Bazar günü günü, 25 oktyabr 2026
     

Ermənistan XİN diasporumuza hücumlar məsələsində artıq dünyanı ələ salır - basqınçı tərəf erməni diasporu və lobbiçilərdir…

Image


Son günlərdə xarici ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən keçirilən icazəli aksiyalara ermənilərin qanunsuz müdaxilələri, habelə törətdikləri vandalizm, zorakılıq halları nəticəsində 50 nəfərə yaxın soydaşımız xəsarət alıb və şəxsi əmlaklarına ciddi maddi zərər dəyib. Bildiyimiz kimi, azərbaycanlılarla davaya ermənilər başlayıb və onlar soydaşlarımıza qarşı ən müxtəlif formalarda təxribatlar ediblər.

Lakin ermənilər öz ənənələrinə uyğun olaraq xarici ölkələrdə keçirilən mitinqlər zamanı ilk olaraq (?) azərbaycanlıların onlara “hücum etdiyini” iddia edirlər. Ermənistan Xarici İşlər Nazirliyi, həmişə olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyətin gözünə kül üfürməyə və yaydığı açıqlama ilə  dünyada tamamilə başqa rəy yaratmağa cəhdlər edib. Erməni XİN-i yalandan iddia edib ki, guya xarici ölkələrdə Ermənistan diplomatik nümayəndəliklərinə qarşı hərəkətləri Azərbaycanın dövlət strukturları idarə edir. Guya ki, son vaxtlar azərbaycanlılar erməni icmalarının nümayəndələrinə, Ermənistan vətəndaşlarına qarşı “zorakılıq göstərir”lər. Azərbaycanı irqçilikdə və sair məsələlərdə ittiham etməyə cəhd edən erməni XİN əslində Ermənistanın adını bizə qoymağa, xaricdə baş verənləri dövlətimizin və soydaşlarımızın adına yazmağa cəhdlər edir.

Yeri gəlmişkən, Avropa ölkələrindən birində fəaliyyət göstərən diaspor qurumlarımızın birindən aldığımız məlumata görə, ermənilər 12 iyulda dövlət sərhədində baş vermiş təxribatdan əvvəl dünyanın müxtəlif ölkələrində mitinq keçirmək üçün icazələr almaq məqsədilə həmin ölkələrin rəsmi dairələrinə müraciət ediblər. Bu faktın özü də aydın şəkildə göstərir ki, iyulun 12-də Ermənistanla sərhədin Tovuz rayonu ərazisində düşmən ölkənin törətdiyi təxribat əvvəlcədən hazırlanıb və bu  planın hazırlanmasında da xaricdəki erməni diasporu, lobbisi yaxından iştirak edib. Heç şübhəsiz, ermənilərin  iyulun 12-dən əvvəl mitinq üçün icazə alması səbəbsiz olmayıb. Yəni ermənilər Tovuzda təxribatlar törədir, bunun ardınca isə əvvəlcədən hazırlanmış plan üzrə xaricdə erməni diasporunun aksiyaları başlayır, onlar bununla Tovuz təxribatlarının guya Azərbaycan tərəfindən törədildiyi barədə rəy yaratmaq məqsədi güdüblər.  

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev baki-xeber.com-a bidirdi ki, Ermənistan Xarici İşlər Nazirliyinin iddiasının heç bir əsası yoxdur. İ.Ağayevin sözlərinə görə, ermənilər Tovuzda törətdikləri təxribatları, erməni lobbisinin təşkilatçılığı ilə xarici ölkələrdə soydaşlarımıza qarşı əvvəlcədən planlı şəkildə hazırladıqları vandalizm aktlarını ört-basdır etmək üçün dünyanı aldatmaq istəyir:“Son zamanlar erməni təxribatlarının artıq səngərdən şəhərlərə, küçə davalarına keçməsi bir vətəndaş olaraq məni çox narahat edir. Təbii ki, biz də bu məsələlərin qaynar nöqtəsində dayanmışıq. Bizim təşkilatın strukturları, o cümlədən də Rusiyadakı, Orta Asiyadakı, Türkiyədəki, Avropa ölkələrindəki nümayəndəliklərimiz Azərbaycançılıq məfkurəsi ətrafında birləşib və Azərbaycanın haqq işini müdafiə edənlərlər sırasındadırlar. Bilirik ki, bir neçə gün bundan əvvəl erməni silahlı qüvvələri cəbhənin Tovuz rayonu istiqamətində təxribatlar törədib və ərazi bütövlüyümüzü pozmağa cəhdlər ediblər. Ermənilər bizə qarşı aqressiv münasibətlərini dünyanın hər yerində büruzə verir və törətdikləri təxribatları bizim adımıza yazmağa, bizimlə əlaqələndirməyə cəhdlər edirlər. Bu gün Erməni XİN yalandan iddia edir ki, guya azərbaycanlılar xaricdəki Ermənistan səfirliklərinə, diplomatik korpuslarına “zərər vurub, ermənilərə qarşı zorakılıq edib”,  bu tamamilə yalandır. Cəbhədəki erməni təxribatından dərhal sonra erməni lobbisinin üzvləri ABŞ-da, Avropa ölkələrində və sair yerlərdə Azərbaycan xalqına və dövlətinə qarşı öz aqressiyalarını göstərmək məqsədilə kütləvi şəkildə Azərbaycan səfirliklərinin qarşısına gəlib və burada bizim əleyhimizə aksiyalar keçirməyə cəhdlər ediblər. Onlar bizim səfirliklərin qarşısına xoşagəlməz plakatlar da yazıb qoymuşdular. Ermənilər sərhədin Tovuz rayonu istiqamətində olduğu kimi, müxtəlif xarici ölkələrdə də azərbaycanlılara qarşı təxribatlar, zorakılıqlar, vandalizm aktları törədiblər. Erməni lobbisinin, diasporunun təşkilatçılığı və Ermənistan dövlətinin birbaşa idarəçiliyi ilə ermənilərin bizim səfirliklərə, diplomatik nümayəndəliklərimizə qarşı müxtılif təxribatlar törətməyə cəhdlər etməsi soydaşlarımızın narahatlığına səbəb olub və onlar əllərində bayrağımız səfirliklərimizin önünə yığışaraq xalqımızı, dövlətimizi, ordumuzu müdafiə edib və dəstək aksiyaları keçiriblər. Həmin aksiyalarda da ermənilər soydaşlarımıza qarşı məlum hücumları ediblər. Ermənistanın bu gün Azərbaycanı ittiham etməsinin heç bir əsası yoxdur. Ermənistan özünün xaricdəki ermənilərə “Azərbaycana qarşı mitinq keçirin, təxribatlar törədin” göstərişini gizlətmək istəyir”.

İ.Ağayev qeyd etdi ki, ermənilərin iyulun 12-dən əvvəl yaşadıqları ölkələrin aidiyyəti qurumlarından mitinq keçirmək üçün icazə alması ilə bağlı fikirlər həqiqətdir. “Göründüyü kimi, ermənilər bu mitinqlərə xüsusi plan əsasında hazırlaşıblar, biz onların hazırlıqlı olmasını soydaşlarımızın keçirdukləri mitinqlərə qanunsuz müdaxilələr zamanı daha aydın gördük. Yəni xarici ölkələrdəki ermənilərin azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarının planının əvvəlcədən cızıldığı və onların 12 iyuldan əvvəl mitinq keçirmək icazəsi almaq üçün gizli şəkildə aidiyyəti qurumlara müraciət etdiyi artıq ifşa olunub. Onlar biliblər ki, Tovuzda törətdikləri təxribata bütün Azərbaycan xalqı etiraz edəcək və xalq ayağa qalxıb öz ölkəsini, ordusunu müdafiə edəcək, ona görə də bu aksiyaları öncədən planlayıblar. Bu planlı şəkildə olmasaydı, birdən-birə üzərinə “ASALA” yazılan köynək geyinmiş ermənilər meydana çıxmazdı. Görünür, “ASALA”nı əvvəlcədən hazırlayıblar ki, mitinqlərdə  soydaşlarımıza qarşı zorakılıq göstərsinlər”-deyə İ.Ağayev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ