Bakının Nərimanov rayondan ehtiyatda olan zabit İsmayılov Lətif Sərtib oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və ictimaiyyət tamamilə Azərbaycanın tərəfindədir. Bu, Sizin illərdən bəri Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gördüyünüz böyük işlərin nəticəsidir. Azərbaycanın inkişafı, nüfuzunun gündən-günə artması mənfur qonşularımızı narahat etməyə bilməz. Buna görə də Ermənistan hüquqi yollardan deyil, təxribatdan istifadə edir.
Ölkəmiz müstəqillik qazandığı vaxtdan sülh yolunun tərəfdarı olsa da, Sizin Qarabadağ məsələsində qətiyyətli mövqeyiniz var və bu mövqe xalqın iradəsini ifadə edir.
Mən ehtiyatda olan zabitəm. Hərbi anda sədaqətimi bildirərək bu günlərdə cəbhə bölgəsində olan əsgər və zabitlətlə çiyin-çiyinə durmaq üçün döyüş bölgəsinə getməyə hazıram”.
Hazırladı: Zümrüd VƏLİYEVA