Bazar günü günü, 25 oktyabr 2026
     

İrəvanın səbatsız siyasəti üzündən cəbhədə silahlar yenidən işə düşə bilər...

Image


Iki il əvvəl Ermənistanda hakimiyyətə gəldikdən sonra Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı meydana atdığı cəfəng ideyalardan biri də danışıqlar formatının dəyişməsi, zəbt edilmiş ərazilərdəki separatçı rejimi ayrıca tərəf kimi prosesə cəlb etmək oldu. Həmin vaxt Azərbaycan bəyan etdi ki, bu hal danışıqlardan imtina anlamına gəlir və Bakı İrəvanın bu cəfəng ideyasını qəbul edə bilməz. Ardınca ATƏT-in Minsk Qrupu və bütövlükdə dünya ictimaiyyəti separatçı rejimin danışıqlarda tərəf kimi iştirakının qeyri-mümkünlüyünə dair Paşinyana açıq mesaj verdi. Nəticədə İrəvan geri çəkilməli oldu.

Bundan sonra danışıqlar əvvəlki format üzrə davam etdirildi. Amma iyulun 12-də düşmənin Tovuzda məlum təxribatı və bunun ardınca yaşananlardan sonra layiqli cavabını alan Paşinyan iqtidarı yenidən sərsəmləməyə başlayıb. Məsələ burasındadır ki, sərhəd təxribatı Paşinyana və erməni ordusuna baha başa gəlib. Ölkə daxilində artan narazılığı neytrallaşdırmaq üçün Paşinyan yenidən Qarabağ məsələsində cəfəng mövqe sərgiləməyə başlayıb. Belə ki, Paşinyan hökumətin iclasında Tovuz istiqamətində son erməni təxribatı məsələsinə toxunarkən, guya Azərbaycanın Ermənistana hücumunun qarşısını aldığını bildirib. Bundan sonra Qarabağ məsələsində Paşinyan qəbul edilməsi mümkün olmayan 7 şərt irəli sürüb. Bunlardan biri də separatçı rejimin danışıqların tamhüquqlu üzvü olması haqdadır. Bundan əlavə, Paşinyan iddia edir ki, Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırması ilə bağlı addımlar atmalıdır. O, “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanıma kimi sərsəm məsələni də gündəmə gətirir, Türkiyənin regionda fəaliyyətinə qarşı çıxdıqlarını da bildirir. Göründüyü kimi, Tovuzda təxribata cəhd edən, Azərbaycanın guya UAZ-la hücuma keçdiyini iddia etdiyi üçün rüsvay olan və buna görə hətta KTMT-nin dəstəyini ala bilməyən Nikol Paşinyan yenə daxili auditoriyaya ünvanlı mesajlarla təzyiqlərdən qaçmaq, populistcəsinə öz reytinqini qorumaq yolunu tutub. Amma bununla o, həm də danışıqlar prosesinə zərbə vurur, savaşdan başqa həll yolu qoymur.

Rəsmi Bakı artıq bu məsələyə münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Paşinyan tərəfindən səsləndirilən fikirlərin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbə olduğunu deyib: “Bununla Ermənistan rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir. Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin danışıqların formatı dəyişdirilə bilməz. Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir. Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu, növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir”. XİN rəsmisi qeyd edib ki, Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər: “Həmsədrlər Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər”. Hesab edilir ki, Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq qurumlar bu dəfə də Paşinyanı yerində oturtmasalar, Ermənistanla ümumiyyətlə danışıqlara ehtiyac qalmayacaq və savaş qaçılmaz olacaq.

Bu durumda Azərbaycan da həmsədrlər qarşısında konkret şərtlər qoyur. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Kommersant" qəzetinə müsahibəsində bildirir ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözləyir:"Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və azərbaycanlı qaçqınların evlərinə qayıtmasını təmin etmək məqsədilə biz həmsədrlərdən əsaslı danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı konkret planlar, konkret təkliflər gözləyirik... Azərbaycan ATƏT-in Minsk Qrupunun işindən məmnun deyil. Mən açıq şəkildə dedim ki, onların mesaj çatdırmaqdan ibarət olan iş mexanizmləri qeyri-effektivdir. Onlar erməni tərəfindən hansısa məlumatlar alırlar, bu məlumatları bizə çatdırırlar və sonra tərsinə. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqınların doğma torpaqlarına qayıtması üzrə konkret plan olmalıdır. Unutmayın ki, qrupun üç həmsədri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bir daha təkrar edim ki, ortada hərbi işğal faktı var. Həmsədrlər bu fakta siyasi və hüquqi qiymət verməlidirlər və biz bunun əsasında irəliləməliyik. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri, o cümlədən qanunsuz köçürülmələr danışıqlar prosesinin mənasını tamamilə məhv edir. 2005 və 2010-cu illərdə ATƏT-in qiymətləndirmə missiyaları Azərbaycanın işğal olunmuş ərazilərində bir çox qanunsuz fəaliyyət faktlarını aşkar edib. Bu məsələlər üzrə biz həmsədrlər tərəfindən konkret mövqe görmürük. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi həmsədrlərin mandatını təşkil edir. Başqa sözlə, onların əsas məqsədi bu qətnamələrin tələblərinin yerinə yetirilməsi olmalıdır".

Sirr deyil ki, Bakı qeyd edilən istiqamətdə istədiyi nəticəyə nail olmasa, cəbhədə yenidən silahlar işə düşəcək. Amma bu dəfə Azərbaycanın savaşı dayandırması artıq mümkünsüz görünür. Çünki Ermənistan sülhlə yola gəlmək niyyətində olmadığını açıq nümayiş etdirir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ