Beynəlxalq Diaspor Mərkəzinin Çexiya üzrə nümayəndəsi Qasım Fazizadənin redaksiyamıza göndərdiyi məktubda deyilir ki, Çexiyanın paytaxtı Praqada yaşayan həmvətənlərimiz son günlərdə Azərbaycanda baş verən hadisələrə biganə qalmayıblar.
“Xalqımıza, Prezident İlham Əliyevə, ordumuza dəstək şüarı altında keçirdiyimiz toplantı ilə erməni təxribatçılarına cavab verdik. Belə ki, ermənilərin bizim səfirlik qarşısında keçirdikləri aksiyanın qarşısını almaq üçün hər kəs həmrəylik göstərdi və bir araya gələrək onların aksiyasına mane olduq. Bir daha həmvətənlərimiz öz birliklərini, həmrəyliklərini və güclərini ermənilərin qarşısında nümayiş etdirdilər.
Eşq olsun, yaşasın Azərbaycan!”
Hazırladı: Namiq QULİYEV