“Sizin Ali Baş Komandan kimi fəaliyyətiniz, ordumuzun bugünkü potensial gücü, əsgər və zabitlərimizin döyüş qabiliyyəti və vətənpərvər ruhu, dövlətimizdə xalq-iqtidar birliyi, xüsusən də Sizə inam və sevgi bizi qürurlandırır. Sizin mötəbər beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışlarınız və söz sahibi olmağınız, dünya siyasətçiləri arasındakı xüsusi yeriniz, böyük dövlətlərin başçılarının Sizin şəxsinizə xüsusi hörməti hamımızı sevindirir.
…Bu günlərdə dövlət sərhədimizdə atəşkəsin Ermənistan təxribatçıları tərəfindən pozulması zamanı Sizin ətrafınızda bir yumruq kimi birləşərək təxribatçılara layiqli cavab verdik. Uğurlarımız daimi olsun”. Bunları Qubadlı rayon sakini Xəyalə Yusifova Prezident İlham Əliyevə müraciətində vurğulayıb.
Hazırladı: Zümrüd VƏLİYEVA