Füzuli rayonunun Aşağı Yağlıvənd kənd sakini Elnur Səfərov da Prezident İlham Əliyevə müraciət edib: “Son günlər baş verən hadisələrdən sonra Azərbaycan xalqının Sizin yanınızda olduğunun və apardığınız siyasəti dəstəklədiyinin bir daha şahidi oldum. Bilirik ki, ordumuzun inkişafı həmişə Sizin siyasətinizin əsas hissəsini təşkil etmişdir. Vaxtında verdiyiniz tapşırıqlar nəticəsində güclənən ordumuzun düşmənə vurduğu zərbələr bir vətəndaş kimi məni çox qürurlandırdı.
Biz ordumuza güvənərək Füzuli rayonunda ata-baba yurdumuzda rahatlıqla yaşayırıq. Aprel döyüşlərindən sonra işğaldan azad olunan Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız Azərbaycan ordusunun inkişafının düzgün əllərdə olduğunu bir daha göstərdi. Sizin məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteran və əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz işlər təqdirəlayiqdir. Müharibədən əziyyət çəkən hər bir vətəndaş Sizin diqqət və qayğınızı hər zaman hiss edir. Mən bir gənc vətəndaş, məcburi köçkün kimi Sizin apardığınız siyasəti həmişə qürurla dəstəkləmişəm. Verəcəyiniz əmrə uyğun olaraq, ehtiyatda olan bir əsgər kimi doğma torpaqlarımızın işğaldan azad olunması üçün ordumuzun sıralarına qoşulmağa və Vətənimin azadlığı naminə canımdan keçməyə hazıram”.
Hazırladı: Zümrüd VƏLİYEVA