şənbə günü, 24 oktyabr 2026
     

Milli mətbuat tariximizdə azərbaycançılıq ideyaları - “Əkinçi” yolu...

Image


Milli mətbuatımızın özül daşı olan “Əkinçi” fəaliyyət göstərdiyi iki il ərzində maarifçilik hərəkatının önündə gedib və milli şüurumuzun oyanmasında, azərbaycançılıq ideyasının yayılmasında özünəməxsus rol oynayıb. Həsən bəy Zərdabinin min bir məşəqqətlə, basqı və təhdid altında nəşr etdirdiyi “Əkinçi” qısa zaman ərzində Müsəlman Şərqində, Türk dünyasında milyonlarla insanın düşüncəsinə işıq salıb.  

“Milli mətbuatımızın yaranmasında görkəmli ziyalı, ictimai xadim, nasir Həsən bəy Zərdabinin misilsiz xidmətləri olmuşdur. Onun min bir əzablara qatlaşıb çap etdirdiyi “Əkinci” qəzeti Azərbaycanda ana dilində mətbuatın əsasını qoymuşdur”. “Əkinçi”yə, Həsən bəy Zərdabi irsinə çox böyük dəyər verən xalqımızın böyük oğlu Heydər Əliyevin bu kəlamları bütün zamanlar üçün öz qiymətini, çəkisini, sanbalını saxlayır.

Prezident İlham Əliyevin də “Əkinçi”yə -  H.Zərdabinin yaratdığı bu ölməz irsə münasibəti həmişə təqdirəlayiq olub. Ölkə başçısı çıxışlarından birində belə deyib: “Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir”.

Prezident İlham Əliyevin təbirincə desək, Zərdabinin zəngin irsi gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir.

Zərdabişünas professor İzzət Rüstəmov “Əkiniçi” ilə azərbaycançılıq ideologiyısının vəhdətini təhlil edərkən qeyd edir ki, onlar bir-birini ən yüksək səviyyədə tamamlayan məfhumlar olub.

Bundan başqa, İ.Rüstəmov qeyd edir ki, Zərdabi irsinin geniş səviyyədə öyrənilməsinə diqqətin artırılması birbaşa Ümummilli lider Heydər Əliyevin iradəsilə bağlıdır. “Son illərdə xalqımızın mütəfəkkir oğlu, milli mətbuatımızın banisi, Azərbaycanda maarifçilik ideologiyasının yaradıcılarından biri olan Həsən bəy Zərdabinin zəngin elmi irsinin öyrənilməsi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətimiz tarixində böyük Həsən bəyin tutduğu çox möhtəşəm yeri layiqincə qiymətləndiriblər” - deyə professor bildirir.

Heydər Əliyev çıxışlarından birində “Azərbaycanda sosial-mədəni həyatın XIX əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik istiqamətdə zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır” - deyib.

İ.Rüstəmov yazır ki, mənəvi-intellektual mədəniyyətimizin xüsusi diqqətçəkən bir sahəsini də XIX əsrdə və XX əsrin əvvəllərində məhz maarifçilik təşkil edir. “...Maarifçilik mədəniyyəti, yaxud müəyyən konkret mənada maarifçilik fəlsəfəsi XIX əsrdə və XX əsrin əvvəllərində, bütövlükdə, Azərbaycan xalqının mənəvi-siyasi baxımdan inkişafında mühüm mərhələdir. XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, özül qoyanları məhz Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi idi.

Bu baxımdan, Zərdabinin böyük cəfakeşliklə nəşrinə nail olduğu ilk anadilli qəzetimiz “Əkinçi”nin ərsəyə gəlməsi yeni tipli mənəvi mədəniyyətin yaradılması, milli oyanış, istiqlal məfkurəsinin formalaşması prosesində ciddi bir başlanğıc olmuşdur... Həsən bəy Zərdabinin amal və əməl məşəli olmuş “Əkinçi” Azərbaycan məmləkətində sivil düşüncəyə əsaslanan tərəqqi və inkişaf ideyalarının yayılması, milli mənlik şüurunun geniş kütləyə sirayətləndirilməsi yollarına gur işıq salmışdır”.

Zərdabişünasların bildirdiyinə görə, “Əkinçi”çin əsas dəst-xəttini azərbaycançılıq ideyası və bu ideyanın maarifçilik yolu ilə təbliği təşkil edib. Heç şübhəsiz ki, XIX əsrdə azərbaycançılıq görüşlərilə Azərbaycan cəmiyyətində əsaslı dönüş yaradan ziyalılardan biri kimi Həsən bəy Zərdabi çox böyük xidmətlər göstərib. Zərdabişünasların fikrincə, XIX əsrdə islam ideologiyasının mövqeyi möhkəm olsa da, sonralar o öz yerini türkçülük və azərbaycançılığa verib.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun qeyd etdiyinə görə, Azərbaycan milli ideologiyasının nəzəri və əməli yaradıcılarından biri olan Həsən bəy Zərdabi yazırdı ki, dil kimi din də millətin sütunlarından birini təşkil edir. “Müasir azərbaycanşünas alim, fransız F.Jorjon yazır: “Zərdabi geniş xalq kütlələrinin müraciət etmək arzusunun aydın ifadə olunduğu xalq danışığına yaxın, sadə dildə “Əkinçi” qəzetini nəşr etdirir. İlk vaxtlar çar hərəkatı dəstəkləyirdi”.

F.Jorjon qeyd edir ki, Azərbaycan ziyalıları öz maarifçilik ideyalarını yaymaq üçün ənənəvi metod kimi şeirlərlə yanaşı, mətbuat, teatr kimi müasir vasitələrdən də istifadə edirlər. O, XIX əsrin 70-ci illərində heyrətamiz dərəcədə inkişaf etmiş mətbuatı müasir vasitələrə aid edirdi. F.Jorjon Azərbaycan dilində Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” ilə yanaşı, “Ziya”, “Ziyayi-Qafqaz”, “Kəşkül” məcmuələrinin də adını çəkir. O, sonralar Azərbaycan ziyalılarının öz maarifçilik ideyalarını “Kaspi” kimi mətbuat orqanında da ifadə etdiklərini göstərir” - deyə V.Ömərov vurğulayır.

Tədqiqatçıların böyük əksəriyyətinin qənaətinə görə, “Əkinçi”i azərbaycançılığın kütləvi yayılmasını maarifin, teatrın, mədəniyyətin inkişafında görürdü. Azərbaycançılıq ideyasının inkişafında kütləviliyin oynadığı rol haqqında Yaşar Qarayev yazırdı: “Azərbaycançılıq milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə, ideya ifadəsidir. Lakin bu ideya, bu fəlsəfə də nəzəriyyədən təcrübəyə, milli ideyadan milli şüura tam halda yalnız o zaman çevrilir ki, ayrı-ayrı ziyalılar, təklər yox, kütlələr əməldə, işdə ona sahiblik şüuru nümayiş etdirirlər”.

Tədqiqatçı R.Məmmədov isə H.Zərdabinin azərbaycançı görüşləri haqqında bəhs edərək, göstərir ki, milləti bir millət kimi səciyyələndirən cəhətlər cəmiyyətin burjua inkişaf mərhələsinə keçməsi ilə formalaşmır. Tədqiqatçının fikrincə, xalqın milli xarakterini müəyyən edən xüsusiyyətlər uzun əsrlər boyu xalqın konkret tarixi inkişafı prosesində və bu prosesin özünəməxsus cəhətlərini əks etdirərək yetişir, cilalanır və millətin, milli mədəniyyətin, milli şüurun təşəkkülü ilə yeni keyfiyyət alır, milli xarakteri müəyyən edən keyfiyyətə çevrilir.

Zərdabişünasların fikirlərinə əsaslanaraq qeyd edək ki, milli şüurun oyanışı millətin öz əslini-kökünü, tarixini tanıması problemi ilə sıx bağlı olub. Tədqiqatçıların yazdıqlarına görə, XIX əsrin sonlarına doğru “Əkinçi” qəzetinin simasında milli mətbuatımızın yaranması ilə maarifçilik və milli özünüdərk prosesinin yeni mərhələsi başlanır.

V.Ömərovun yazdığına görə, əvvəl “Əkinçi”, sonralar “Kəşkül” və “Ziya” qəzetlərinin səhifələrində milləti səfərbər edən, ona kimliyini anladan yüzlərlə yazı nəşr olunurdu. Bu yazılarda millətin maariflənməsinə, azərbaycançılıq ideologiyasının daha geniş miqyasda yayılmasına rəhbərlik edən  H.Zərdabi milli mövcudluq uğrunda ölüm-dirim savaşından - “zindəganlıq davasından” qalib çıxmaq üçün xalqı kütləvi şəkildə elmə, maarifə yiyələnməyə və bu yolda öz haqqını qorumağa çağırırdı. O, cəmiyyətdə daim mübarizə getdiyini xatırladaraq yazırdı: “Əvvəllər insanlar zindəganlıq davasını yumruq, sillə, sonra qılınc, qalxan və dəxi sonra tüfəng və qeyri-əsləhələr ilə edirdi. Elə ki, sonra vurmaq, öldürmək nəhy oldu, insan zindəganlıq davasını ağıl ilə edir. Hər kəsin ki ağlı çoxdur, qanacağı artıqdır, bu zindəganlıq davasında düşmənə artıq qalib gəlib, onun ruzusunu günü-gündən azaldıb, bədənini zəifləndirib, cürbəcür naxoşluğa düçar edib, axırda tələf edər. Çünki ağıl və qanacaq artıq olmağı elm təhsil etmək ilədir, ona görə biz müsəlman qardaşlarımıza “oxuyun, elm təhsil edin!” - deyəndə zikr olan zindəganlıq davasından ötrü deyirik ki, bu davada müsəlman qardaşlarımız məğlub olub axırda puç olmasınlar”.

Bildiyimiz kimi, XIX əsrin ikinci yarısında milli ideyaların rüşeymlərinin və milli ideologiyamızın yaranması prosesində Həsən bəy Zərdabi (1842-1907) və onun “Əkinçi” qəzetinin müstəsna əməyi olub. Alimlərin fikrincə, biz milli ideyalardan, milli-mənəvi dəyərlərdən bəhs ediriksə, H.Zərdabi və “Əkinçi” bir-birindən ayrı tutula bilməz. “H.Zərdabinin çağdaşlarından başlıca üstünlüyü də milli ideyaları ortaya qoymaq üçün daha əlverişli bir vasitəni - mətbuatı seçməsi idi. Mətbuat xalqın kütləvi şəkildə maariflənməsi, türk millətinin oyanışı, milli və dini birlik ideyasının yayılması baxımından çox önəmli idi. Ən vacib məqam odur ki, “Əkinçi”nin dövründə köhnəpərəstlərə qarşı bütöv bir yenipərəstlər cəbhəsi yarandı. Artıq Azərbaycan ziyalıları tək-tək (A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə və başqaları kimi) deyil, sxolastik dünyagörüşə və mühafizəkarlığa qarşı, müəyyən mənada, bir mövqedən mübarizə aparmışdılar. Bu baxımdan, Zərdabi yalnız milli mətbuatın banisi deyil, o həm də, milli ideologiya əsasında, 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyətinin qurucularının ideoloqudur. Ümumilikdə, Zərdabinin Qafqaz müsəlmanlarının-türklərinin maariflənməsi, oyanışı və milli birliyi uğrunda apardığı mübarizə iki başlıca amilə:

1) Azərbaycan türklərinin millət kimi formalaşmasına, yəni siyasi-ideoloji mənada, milli birliyin-millətin yaranmasına;

 2) Qafqaz müsəlmanları arasında, başda türklər olmaqla milli birliyin yaranması yolunda islamın müsbət rol oynaya bilməsi işinə xidmət etmişdir. Fikrimizcə, bu iki məsələ - millətin formalaşması və milli birliyin yaranmasında islamın rolu Zərdabinin yaradıcılığında vəhdət təşkil etmişdir. Bu baxımdan, Zərdabinin “müsəlman”, “müsəlman milləti” və s. ifadələri “türk”, “Qafqaz  türkləri”, “türk  milləti”  anlayışlarının sinonimi kimi başa düşülməlidir. Əslində, ana dilinin və millətinin adının “türk” olduğunu bildiyi, üstəlik, “Əkinçi”də tez-tez doğma dilini “türk dili” adlandırdığı halda, yalnız “millət” məfhumu baxımından Zərdabinin “Qafqaz müsəlmanlan”, “müsəlman”, “islam milləti” anlayışlarından istifadə etməsi təsadüfi deyil.

Zərdabi “Əkinçi”yə yazdığı məqalələrinin birində bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə  çalışmışdır. Onun fikrinə görə, qədim dövrlərdə Qafqaz Asiya ilə Avropa arasında bir körpü rolunu oynamışdır. Asiya qitəsində əhali çoxaldıqca, Qafqazdan köçüb Avropaya gedirmiş. Ancaq bununla yanaşı, həmin tayfalardan bəziləri Qafqazda məskunlaşmışlar” - deyə V.Ömərov qeyd edir.

Zərdabiyə görə, sonra Qafqaza ərəblər gəlib və buranın əksər əhalisini islamlaşdırıb. V.Ömərovun bildirdiyinə görə, lakin Qafqaz millətlərinin əksəriyyəti islamı qəbul etsələr də, etnik tərkibin rəngarəngliyi onların bir millət kimi birləşməsinə əngəl olub. “Bu baxımdan, Zərdabi də Bakıxanov kimi Qafqazda yaşayan xalqların etnik müxtəlifliyini nəzərə alaraq, daha çox “müsəlman” anlayışından istifadə edib. Eyni zamanda, bu, o dövrdə türklərin özlərini müsəlman kimi qələmə vermələri, həddən artıq islam təəssübkeşliyi ilə bağlı idi. Zərdabi də XIX əsrdə, “müsəlman”, “islam milləti” anlayışının cəmiyyət daxilində hökm sürdüyü bir zamanda, birdən-birə Azərbaycan türk millətindən söz aça bilməzdi. Əlbəttə, bu dövrdə Zərdabi, Axundzadə, Bakıxanov, Zakir və başqa ziyalılarımız sadə rəiyyətdən fərqli olaraq, Qafqaz müsəlmanlarının əksəriyyətinin türk mənşəli olmasını daha yaxşı anlayırdılar. Bu baxımdan, Zərdabinin bir türk kimi, türkcə qəzet nəşr etməsi və burada türk dilini özünə doğma sayması təbii idi. Zərdabi “Əkinçi”nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə tərcümə edildiyini bildirirdi: “Məzkur qərardadı biz öz türk dilimizə tərcümə etmişik”. Zərdabi “Əkinçi” qəzeti bağlandıqdan sonra, məcburi şəkildə uzun müddət ictimai fəaliyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən fəal şəkildə millətinə xidmət etməyə başlamış, “Kaspi”, “Həyat” və başqa qəzetlərdə milli ruhlu məqalələrlə çıxış etmişdir”.

V.Ömərovun qeyd etdiyinə görə, bu baxımdan, H.Zərdabinin “Əkinçi”dən sonrakı fəaliyyəti də millətinin oyanışı və inkişafı ilə bağlı olub, o, həm bir çox çağdaşlarının (N.Vəzirov, S.Ə.Şirvani, Əhsənül Qəvaid və b.), həm də yeni nəslin (Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və b.) milli ruhda yetişməsində və formalaşmasında müstəsna rol oynayıb: “Təsadüfi deyil ki, çağdaşları ilə yanaşı, XX əsrin əvvəllərində yaşamış bir çox tanınmış ziyalılarımız da - Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov və başqaları H.Zərdabini özlərinin müəllimi, ustadı sayıblar”.

Zərdabinin və onun ölməz əsəri “Əkinçi”nin azərbaycançılıq ideologiyasının formalaşmasında mislilsiz rol oynadığı göz önündədir. Bizdən sonra gələn nəsillər də Zərdabinin azərbaycançılıq görüşlərini öyrənəcək və daha geniş müstəvidə təbliğ edəcək.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ