycan deyil, Ermənistan ola bilərmi", sualına cavab axtarmağa çalışırdılar".ABŞ-dan olan  politoloq qeyd edib ki, artıq bir çox ölkələr məhz Ermənistanın regional sülhə təhdid olduğunu düşünür:“Qlobal güclərin Ermənistanla Azərbaycan arasındakı qarşıdurmalara baxışı dəyişməyə başlayacaq. Ən son gərginliklər və qarşıdurmalar Ermənistan üçün bir fəlakətə səbəb olmaq üzrədir”. Bütün bunlar sərhəd təxribatlarının Paşinyana baha başa gələcəyini göstərir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ