14/08/2020 21:50
728 x 90

Paşinyanın yeni 4 şərti - 30 illik prosesin üstündən xətt çəkildi, müharibə qaçılmaz edildi...

Məhəmməd Əsədullazadə: “Bu şərtlərdən sonra ümumiyyətlə danışıqların aparılması mənasızdır”

img

12-16 iyul hərbi uğursuzluğundan nəticə çıxarmayan Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 23-də hökumətin iclasında həyasız açıqlamalarla çıxış edib.

Utanmadan bəyan edib ki, uzun müddət Azərbaycanı bizimlə güc dilində və güc tətbiq etmək hədələrilə danışmamağa çağırdıq:“İndi deyə bilərik ki, Ermənistan nəinki danışıqlar masası arxasındakı güc təhdidini dəf etdi, həm də döyüş meydanında nümayiş etdirdi ki, onlar əsassızdır və real qüvvələr nisbətini əks etdirmir. Real vəziyyət dedikdə, biz yalnız silahların və canlı qüvvənin sayını yox, həm də hər şeydən öncə hərəkətlərin keyfiyyətini və idarəetmə səviyyəsini nəzərdə tuturuq. İndi əminliklə deyə bilərik ki, Ermənistan Silahlı Qüvvələri, Ermənistan ordusu nəinki yüksək döyüş hazırlığı nümayiş etdirdi, həm də yüksək döyüş hazırlığına malik ən intellektual ordu reputasiyasını qazandı”.

Bununla belə, Paşinyan hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri bir daha təkrar edib: “1.Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır; 2.Dağlıq Qarabağın təhlükəsizliyi məhdudlaşdırıla bilməz; 3.Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququ olmalıdır; 4.Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”.

Paşinyan bununla, faktiki olaraq, 30 illik danışıqlar prosesinin üstündən xətt çəkib, bizə təslimçilik təklif edir. Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqları davam etdirməyə dəyərmi? Həmsədrlər hara baxır?

  • “Azərbaycanın Qarabağ istiqamətində Ermənistan silahlı qüvvələrinə zərbələr endirməsi zaman məsələsidir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu:“Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan tərəfinə ümumilikdə 7 şərt irəli sürüb. Bu şərtlərdən sonra  ümumiyyətlə danışıqların aparılması mənasızdır. Paşinyan Qarabağ separatçılarını tərəf kimi təqdim edir və atəşkəsin qorunması üçün beynəlxalq monitorinq sisteminin yaradılmasını qeyd edir. Erməni Baş nazirin bu şərtləri Minsk Qrupunun fəaliyyətini heçə endirməklə, bütün prosesin üzərindən xətt çəkmiş oldu. Paşinyanın apardığı siyasət münaqişəni alovlandırmağa xidmət edir. Azərbaycan tərəfi Paşinyanın bu şərtlərinə kəskin etirazını bildirməli, Minsk Qrupunun üzvlərini məlumatlandırmalıdır. Paşinyanın bu təklifləri, faktiki olaraq, Ermənistanın danışıqlardan yayınmasıdır. Bundan əlavə, Paşinyan bu açıqlması ilə daxildə Ermənistanın ağır itkilərini sığortalamağa çalışır. Azərbaycanın Qarabağ istiqamətində Ermənistan silahlı qüvvələrinə zərbələr endirməsi zaman məsələsidir. Ermənistanla, faktiki, danışıqlar mərhələsi süquta uğrayıb. Danışıqlar bərpa olunsa da, Azərbaycan öz təklifləri ilə çıxış etməli, paralel olaraq hərbi təzyiqləri artırmalıdır. Tovuz hərbi təcavüzündə çox ciddi məsələlər var. Azərbaycan Qarabağ istiqamətində yeni ərazilər əldə etməlidir. Bunu isə lokal döyüşlərlə əldə etmək olar”.

Paşinyan məlum çıxışı ilə müharibədən başqa alternativ saxlamadı.

Vidadi ORDAHALLI

Son xəbərlər