Bazar günü günü, 25 oktyabr 2026
     

Rusiya hökuməti Azərbaycan diasporunun təmsilçisi kimi “Alkoponidən” vaz keçdi - Qod Nisanova yönəlik seçimdən çıxan suallar...

Image


Toğrul Allahverdi: “Fazil Qurbanovun və digər şəxslərin ora dəvət edilməməsinə gəlincə, nə o, nə də özününü Rusiyada federal təşkilatın rəhbəri elan edən və qeydiyyatdan keçməyən digər təşkilatların rəhbəri indiyə qədər Rusiyanın dövlət strukturlarının nümayəndələri, XİN rəhbəri və rəsmiləri ilə görüş keçirməyib”

Bildiyimiz kimi Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava baş verib. Məlumata görə, hadisə Lyublinskaya və Nijnie Polya küçələrinin kəsişməsində qeydə alınıb. Ümumilikdə davada 30-a yaxın insan iştirak etdiyi bildirilir.

Analoji hadisə bu sabah Rusiya paytaxtının Pererva və Perervinski bulvarı kəsişməsində də yaşanıb.

Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın azərbaycanlı icmasının nümayəndəsi, “Kiyevskaya ploşşad” MMC-nin Direktorlar Şurasının sədri Qod Nisanovla görüşüb.

Rusiya XİN-in başçısı Azərbaycan icmasının nümayəndəsi Q.Nisanovla söhbətində bundan əvvəl “Rusiya erməniləri ittifaqı” Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan ilə də görüşdüyünü qeyd edib.

Görüşlərdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Rusiya Federasiyasının ərazisində millətlərarası sülhün və həmrəyliyin dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə edilib.

Lavrov görüşə nə üçün ləğv olunmuş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) rəhbəri, Moskva Dövlət Universitetinin professoru Fazil Qurbanov, yaxud yeni təsis olunmuş Rusiya Azərbaycanlıları İttifaqının rəhbəri Frenk Alkoponi ləqəbli Füzuli Məmmədov deyil, Qod Nisanovu dəvət edib?

Doğrudur, Q.Nisanov da Azərbaycanın mövqeyini həmişə müdafiə edən, dövlətimizin təəssübünü çəkən Azərbaycan doğumli bir şəxsdir. Amma görüşə adlarını qeyd etdiyimiz şəxslərin deyil, onun dəvət edilməsi bir sıra suallar doğurur.

  • “Ola bilsin, Lavrov Qodla şəxsi münasibəti olduğu və onunla daha asan anlaşacağı üçün Azərbaycan icmasının nümayəndəsi kimi onunla görüşüb”

Diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdi bildirdi ki, hazırda Rusiyada bu sahədə aktiv fəaliyyət göstərən heç bir Azərbaycan  təşkilatı yoxdur, bu səbəbdən də Lavrov Nisanova üz tutub. “ Əvvəlcə onu qeyd edim ki, bu gün Rusiyada aktiv fəaliyyətdə olan federal səviyyədə heç bir Azərbaycan təşkilatı yoxdur. Çox təəssüflə bildirirəm ki, Ümumrusiya Azərbaycan Konqresi ləğv edildikdən sonra onun yerini doldura biləcək bir təşkilat hələ ki, formalaşmayıb. Bəzi şəxslər tərəfindən fərdi təşkilatlar yaradılıb, onlar arasında soydaşlarımız tərəfindən dəstəklənəni də, dəstəklənməyəni də var. Lakin ÜAK ləğv edildikdən sonra heç bir Azərbaycan təşkilatı qeydə alınmayıb, Rusiyada soydaşlarımız adından çıxış edə biləcək rəsmi diaspor təşkilatımız yoxdur. Bir “Azərros” var, o da məlum səbəblər üzündən bizim həmvətənlərimiz tərəfindən qəbul edilmir. “Azərros”un da Rusiyadakı azərbaycanlılar adından danışması gülüş doğurucu hal olardı. Düşünürəm ki, bu təşkilatın rəhbərliyinin Lavrovla görüşə dəvət edilməməsi bu səbəbdəndi. Fazil Qurbanovun və digər şəxslərin ora dəvət edilməməsinə gəlincə, nə o, nə də özününü Rusiyada federal təşkilatın rəhbəri elan edən və qeydiyyatdan keçməyən digər təşkilatların rəhbəri indiyə qədər Rusiyanın dövlət struktirlarının nümayəndələri, XİN rəhbəri ilə rəsmiləri ilə görüş keçirməyib.

Fazil müəllim Rusiya və Azərbaycan arasında dostluq əlaqələrinin qurulmasında müstəsna xidməti olan bir alim, ziyalıdır. O Rusiyada azərbaycanlılar arasında böyük hörməti var.

Bu gün niyə məhz Qod Nisanovun Lavrova görüşə dəvət edilməsi sualı yaradıb. Xüsusi olaraq vurğulayım ki, Rusiyada Azərbaycan diasporu formalaşandan bu günə kimi istər ləğv olunmuş ÜAK-ın fəaliyyəti dövründə onun inkişafında Qod Nisanovun və digər soydaşlarımızın böyük xidmətləri var. Düşünürəm ki, Rusiyanın XİN rəhbərinin Qod Nisanovla görüşməsi təqdirəlayiq haldır. Çünki Qod Nisanov həmişə orada özünü bir Azərbaycan icmasının aktiv üzvü, diasporumuzun bir fəal siması  kimi göstərib, bu cür davranıb. Ona görə də, Qod Nisanovun ora dəvət edilməsinə başqa rəng verilməməlidir. Qeyd etdiyim kimi o da bizim multikultural, çoxmillətli dövlətimizin bir parçasıdır. Çox təəssüf ki, bu günə kimi Rusiyada federal təşkilatın qurulmaması belə hallara gətirib çıxarır. Qodun Lavrovla görüşməsini də təqdir etmək lazımdır”.

T.Allahverdi qeyd etdi ki, Q.Nisanov son hadisələr zamanı Azərbaycan dövlətinin, xalqının yanında olduğunu bir daha subut etdi. “Zənnimcə, bu məsələnin görünən tərəfidir. Görünməyən tərəfi də ondan ibarət ola bilər ki, Qod Nisanov böyük iş adamıdı, Rusiya rəsmiləri ilə böyük əlaəqləri var. Ola bilsin, Lavrov Qodla şəxsi münasibəti olduğu və onunla daha asan anlaşacağı üçün Azərbaycan icmasının nümayəndəsi kimi onunla görüşüb” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ