Abşeron rayonundan Prezident İlham Əliyevə məktub ünvanlayan Şahnaz Əliyeva məktubunda Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində baş verən erməni təxribatından narahat olduğunu yazıb:
“Yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə öz layiqli cavabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə qürur duyuruq. Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik”.
Hazırladı: Zümrüd VƏLİYEVA