“Torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəfdir. Azərbaycan tarixinin şanlı səhifələri igidlərlə yanaşı, qəhrəman qadınlarımız tərəfindən də yazılır. Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr əlavə edilir. Erməni qəsbkarları torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar.
Mən də yüz minlərlə Azərbaycan gənci kimi, Vətən uğrunda döyüşə hazıram, səfərbərlik əmrinizi gözləyirəm.
Hamımız inanırıq ki, bu mənfur düşməni mütləq yenəcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq”. Bu sözləri Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindən Aydan Cəfərova Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Hazırladı: Zümrüd VƏLİYEVA