Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycan planetar miqyasda Ermənistana daha sərt zərbələr vurmağa başlayır...

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətin təhlili burada bir sıra yeni mühüm məqamları üzə çıxarır. Söhbət, ilk növbədə, işğalçı Ermənistanın beynəlxalq müstəvidə də tamamilə təklənməsindən, onun təcavüz siyasətinə qarşı dünya miqyasında artan etirazlardan gedir.

Məlumdur ki, Ermənistanın sərhəd təxribatından sonra dünyanın müxtəlif ölkələrində soydaşlarımız İrəvanın bu hərəkətinə qarşı çoxsaylı etiraz aksiyaları təşkil etdilər və etməkdədirlər. Artıq Ermənistanın özündə belə etiraf edilir ki, bu aksiyalar dünya miqyasında İrəvan və erməni lobbisi üçün sarsıdıcı zərbələrdən birinə çevrilib. Hətta bundan irəli gəlir ki, ABŞ və Avropada təşkil edilən aksiyalara bir sıra hallara erməni diaspor  təmsilçiləri açıq hücumlar təşkil edib fiziki qarşıdurmalara belə səbəb olurlar. Vəziyyətin bu həddə çatması ermənilərin həm də artıq isterik bir duruma düşməsinin göstəricisidir.

Məsələnin digər maraqlı tərəfi müxtəlif dövlətlər tərəfindən Ermənistanın bu bəd əməlinə qarşı sərgilənən mövqedir. O baxımdan ki, bu dəfə düşmən ölkə dünya miqyasında ciddi tənqid hədəfinə çevrildi, çoxsaylı xəbərdarlıqlar aldı. Xüsusən də qardaş Türkiyə tərəfindən edilən xəbərdarlıqlar  Ermənistanda soyuq duş effekti yaratdı. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurasının son iclasında da prezident Rəcəb Tayyib Ərdoğan yenidən bu məsələyə toxunub. Burada Ərdoğan bir daha qeyd edib ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir: "İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayırıq". Ərdoğan onu da diqqətə çatdırıb ki, dünyadakı siyasi və iqtisadi vəziyyət yeni formada nizamlanır:“Bu çərçivədə Türkiyə bütün sahələrdə güclü hazırlıq həyata keçirmək üçün zəruri olan mexanizmlər yaratmalıdır”.

İndi Ermənistanda ciddi narahatlıq var ki, Ankara Yaxın Şərqdə, Afrikanın şimalında aktiv geosiyasi oyunçu olduğunu nümayiş etdirdikdən sonra artıq Qafqazda da əsas söz sahiblərindən biri olmağa hazırlaşır. Məsələ ilə bağlı Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan etiraf edir ki, Türkiyədən Azərbaycana ən üst səviyyədə edilən dəstək açıqlamaları Ermənistanı qorxudub. Fransanın “France 24” kanalına müsahibə verən erməni nazir geniş miqyasda savaş başlayacağı halda Türkiyənin prosesə müdaxilə edəcəyindən qorxduqlarını deyib. Jurnalistin, "Türkiyənin savaşa daxil ola biləcəyindən qorxursunuzmu" sualına Mnatsakanyan belə cavab verib:"Açığı, buna biganə yanaşa bilmərik. Təbii ki, bundan çox narahatıq". “Daşnaksütyun” Bürosunun “Hay Dat” və siyasi məsələlər ofisinin rəhbəri Kiro Manoyan da Türkiyənin Qafqazda fəallaşmasının İrəvan üçün müsbət heç nə vəd etmədiyini bildirir:“4 gün ərzində 2 dəfə Azərbaycan müdafiə nazirinin müavini və onların Naxçıvandakı qoşunlarının komandiri Türkiyəyə gedib, görüşlər keçirib. Burada Türkiyə Azərbaycanın yanında olduğunu bildirir, Ermənistana isə heç kim dəstək vermir.  Sərhəddə Azərbaycanın və Türkiyənin  fəaliyyətlərinin bu mərhələdə bitməsini düşünmək sadəlövhlük olardı. Ermənilər özlərini rahat hiss etməməlidirlər. Heç olmasa indi özümüzü çox rahat hiss etməməliyik, rəqib özü də bütün cəbhələrdə fəaliyyətini genişləndirir”. Saxta “erməni məsələsi” üzrə türk tədqiqatçı Ziya Zakir Acar isə qeyd edir ki, əslində, ermənilərin əndişəsi əbəs deyil:“Bir millət, iki dövlət olaraq hər zaman Azərbaycanın yanındayıq. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini və Türkiyəyə əsassız iddialarını dayandırmalıdır. Bu dövlət yaratdığı risqlərə görə baş verəcək bütün xoşagəlməz hadisələrin məsuliyyətini özü daşıyır. Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalından azad edilməyənədək Türkiyə dövləti Ermənistanla heç bir əlaqə qura bilməz. Ermənistan terrorçu dövlət, bu ölkəni idarə edənlər mülki azərbaycanlıların qənimi olan cinayətkarlardır”. Hazırda Ermənistanı əndişələndirən başlıca səbəblərdən biri də budur ki, Türkiyə siyasi dəstəklə yanaşı, Azərbaycana hərb müstəvisində yeni yardımlar göstərməyə hazırlaşır. Bu isə Azərbaycanın üstünlüyünün daha da artması deməkdir.

Lakin erməniləri qorxudan təkcə Türkiyə faktoru deyil. Rusiyanın da mövqeyi Ermənistan üçün ciddi əndişə mənbəyidir. Erməni politoloq Andranik Miqranyan xatırladır ki, prezident Vladimir Putin antirus siyasəti yürütməklə bağlı bir neçə dəfə dolayı yolla Ermənistan hakimiyyətinə xəbərdarlıq edib. Amma nəticə olmadığından, indi Qarabağ məsələsində Rusiya Azərbaycana daha çox dəstək nümayiş etdirir. Erməni tərəfini bu halda narahat edən daha bir məsələ Pakistanın da, Türkiyə kimi, Azərbaycana açıq dəstəyidir. Pakistan parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Müşahid Hussain Sayed bu xüsusda bildirir:“Pakistan Azərbaycanı tam şəkildə dəstəkləyir və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”.
O vurğulayıb ki, Ermənistan təcavüzkar dövlətdir, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini pozur, Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və digər rayonların qanunsuz olaraq işğalını davam etdirir:“Bundan əlavə, Ermənistan tərəfindən genosid, etnik təmizləmə cinayətləri həyata keçirilib. Nümunə üçün Xocalı soyqırımını xatırlamaq lazımdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət, İslam Əməkdaşlıq Təşkilatı, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, bu problemin Qafqazda artıq bir alov nöqtəsinə çevrildiyini nəzərə almalı və müdaxilə etməlidir".
Komitə sədri qeyd edib ki, Pakistan Ermənistanı dövlət kimi tanımayan ölkələrdən biridir və Azərbaycanla tam həmrəyliyini davam etdirir:"Bunun bir nümunəsi də Azərbaycan prezidentinə komitəmiz adından bu günlərdə göndərdiyimiz dəstək məktubudur. Azərbaycan hər zaman Pakistanın köməyinə arxalana bilər". Ermənistanın “İravnuk” qəzeti isə yazır ki, Pakistan son sərhəd toqquşmasından sonra Azərbaycanla hərbi əməkdaşlığı gücləndirməyə hazırlaşır və bu, İrəvan üçün daha bir zərbə olacaq.

Ermənistanın ABŞ və Avropada sərhəd toqquşmasından sonra aldığı zərbələr də düşmən üçün kifayət qədər ağrılıdır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da bunu açıq etiraf edir. ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komissiyası tərəfindən milli müdafiənin təsdiq edilməsi ilə qətnamənin qəbul edilməsini o, dediklərinin real təsdiqi kimi göstərir. Xatırladaq ki, ABŞ-dakı erməni lobbisinin 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində səyləri nəticəsiz qalıb. Bu proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də, öz növbəsində, Ermənistan əleyhinə iki düzəliş irəli sürüb. Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədilə  ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib. Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın dövlət katibi tərəfindən müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub. 

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatlar yer alır və ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cek Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” barədə 330 saylı  düzəlişlər qəbul edilməyib. Xatırladaq ki, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olduğundan bu düzəliş irəli sürülmüşdü. Amma ermənilərin niyyətləri reallaşmayıb. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də Daşnak Partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. David Şahnazaryan bu fonda bildirir:“Bunlar ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş ən antierməni və ən Azərbaycan-Türkiyə yönümlü qətnamədir”. Şahnazaryanın sözlərinə görə, bu, indiyə qədər olmuş ən dəhşətli şeydir və ABŞ Senatı da qətnaməni təsdiq etsə, o, qanun olacaq, bu zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün məntiqi və tarixi ermənilərin zərərinə köklü şəkildə dəyişəcək. ABŞ-la yanaşı, Avropada da ermənilərin işğal siyasətinə qarşı artan etirazlar, əslində İrəvanın dünya miqyasında mövqeyinin sarsılmaqda olduğunu göstərir. Təbii ki, bu hal Qarabağ münaqişəsinin gedişində tezliklə mühüm dəyişikliklər olmasını da şərtləndirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ