Ermənilər dövriyyəyə növbəti yalan informasiya buraxıblar. Belə ki, Ermənistanın Hava Hücumundan Müdafiə Xidməti rəisinin müavini, polkovnik Qarik Movsisyan erməni mətbuatına deyib ki, guya Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqmatində 3-4 gün ərzində Azərbaycanın 14 PUA-nı “vurub”.
Saxtakarlıqda və dezinformasiya yaymaqda “mahir” olan ermənilər Tavuşda “vurlan Azərbaycan PUA-larının” fraqnentlərini nümayiş etdiiblər.
“Bilirik ki, Ermənistan həmişə yalan danışır”
Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan tərəfin yaydığı bu məlumat təxribat xarakteri daşıyır və dezinformasiyadan başqa bir şey deyil. “Bilirik ki, Ermənistan həmişə yalan danışır və dezinformasiya yaymaqla məşğul olur. Ermənilərin Azərbaycana məxsus 14 PUA vurmaları barədə iddiaları qətiyyət həqiqətəuyğun deyil. Həm bizim, həm də onların vurduğu PUA-n barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Aprel hadisələrindən sonra ermənilər pilotsuz uçuş aparatları almağa başladılar. Amma onların PUA-nı ilə bizimkilərin fərqi böyükdür. Ermənilər deyirlər ki, biri 400 dollara başa gələn PUA-lar istehsal edirlər. Təsəvvür edin ki, bu uşaq oyuncağı kimi şeydir. O da təbii ki, bizimkilərlə heç cür müqayisə oluna bilməz. Ermənilərin bizim 14 PUA-zı vurduqlarını iddia etmələri dezinformasiyadır, yalandır”-deyə T.Eyvazov vurğuladı.
İradə SARIYEVA