şənbə günü, 24 oktyabr 2026
     

Minsk Qrupu həmsədrlərinin son bəyanatında konkretlik əlamətləri – Azərbaycan Prezidentinin ittihamları nəticə verir...

Image


Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası, Stefan Viskonti, Fransa, Endryu Şofer, Amerika Birləşmiş Ştatları) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bəyanat yayıblar.

Bəyanatda həmsədrlər və şəxsi nümayəndə iyulun 16-dan Azərbaycan-Ermənistan sərhədi boyunca yaranmış nisbi sabitliyi alqışlayıblar. Həmsədrlər tərəfləri münaqişənin hərtərəfli həllini tapmaqdan ötrü ciddi predmetli danışıqlara hazırlaşmaq üçün aktiv hərbi əməliyyatların hazırkı səngiməsindən istifadə etməyə çağırıblar. Həmsədrlər bir daha vurğulayırlar ki, bu mürəkkəb dövrdə təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinmək son dərəcə vacibdir.

Bununla belə, həmsədrlər qeyd edirlər ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni “şərtlər” müəyyən etməyə və ya nizamlanmanın formatının dəyişdirilməsinə yönələn bu yaxınlardakı açıq bəyanatlar konstruktiv dialoqun bərpasına imkan vermir.

Bu daha çox Paşinyana ünvanlanan mesajdır. Çünki məhz o, bir neçə gün əvvəl hökumətin keçirilən toplantısında münaqişınin həllilə bağlı, həmsədrlərin də təbirincə desək, təxribatçı “şərtlər” irəli sürüb. Onu da qeyd edək ki, Prezident İlham Əliyev bu günlərdə ATƏT-in Minsk Qrupunu tənqid edib: “ATƏT-in Minsk Qrupu Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatına reaksiya vermir. Bu bəyanat danışıqları pozur və onları mənasız edir”. Prezidentin fikrincə, ATƏT-in Minsk Qrupu İrəvanın Azərbaycandan Dağlıq Qarabağ separatçıları ilə danışıqlara başlamağı tələb edərək danışıqlar formatını dəyişdirmək cəhdlərinə də adekvat cavab verməyib: “Bu gün, faktiki olaraq, nizamlanma üzrə danışıqlar yoxdur, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfransının heç bir mənası yoxdur. Bu, ancaq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin imitasiyasıdır. Əgər danışıqlar predmetli olmasa, biz onlarda iştirak etməyəcəyik”.

O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?

  • “Minsk Qrupu yalnız bir məsələdə qarşı tərəfi məmnun etmir”

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra həmsədrlər gərək daha konkret bəyanat verəydilər: “Bəyanatda Ermənistana yönəlik mesaj olsa da, bunu yetərli hesab etmək olmaz. Gərək qurum daha konkret mövqe ortaya qoyaydı. Ancaq təəssüf ki, bu baş vermədi. ATƏT-in Minsk Qrupu artıq 29 ildir fəaliyyət göstərir. Ancaq sözügedən qurumun fəaliyyəti praktiki olaraq heç bir nəticə ortaya qoymayıb. Çünki qurumun fəaliyyətsizliyi daha çox özünü göstərib. Minsk Qrupunun fəaliyyətində bir sıra hallarda mənfiyə doğru geriləmə var. Ötən müddət ərzində onların öyündükləri bir məsələ var. Güya qurumun fəaliyyəti olmasaydı, çoxdan münaqişə müharibəyə çevrilərdi. Artıq bu arqument də onların əlindən alınıb. Çünki qurum Aprel döyüşlərinin, 12 iyulda Ermənistanın başladığı Tovuz təxribatının qarşısını ala bilmədi. Bütün bunlar isə onu göstərir ki, istənilən an müharibə baş verə bilər. Minsk Qrupunun da əsas niyyəti odur ki, müharibə baş verməsin və status-kvonun qorunub saxlanması təmin edilsin. Halbuki, status-kvonun saxlanması qanuna ziddir. Çünki bu, torpaqlarımızın işğal altında qalmasına xidmət edir. Ancaq müharibə aparmaq hüququ bizdə var. BMT Nizamnaməsinin müvafiq maddəsinə görə, təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Bunu istənilən şəkildə, o cümlədən, müharibə formasında reallaşdıra bilər. Təəssüflər olsun ki, Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu bir sıra hallarda qeyri-prinsipiallıq göstərir və dişsiz, ünvansız bəyanatlar verir. İyulun 12-də Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı oldu. Ancaq sözügedən bəyanatda məlum təxribatla bağlı Ermənistana yönəlik bir kəlmə ifadə işlədilmədi. Onların bəyanatı, hər zaman olduğu kimi, tarazılaşdırılmış bəyanatdır. Belə çıxır ki, Ermənistan hərbi təcavüzə yol verə bilər. Sonra isə arxayındır ki, Minsk Qrupu tərəflər deyəcək. Yəni Minsk Qrupu təxribata gedənlə, təxribata məruz qalan arasında bərabərlik işarəsi qoyur. Son bəyanatda bir daha sözügedən mövqeyi ortaya qoydular. Minsk Qrupu yalnız bir məsələdə Ermənistanı məmnun etmir. Paşinyan çalışır ki, danışıqların formatına dəyişiklik edilsin. Yəni həmsədrlər təkcə Ermənistan və Azərbaycanla deyil, separatçı qurumla da danışıqlar aparsınlar. Minsk Qrupu bunu qəbul etmir. Təkcə bu məsələdə Ermənistan Minsk Qrupundan narazıdır. Bütövlükdə, Ermənistan sözügedən formatdan razıdır. Çünki bunun sayəsində Ermənistan status-kvonu qoruyub saxlaya bilib. Ancaq Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan xalqının, dövlətinin səbrinin bir həddi var. Bizə danışıqlar naminə danışıq lazım deyil. Bizə mahiyyəti üzrə danışıqlar lazımdır. Danışıqlar alınmayacağı təqdirdə bunun alternativi müharibə olur. Son hadisələr göstərdi ki, bu müharibə Ermənistanın məsuliyyətsiz davranışı üzündən olsa, müharibə təkcə Qarabağda olmayacaq. Bu müharibə bütün dünyanı əhatə edəcək. Çünki dünyanın əksər ölkəsində azərbaycanlılar və ermənilər yaşayır”.

Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupu gərək son bəyanatında Ermənistana yönəlik konkret mövqe ortaya qoyaydı.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ