Son bir neçə gündür ki, bütün diqqətlər xarici ölkələrdə erməni disporunun nümayəndələrinin soydaşlarımızın üzərinə təşkil etdiyi hücumlara yönəlib. ASALA terror təşkilatının törəmələri olan ermənilərin cavabını igid soydaşlarımız lazımi şəkildə verib. Bununla yanaşı, soydaşlarımız bir çox ölkələrdəki səfirliklərimizin binalarını canlarını sipər edərək qorumağa qalxdılar.
Hətta sayca az olsalar belə, azğın ermənilərin qabağından heç vaxt qaçmadılar. Soydaşlarımızın bu əməlləri bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrildi, hamını mübarizəyə ruhlandırdı. Elə proseslərin belə qızğın vaxtında “sapı özümüzdən olan” bəzi mühacirlər sırf erməni mövqeyindən çıxış etməyə başladılar. Dünyanın müxtəlif ölkələrində yaşayan bu adamların eyni anda ermənilərin maraqlarına uyğun tezisləri səsləndirməsi prosesin vahid nöqtədən idarə olunduğuna bir işarə sayılır. Özü də bu məsələdə erməni lobbisi nisbətən internet auditoriyası olan şəxsləri seçib. Erməni təbliğatını aparan azərbaycanlıar hökumətə müxalif kimi tanınırlar. Hakimiyyətə müxalif olmaq qəbulediləndi, ancaq ermənilərə bu mübarizədə haqq qazandırmaq birbaşa dövlətə müxalif olmaq anlamına gəlir. Xaricdə yaşayan Vidadi İsgəndərli adlı azərbaycanlı mühacir Ermənistanın terrorçu və işğalçı siyasətinə haqq qazandıran fikirlər səsləndirib. O açıq şəkildə bildirib ki, mühatribə başlasa, əlində silah ermənilərə qarşı yox, bizə qarşı döyüşəcək. İxtisasca hüquqşunas olan bu adam yəqin ki, nə danışdığının fərqindədir. O, fikirlərini videomüraciət formasında çatdırdığı üçün kontekstdən çıxarma ehtimalı da ola bilməz.
Bu xora qoşulanlardan biri də şəhid qızı, jurnalist Sevinc Osmanqızıdır. Onun dedikləri isə tam rüsvayçılıqdır.
Sevinc Osmanqızının çıxışındakı tezislərə diqqət edək: "Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq... Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanı kimin başlatdığına girməyəcəm. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhədində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin "V" hərfini görürsünüzmü? Bu şüvənlikdir, vətənşüvənlikdir"...
Atası şəhid olan, həm də ermənilər tərəfindən öldürülən bir xanımın bu mövqeyi sərgiləməsi ilk olaraq öz ailəsinə, şəhid valideyninin ruhuna böyük hörmətsilkdir. Ermənilər xarici ölkələrdə üsütümüzə gəlirlərsə, biz onların qabağından qaçmalıyıq? Niyə ASALA kimi terror təşkilatının emblemini daşıyan erməni gəncinin qarşısına çıxan azərbaycanlı gənci xuliqan sayılmalıdır? Bu belə deyil. Yalnız Osmanqızı məntiqi bunun belə olduğunu iddia edə bilər ki, ona da yalnız günlərdir eşitdiyi lənət düşür. Sevinc deyir ki, müharibəni Qarabağda aparmaq lazımdır. Azərbaycan ermənilərlə hər yerdə müharibə aparır. Harda üzərimizə hücum varsa, orda da özümüzü , dövlətimizi qoruyub savaş aparırıq. Bunun adı sə “şüvənlik” yox , elə əsl vətənpərvərlikdir.
Azərbaycana qarşı təbliğat aparanlardan biri də sabiq səfir Arif Məmmədovdur. O da deyir ki, ermənilərin heç bir günahı yoxdur, baş verənlərin yeganə günahkarı Azərbaycanın xüsusi xidmət orqanlarıdır. Elə bu fikirdən görünür ki, öz ölkəsinə dönük çıxan eks-səfir, əslində kimə xidmət edir. Arif Məmmədov çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirlər səsləndirir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır.
Sosial şəbəkələrdə erməniləri dəstəkləyən şəbəkəyə edilən etirazlar sübut edir ki, həmin adamlara kütləvi nifrət yaranıb. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər. Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain mahiyyətini görmüş oldu.
Məhəmmədəli QƏRİBLİ