Tovuz rayonun Əyyublu kənd sakini Abbas Abbasov da Prezident İlham Əliyevə müraciət edib. “Respublikamızda şəhərlərin, kəndlərin, onlarla birlikdə isə bütünlükdə ölkəmizin inkişafı, gözəlləşməsi təsadüfi deyil. Bu yüksəliş Sizin gecə-gündüz çalışmağınızın, düzgün siyasət yürütməyinizin bəhrəsidir.
Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Əyyublu kəndində daxili yolların asfaltlanması bütün sakinlərin sevincinə səbəb oldu.
Hamımız bilirik ki, inkişaf yoldan başlayır. Son illər Tovuz rayonunda yolların təmiri ilə bağlı xeyli iş görülüb. İndi kənimizin yolları göz oxşamaqla yanaşı, sakinlərin rahatlığına xidmət edir.
…Kəndimizin bütün sakinləri, o cümlədən ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq” - deyə A.Abbasov qeyd edib.
Hazırladı: Zümrüd VƏLİYEVA