şənbə günü, 24 oktyabr 2026
     

Nəriman Nərimanov Rusiya K(b)P MK-nin Qafqaz Bürosunda ermənilərin Dağlıq Qarabağ manipulyasiyasının qarşısını necə aldı...

Image


“Azərbaycanın daxilində qalır, mərkəz Şuşa olmaqla vilayət muxtariyyatı (milli muxtariyyat yox)...?!”

Azərbaycan xalqına sırınmış qondarma “Dağlıq Qarabağ probleminə” baxdıqda bəzi saxtakar tarixçilər Sovet İttifaqı K(b)P MK Qafqaz Bürosunun 1921-ci il 4 iyul tarixli plenum iclasının qərarına istinad edərək bildirirlər ki, güya həmin gün Qarabağın Dağlıq hissəsi Ermənistan SSR-ə verilmişdi.

Bəs həqiqətən 1921-ci il 2-7 iyul tarixli Qafqaz bürosunun Tiflisdə keçirilən plenumunda Dağlıq Qarabağ barədə hansı qərar qəbul edilmişdi?

Plenimun 4 iyul tarixli axşam iclasında Büronun tam heyətinin iştirakı ilə (Orconikidze, Kirov, Myasnikov, Nərimanov, Oraxelaşvili, Maxaradze, Fiqatner, Nazaretyan) Dağlıq Qarabağ məsələsi müzakirə olunur və səsverməyə aşağıdakı təkliflər irəli sürülür:

1. Dağlıq Qarabağ tam olaraq Azərbaycan SSR-in tərkibində saxlanılsın.
Təklifin “lehinə” səs verənlər: Nərimanov, Maxaradze, Nazaretyan.
“Əleyhinə” səs verirlər: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
2. Qarabağda bütün əhalinin iştirakı ilə plebisit (ümumxalq səsvermə) keçirilsin.
“Lehinə” səs verənlər: Nərimanov, Maxaradze.
3. Qarabağın Dağlıq hissəsi Ermənistan SSR-ə verilsin
Təklifin  “lehinə” səs verənlər: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
4. Plebisit Dağlıq Qarabağ ərazisində keçirilsin.
“Lehinə” səs verirlər: Orconikidze, Myasnikov, Kirov, Fiqatner, Nazaretyan.

Əlbəttə, belə ziddiyətli və şübhəli səsvermə nəticəsində Dağlıq Qarabağ Ermənistan SSR-in ərazisinə ilhaq edilə bilərdi. Lakin Nəriman Nərimanovun sərt təkidi və tələbi ilə Qafqaz Bürosu qərara alır:“Qarabağ məsələsi ciddi fikir ayrılığına səbəb olduğundan RK(b)P MK Qafqaz Bürosu qərara alır ki, bu məsələnin son həllinə RK(b)P  MK-də baxılsın”.

Yeddi nəfərin iştirakı ilə keçirilən Qafqaz Bürosunun iclasının gedişi, say tərkibi, səsvermə təklifləri və səsvermənin özu şübhəli məqamlar və suallar yaradır ki, Nərimanov bunları görməyə bilməzdi:

1. Nə üçün Qafqaz Bürosunda milli tərkib qaydasına riayət olunmayıb?
2. Nə üçün səsvermədə Oraxelaşvili iştirak etməyib? Bəlkə onun səsi həlledici ola bilərdi.
3. Hələ 2 iyul 1921-ci il tarixdə Qafqaz Bürosunun plenumunda Gürcüstan və Azərbaycan nümayəndələri Ermənistan nümayəndəsinə ərazi iddialarına son qoymaq təklifini qəti şəkildə irəli sürmüşdülər. Gürcüstan və Azərbaycan nümayəndələrini Kirov da dəstəkləmişdi. Bəs nə üçün iyulun 4-də növbəti iclasda Kirov Azərbaycan ərazilərinin itirilməsi təklifinə səs verirdi? Qəribədir, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verən Kirov iki həftə sonra, 24 iyul 1921-ci il tarixdə Azərbaycan KP MK-nın birinci katibi “seçilir”.
4. Nazaretyanın səs verməsindəki uyğunsuzluq da təəcüb doğurur. Belə ki, o ilk təklifə səs verərkən Qarabağın tam olaraq Azərbaycanın tərkibində qalmasına səs verir. Sonra isə plebisitin Qarabağın əhalisi arasında keçirilməsinə etiraz edir (2-ci təklif). Nazaretyan Dağlıq Qarabağın Ermənistan SSR-in verilməsinə səs vermir (3-cü təklif), lakin plebisitin yalnız Dağlıq Qarabağda keçirilməsinə səs verir (4-cü təklif).
5. Ermənistanda hökm sürən ikiüzlü oyunlar hələ çox əvvəllər başlamışdı. 21 iyun 1921-ci ildə Sovet Ermənistanı (Horurdain Hayastan) qəzetində Ermənistan XKS-nin sədri Myasnikovun imzası ilə yalan məlumat yayılmışdı ki, güya Azərbaycan SSR-in razılığı ilə Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsi sayılır. Bu aksiyaya N.Nərimanov layiqli cavab verir “Əgər Sovet Ermənistanı bu aktla daşnaklarda və bitərəf kütlədə məlum təəssürat yaratmaq istəyirsə, onda unutmayın ki, Azərbaycanda da daşnak qrupları kimi antisovet qrupları bərpa oluna bilər”. Bu yalan məlumata görə, nədənsə, Myasnikova heç bir çəza verilmədi.
6. Ermənistan təmsilçisi Mravyan 25 iyun 1921-ci ildə Orconikidzeyə yazdığı məktubda qeyd edirdi ki, “Qarabağ məsələsinin həlli Zəngəzur məsələsində həlledici amildir və böyük siyasi əhəmiyyət kəsb edir”. Lakin 4 iyul 1921-ci ildə Zəngəzurun Dağlıq Qarabağla əlaqəsinə toxunulmadı.
7. Bolşeviklərin rəhbəri, RSFSR Xalq Komissarları Sovetinin sədri V.Lenin 1921-ci ilin may-iyun aylarında və ilin sonuna qədər Bakı və Azərbaycandakı hadisələrlə çox maraqlanırdı. Bu maraq onun Serebrovskiyə, Smilqaya, Orconikidzeyə, Smolyaninova vurduğu teleqramlardan aydın olur. 4 iyul tarixində Lenin Orconikidzeyə vurduğu teleqramda  soruşurdu:“Xəbər verin, Bakıda nə baş verir?! Sizin susmağınız şübhəlidir”. Məhz elə həmin gün Orconikidzenin Dağlıq Qarabağ məsələsi ilə bağlı ikiüzlü mövqeyi də şübhəli idi.
8. İ.Stalinin Dağlıq Qarabağ məsələsinə münasibəti barədə isə heç bir sənəd yoxdur. Lakin onun Azərbaycana münasibəti  9 aprel 1921-ci ildə Orconikidzeyə vurduğu teleqramda özünü birüzə verir:“Bakıya diqqət yetirin, burada Türkiyədən gələn mülayim insanlar özlərinə yuva qururlar...”

Nəriman Nərimanovun təkidi və tələbi nəzərə alınaraq və Dağlıq Qarabağın Ermənistan SSR-ə ilhaq edilməsinin heç bir hüquqi əsası olmadığını anlayaraq, ertəsi gün - 5 iyul  1921-ci il tarixdə Orconikidze və Nazaretyanın təklifi ilə Qafqaz Bürosunun plenumunda (eyni tərkibdə və bu dəfə Stalinin iştirakı ilə) qərara alınır ki, bu məsələnin 4 iyulda qəbul olunan  kimi RK(b)P  MK-də baxılmasına ehtiyac yoxdur. Qafqaz Bürosu yekdilliklə qərara alır:“Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudları daxilində qalır, ona mərkəzi Şuşada olmaqla geniş vilayət muxtariyyəti verilir...” Qərarın verilməsində heç bir fikir ayrılığı olmur. Hətta Myasnikov da məsələnin təxirə salınmasını tələb etmir.

1923-cü ildə Azərbaycan ərazisində Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı. Lakin büronun qərarının ziddinə olaraq vilayətin  mərkəzi  regionda yerləşən və azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa deyil, Xankəndi oldu. Sonradan onun adı dəyişdirildi. Nəriman Nərimanov qeyd edirdi ki, bu vilayət orada yaşayan əhalinin iradəsinin ziddinə olaraq yaradıldı.

Adından bəlli olduğu kimi, Dağlıq Qarabağ milli muxtariyyət yox, ərazi muxtariyyətidir, Qarabağın və bütövlükdə Azərbaycanın ayrılmaz tarixi hissəsidir və xalqımız onun Azərbaycandan ayrılmasına heç bir zaman razı olmayacaq.

Elşad SƏFİYEV
ADNSU-nun dosenti
Orxan MUSAYEV
AJB-nin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ