Samux rayonundan Əhmədov Anar Müzadil oğlu Prezident İlham Əliyevə müraciət edib. “Xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Mən fəxr edirəm ki, Azərbaycanın güclü ordusu var.
…Qəhrəman ordumuz düşmənə bir daha öz gücünü göstərdi. Düşmən təxribatının qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alındı. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o günü səbirsizliklə gözləyirik.
…Sizin döyüşə əmrinizlə torpaqlarımızı qısa müddətdə düşməndən azad etməyə hazırıq” - deyə Samux sakini yazıb.
Hazırladı: Zümrüd VƏLİYEVA