Bazar günü günü, 25 oktyabr 2026
     

Bakının Rusiya siyasəti İrəvanı mat vəziyyətinə saldı – düşmən ölkədə son sərhəd eskalasiyasının ona baha başa gələcəyi qorxusu artır...

Image


Son iki ildə Rusiya ilə Ermənistan arasında ciddi ixtilafların yaşanması heç kimə sirr deyil və bu fonda Moskvanın tədricən İrəvanın arxasından çəkilməsi də özünü aydın şəkildə göstərir. Məsələnin bu tərəfinə nəzər salan erməni politoloq Stepan Danielyan baş verənlərə görə Nikol Paşinyan iqtidarının çoxsaylı yanlışlıqlarla müşayiət edilən siyasətini qınayır. O qeyd edib ki, erməni-rus münasibətlərində gərginlik var:“Təkcə erməni-rus münasibətlərində yox, həmçinin Ermənistan və Rusiya rəhbərləri arasında da gərginlik var”.

Bütün bunlar fonunda Rusiyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərə 2016-cı ilin aprelindən fərqli olaraq müdaxilə etməməyə çalışması İrəvanda həm böyük qorxu yaradıb, həm də Kremldən narazılıqları artırıb. Bu xüsusda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Avroatlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, tanınmış politoloq Sergey Markedonov “Carnegie” Mərkəzinin saytında yazır ki, iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş vermiş qarşıdurmaya Moskva və Ankaranın reaksiyası tam fərqli olub. Burada Kremlin yanaşması Ermənistan üçün şok terapiyasına bərabər olub:“Türkiyə Ermənistanın hərəkətlərini pisləyərək kəskin bəyanatlar verib. Xarici işlər naziri Mövlud Çavuşoğlu İrəvanı “ağlını başına yığmağa” çağırıb, müdafiə naziri Hulusi Akar isə bildirib ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinə bacardığı dəstəyi verəcək. Bu kəskin bəyanatların müqabilində Kremlin reaksiyası xeyli təmkinli olub. Kremlin sözçüsü Dmitri Peskov Bakı və İrəvanı atəşkəs rejiminə qayıtmağa çağırıb, Vladimir Puitin isə iyul eskalasiyasını Rusiya Təhlükəsizlik Şurasında müzakirə etdikdən sonra deyib ki, Moskva bu qarşıdurmada vasitəçi olmağa hazırdır.

Rusiya niyə bu qədər ehtiyatlı mövqe tutub? Halbuki, Ermənistanda bir çoxlarının fikrincə, belə mövqe onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında öhdəliklərinə ziddir. Həm də Rusiya Cənubi Osetiyadan Krımadək başqa postsovet münaqişələrində daha sərt hərəkət etmişdi. Amma Ermənistan-Azərbaycan hərbi səhnəsində təmkin nümayiş etdirir. Belə çəkingənlik Rusiyanın regiondakı siyasətinin bir neçə fundamental xüsusiyyətlərini əks etdirir. Birincisi, Moskvanın bütün Qafqaz və əsasən də postsovet münaqişələrinin tənzimlənməsinə universal yanaşması yoxdur. Abxaziya və Cənubi Osetiya modeli Dnestryanıda, Krım və Donbas hadisələrində tətbiq edilmədi. İkincisi, Rusiya üçün hətta çoxtərəfli strukturlarda da ikitərəfli münasibətlərin xüsusi dəyəri var. Məsələn, Azərbaycanın Gürcüstandan fərqi nədir? Rusiya 2008-ci ildə Gürcüstanda baş verən eskalasiyaya sərt reaksiya vermişdi. Bu ona görə belədir ki, Bakı öz ərazilərinin qaytarılması üçün hərəkətlərini anti-Rusiya ritorikası ilə birləşdirmir. Azərbaycan parlamenti Rusiya işğalçılarına dair qətnamələr qəbul etmir, Halbuki, Gürcüstanın ritorikasında bütün bunlar 2008-ci il müharibəsindən çox əvvəl var idi. Azərbaycan Moskvanın vasitəçiliyinə müsbət kontekstdə baxır. Eləcə də Prezident İlham Əliyev Rusiyanın Qarabağ tənzimlənməsindəki müsbət rolundan bəhs edir. Bakı KTMT-yə və ya Avrasiya İttifaqına daxil olmağın perspektivinə skeptik yanaşır, amma Gürcüstandan fərqli olaraq, NATO və Avropa İttifaqına da can atmır. Üstəlik, hətta Qərbin bəzi siyasi və məişət standartlarını tənqid edir. Əlbəttə, Azərbaycanda “gürcü seçiminə” rəğbətlə yanaşanlar da var, amma onların nüfuzu böyük deyil. Heç Moskva da Azərbaycanın ikinci Gürcüstana çevrilməsini istəmir və buna görə də Bakını öz əli ilə qarşıdurma yoluna itələmir. Təbii, Azərbaycan rəhbərliyi “Avroatlantika həmrəyliyi” və “Rusiyadan qaçış” yolunu tutsa, vəziyyət başqa cür ola bilərdi.  

Bu məsələdə Rusiya siyasətinin Türkiyə siyasətindən başqa bir fərqi də var. Ankaranı Ermənistan o qədər də maraqlandırmır. Moskva isə Qafqazda bir neçə ampluada çıxış edir. Bunlardan biri Ermənistanın müttəfiqi, digəri isə Qarabağ tənzimləməsində vasitəçi roludur. Son eskalasiya zamanı Ermənistanda KTMT-nin ünvanına çoxlu tənqidlər səslənirdi. Amma Ermənistanın başqa seçimi yoxdur. KTMT Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığına və güzəştli qiymətlərlə Rusiya silahı almasına yol açır. Bu, Ermənsitanın müdafiə qabiliyyətini və təhlükəsizliyini qonşuları düşünülməmiş addımlardan çəkindirən səviyyədə təmin etmək imkanı verir. Ermənistan KTMT-dən çıxsaydı, elə həmin Türkiyə yalnız nazir bəyanatları ilə kifayətlənməyə bilərdi. Suriya, İraq və Kipr təcrübələri göstərir ki, Ankara özünün yaxın xaricində təkcə zərif qüvvəyə bel bağlamır. Qarabağ məsələsində isə, məhz Rusiyanın vasitəçiliyi ilə 1994-cü ilin atəşkəs razılaşması əldə olunub və 2016-cı ilin dördgünlük müharibəsinə nöqtə qoyulub. Abxaziya və Donbasdakından fərqli olaraq, ABŞ və Avropa İttifaqı Rusiyanın bu münaqişədəki rolunu müsbət qiymətləndirir. Onda ritorik bir sual doğur: Moskvanın növbəti güc nümayişi naminə bu kapitalla risq etməsinə dəyərmi? Düzdür, Moskvanın belə mövqeyi nə Bakı, nə də İrəvanı qane edir. Amma Moskva kiminsə xeyrinə son seçimi etsəydi, özünün manevr üçün məkanını xeyli daraltmış olardı. Rusiyada yaxşı başa düşürlər ki, kompromis axtarmaq Ermənistan və Azərbaycan tərəflərinin işidir. Onlar buna hazır deyillər və bunu onların əvəzinə heç kəs etməyəcək”.

Başqa bir Rusiya politoloqu Pavel Felgenhauer “Novaya gazeta” nəşrində yazır ki, KTMT-nin üzvləri olan Qırğızıstan, Qazaxıstan, Tacikistan və Belarus heç vaxt, heç bir şəraitdə Cənubi Qafqazda vuruşmağı planlaşdırmır. Bu isə Ermənistan üçün daha bir zərbədir:“Moskva regionda hegemon mövqelərini bərpa etməyə çalışır. Bu isə ondan Bakı və İrəvan arasında yaxşı münasibətlərin balanslaşdırılmasını tələb edir. 102-ci hərbi baza Ermənistanda NATO-nu  çəkindirmək üçün yerləşdirilib, Azərbaycan üçün yox. Amma  hər halda, idarə olunmayan eskalasiya yaransa, Türkiyə təhlükəsi ciddiləşə və Türkiyə qoşunları İrəvanın yaxınlığında olan Naxçıvana girə bilər. Bununla belə, əksəriyyəti Rusiya pasportu gəzdirən müqaviləli erməni hərbçilərdən ibarət bir Rusiya briqadası Türkiyə ordusunun tam gücü qarşısında nədir ki?”. Rusiyada tanınmış politoloq Andrey Nikulin isə qeyd edir ki, bu məsələdə Ermənistanın Kremlin hərbi və siyasi dəstəyindən məhrum olması aydın görünür:“Ermənistandakı baza orada “ermənidaxili maraqlar üçün” və “keçmiş qüdrətin simvolu” kimi qurulub. Ümid edirəm ki, biz ondan Azərbaycana qarşı istifadə etməyi planlaşdırmırıq. Həm də Türkiyə və İran regionda elə bir üstün hərbi gücə malikdirlər ki, kommunikasiya baxımından əlahiddə bir neçə min əsgər onsuz da sanballı bir rol oynamayacaq”. Məhz bunlar fonunda indi Ermənistan Rusiyanın dəstəyindən məhrum olduğunu yaxşı görür və son sərhəd eskalasiyasının ona çox baha başa gələcəyini də yaxşı bilir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ