Goranboy rayonundan Mehparə Mustafayeva Prezident İlham Əliyevə məktub yazıb. Goranboy sakini məktubunda qeyd etdiyinə görə, ölkə başçısının uğurlu siyasətinin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. “ Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin yenidən şahidi olduq. Allah Sizi qorusun. Ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzu edirik.
Hazırda bütün dünya koronavirusla mübarizə aparır. Hətta, ən böyük dövlətlər belə bu pandemiyaya qalib gələ bilmir. İtkilərimizin az olması, xəstəliklə səmərəli mübarizə aparmağımız məni sevindirir. Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz Prezidentim”-deyə M. Mustafayeva bildirib.
Hazırladı: Zümrüd VƏLİYEVA