şənbə günü, 24 oktyabr 2026
     

İfşa olunmuş “maşa”ları tarixin zibil qutusuna ataq! - Fərəc QULİYEV yazır

Image


1989-cu ildə mübarizə əzminə görə “İlin Xalqı” adına layiq görülmüş Azərbaycan xalqı, məncə bu il Tovuz hadisələri zamanı və sonrası bu fəxri adı yenidən qazandı. Bu birlik, bu Milli əzm və iradə, qətiyyət qorunarsa, elə bu il Şuşada “İlin Xalqı” fəxri adının verilməsi törəni keçirilə bilər!

Bu möhtəşəm özünəqayıdışa kölgə salmağa çalışanlarsa tarixin zibbilliyində yer almağı haqq etdi. Bu günlər, xüsusilə 15 iyul bir çox mətləblərə işıq da saldı.

15 iyul gecəsi Milli Məclisə basqın bir təsadüf idimi? Bu suala cavab tapmaq üçün arxa cəbhədə öz dövlətinə cəbhə açmışların fəaliyyətindən bəzi məqamlara nəzər salmaq kifayət edər. Bu məsələnin göndəmə gətirilməsini zəruri edən səbəblərdən biri də son günlər diasporamızın fədakarlığına qarşı bu çetenin müharibə elan etməsi, ermənilərə haqq qazandırmasıdır. Los –Anceles olaylarını ABŞ hakimiyyəti terror kimi qəbul etdiyi, səfirin Azərbaycanlılardan üzr istədiyi halda Milli Şura ruporunun erməniləri müdafiə etməsi ən yumşaq halda Milli dönüklük deyilmi? Şəhid qızı Sevinc Osmanqızından əvvəl Milli Şura –AXCP rəhbərlərindən Cəmil Həsənlinin, Seymur Həzinin, Mehmanın erməniləri müdafiə etməsi bu davranışların kollektiv düşüncə məhsulu olduğunu və bir mərkəzdən məqsədli edildiyi qənaətini formalaşdırır. İstənilən siyasi təşkilatın rəhbərinin çağırışı o təşkilatın üzvlərinin, tərəfdarlarının, təəssübkeşlərinin fəaliyyət və təbliğat-təşviqat istiqamətini müəyyən edir. Təşkilatın rəhbərlərinin onun adından danışmaq hüququ olduğu kimi, təşkilatın hərəkətlərinə görə məsuliyyəti də var.Ona görə də bu təşkilatların rəhbərləri baş verənlər üçün mütləq cavab verməlidirlər. Baş verən hadisələr də onu göstərir ki, bu münasibət və çağırışların üzərindən sükutla keçmək olmaz. Sükut fəsadları daha da ağırlaşdırır.

Tovuz bölgəsindəki savaşın ilk günləri- 13.07.20 tarixdə Yurd (İndiki AXCP adlı təşkilat) rəhbəri əli kərimovun çıxışı tam olaraq Tovuza hücumun Ermənistanın qələbəsi ilə başa çatacağına (ağalarının hesabına) hesablanmışdı və ya o, bu sonluğa inandırılmışdı. Göründüyü qədər, Milli Şura (bundan sonra maşa)–Yurd buna uyğun təlimat almışdı. Yurd –maşa rəhbərinin 13 iyuldakı çıxışındakı tezislərə fikir verin:

a) - Azərbaycan ordusunun silahları və texnikası köhnəlib;
b) - Kosmik ölkəyik, amma hədəf müəyyən edə bilmirik;
c) - Primitiv, ötən əsrdən qalmış silahlardan, köhnə savaş taktiklərindən istifadə edirik;
f) - Hazırlıqsız əsgərlər önə göndərilir:
d) - Əhalinin 2016-cı ildəki vətənpərvərlik əhval-ruhiyyəsi yoxdur;
q) - Türkiyədən başqa heç kimdən dəstək gəlmədi:
s) - Beynəlxalq reaksiya yoxdur;
e) - Orduya, Dövlətə dəstək yoxdur və s.

Hökumət ittiham olunur, vəd verilmiş “məğlubiyyətin" səbəbkarı kimi göstərilir. Artıq hökumət “məğlubiyyətə” görə cavab verməyə çağırılırdı. O günlərdə Ermənistan bilərəkdən Tovuza hücum zamanı mülki əhalini vururdu. Xatırlayırsınızsa, Ermənistanın eks prezidenti Sarkisyan Xocalı soyqırımı zamanı bilərəkdən dinc əhalini qırdıqlarını bildirmişdi. Bununla hücumlar zamanı dinc əhalini öldürəcəklərini və bundan sonra hərbi əməliyyatlar zamanı dinc əhalinin döyüş başlar-başlamaz köçməsinə zəmin yaratdıqlarını ifadə etmişdi. Dinc əhali arasında xof və dövlətə inamsızlıq yaratmaq bir taktikadır. Eyni ssenarini Tovuz istiqamətində tətbiq etmək üçün mülki əhali atəşə tutuldu və bu zaman Yurd -“Maşa” rəhbərinin ordumuzun “zəif” olması, əhalinin vətənpərvərliyinin aşağı olmasını ciddi cəhdlə cəmiyyətə aşılamaq cəhdi, inamsızlıq toxumu səpməsi erməni taktikası ilə üst–üstə düşdü.

Azərbaycanın vəd verilmiş məğlubiyyətinin əvəzində isə hər şey əksinə olur:
a) - Azərbaycan ən üstün silahlarla Ermənistanı yerində oturdur;
b) - Dərin təhdid hədəfləri məhv edilir;
c) - PUA-lar və hətta silahdaşıyan PUA-lar dəqiqliklə düşmən hədəflərini məhv edir;
f) - Ön cəbhəyə hazırlıqsız əsgərlər getmədi. Təkcə şəhidlərimiz arasında General, Polkovnik leytenant, mayor oldu. Bu Kişilər arxada qərargahda qala bilərdi, amma ön cəbhədə vuruşdular;
d) - Əhalinin əhval ruhiyyəsinin 2016-cı ildən də üstün vəziyyətdə olduğu məlum olur;
q) - Türkiyədən başqa Ukrayna, Pakistan və başqa dövlətlər ən ciddi dəstəyini ifadə etdi;
s) - BMT başda olmaqla bütün təşkilatlar məlumatlandırıldı və reaksiyalar alındı. Ermənistan isə üz tutduğu bütün ünvanlardan üzüqara qayıtdı.
e) - Orduya, Ali baş komandana, dövlətə dəstək daha möhtəşəm ifadə olunur-həm ölkədə, həm dünyanın hər yerində.

Yuxarıdakı müqayisədən də aydın görünür ki, ilk raundda “maşa” və maşabaşının səkkiz bəndlik çağırış fiaskosu var.

Bu fiaskodan dərhal sonra 15 iyul tarixdə Yurd –maşa rəhbərinin 180 dərəcə fərqli bir çıxışı səslənir. İllərdi dediklərimizi təklif olaraq tutuquşu kimi təkrarlayır. Məlumatı yoxdur ki, artıq bu təkrarladıqlarının 90 %-i reallaşıb. Sığorta. Vaxt qazanmaq. Guya dövlət maraqları bundan sonra öndə tutulacaq. Hökumətin gözü arxada qalmasın, daha nələr, nələr... Bu səmimiyyətin altında böyük bir məkr gizləndiyini yaxın keçmişə nəzər salmaqla anlamaq rahatlıqla mümkün idi.
Savaş aktiv fazaya keçərkən 43 partiya milli birlik nümayiş etdirəndə, ondan əvvəl dialoq prosesində kənarda (və ya kənar dövlətlərin yanında) qalan Yurd - “Maşa” birliyinin səmimiyyətinə necə inanmaq olardı? Onlar dialoqdan qaçanda yazmışdım:
- “Düşmən bu dialoqun olmasını istəmir. Ölkədə dialoqa qarşı olanlar sahiblərinin iradəsinə uyğun olaraq masadan qaçır və fərqli masada gizli danışıqlar aparırlar. Əlbəttə bu danışıqlar ölkəmizin xilası üçün deyil, ərazilərimizdə ikinci erməni dövləti qurmaq, dövlətçiliyimizi bitirmək üçündür. Mən düz 7 ildir ki, bu davranışın içərisində olan Milli Şuranın xəyanətlərini cəmiyyətə çatdırır, seçimində və davranışlarında ehtiyatlı olmağa çağırıram. Narahatlıq üçün ciddi əsas olduğunu bildirir və fikirimi əsaslandırırdım. Milli Məclisdə bu məsələni qaldırmış və Respublika prokurorundan müvafiq ölçü götürülməsini də tələb etmişdim. Çünki bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihədir. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu."

Hakimiyyət naminə Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşmasına razılıq verən bir qüvvədən ancaq növbəti milli xəyanət gözləmək məntiqli idi.

Artıq "Troya atı” meydana buraxılmışdı. O gecə-15 iyul gecəsi “bəlkə milli duyğular istismar olunaraq qarışıqlıq salmaq olar” axtarışları başladılır. Respublika Prokurorluğunun 15 iyul gecəsi Milli Məclisə basqının ilkin təhqiqatı haqqında verdiyi məlumatlardan aydın olur ki, məhz insanların vətənpərvərlik duyğularını istismar etmək indiki AXCP (Yurd birliyi-maşa) fəallarına tapşırıq olaraq verilmişdi. Bu fəallar vətənpərvərlik duyğularını istismar edərək təşkilatlarına aid olmayan bir qrupu da təxribata çəkə bildi. Rəhbərləri tərəfindən aldadılmış, təhrik olunmuş fəallar konkret adlarla izahat və müsahibələr veriblər. Aydın olmayan heç nə yoxdur. Respublika Prokurorluğu 2013-cü ildəki kimi yanlış davranacaqsa, yaranmış pis presedent növbəti dəfə daha pis formada təzahür edə bilər. Qarşıda isə işğal olunmuş ərazilərimizin azadlığı uğrunda Böyük və Müqəddəs savaş var. İfşa olunmuş “maşa”ları zibil qutusuna ataraq, yola DAVAM!

Fərəc QULİYEV
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
İstiqlalçı deputat



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ