“Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş- gəliş kəsilirdi.
Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd təsərrüfatı məhsullarını vaxtında çatdıra bilirlər.
Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də bütünlüklə həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq”. Bu fikirləri Quba rayonunun Buduq kəndindən Həsənov Yaqub Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.
Hazırladı: Zümrüd VƏLİYEVA