“Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatda düşmən ölkə qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi. Azərbaycan Ordusu nəinki düşmənin hücumunun qarşısını aldı, onların silahlı qüvvələrinə layiqli zərbə də endirdi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu.
Bu anlar bizə qürur yaşatdı. Ermənilər bir daha başa düşdü ki, hər bir təxribatın qarşısı belə qətiyyətlə alınacaq. Çünki Azərbaycanda dövlət-xalq birliyi, Prezidentə böyük dəstək, sevgi var.
...Sizinlə və şanlı ordumuzla fəxr edir, Sizə inanır və güvənirik”. Bu sözləri Lerik rayonundan Əliyev Hatəm Xanəhməd oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Hazırladı: Zümrüd VƏLİYEVA