Onillərdir Azərbaycan xalqına qarşı davam edən erməni təxribatı yalnız torpaqlarımızın ərazibütövlüynə yönəlməyib, həm də böyük şəxsiyyətlərimizi zaman-zaman hədəfə alıb.
Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində şəhid olan insanlar sırasında xalqımızın, dövlətimizin fəxri olan generallarımız da var.
Erməni təxribatı nəticəsində şəhid olan generallarımız kimlərdir?
“Polad Həşimov da erməni təxribatı, terroru nəticəsində şəhid olan, həyatını itirən generallarımızdan biridir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi. Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, erməni terrorunun əhatəsi çox genişdir. F.Əlkəbərli qeyd etdi kiƏ, hələ İkinci Dünya Müharibəsi illərində ermənilərin bizim generallarımıza qarşı törətdiyi təxribatların şahidi olmuşuq. O, vurğuladı ki, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun müəmmalı şəkildə həlak olmasının baiskarı məhz erməni mənşəli Baqramyan olub. F.Ələkbərli tarixi sənədlərə istinadən vurğuladı ki, H.Aslanov birmənalı olaraq Baqramyanın törətdiyi təxribat nəticəsində həyatını itirib. “Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, ictimai-siyasi xadimləri erməni terroruna hələ XIX əsrin sonları XX əsrin əvvəllərində üzləşiblər. Xüsuilə də, 1905-1906-cı və 1917-1918-ci illərdə, həmçinin də bolşevik işğalından sonra ermənilər bizim böyük şəxsiyyətlərimizə qarşı təxribatlar törədiblər. Azərbaycan Cumhuriyyətinin Daxili işlər naziri Behbud bəy Cavanşir də erməni terroru nəticəsində həlak olub. Bilirik ki, Gəncədə bolşevik işğalına qarşı etirazlar baş verib və orada bəzi generallarımız həbs edilərək ermənilərin əli Nargində güllələniblər. O dövrdə yalnız Əliağa Şıxlınski və Səməd bəy Mehmandarovu Nərimanov qoruya bilib. Stalin represiyası illərində azərbaycanlı generalların həbs edilərək güllənməsində də şübhəsiz ki, ermənilərin əli var idi. Bundan başqa, general Həzi Aslanovun qətli birbaşa Baqramyanın göstərişi ilə həyata keçirilib. Erməni təxribatı nəticəsində müstəqil Azərbaycanın ilk daxili işlər naziri Məhəmməd Əsədov, ilk baş prokuroru İsmət Qayıbov kimi generallarımız şəhid olublar. Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində baş verən erməni təxribatı nəticəsində general Polad Həşimov qəhrəmancasına şəhid oldu. Polad Həşimov da erməni təxribatı, terroru nəticəsində şəhid olan, həyatını itirən generallarımızdan biridir. Ermənilər xalqımızın böyük şəxsiyyətlərini, generallarını hədəfə almaqla xalqımıza, dövlətimizə zərbə vurmaq istəyirlər, amma onlar anlaya bilmirlər ki, bizim xalqımız hər zaman nəhəng generallar yetişdirməyə qadir xalqdır. Bilirsiz, elə düşünmək lazım deyil ki, erməni generalları, zabitləri bizim zabitlərdən cəsurdu, yaxud peşəkardı, hünərlidir, bu qətiyyən belə deyil. Sadəcə, düşmən çox məkrli və hiyləgərdir, onların arxasında böyük dövlətlər, bir çox Qərb ölkələri durur. Ermənilərin arxasında əvvəllər çar Rusiyası, bolşevik Rusiyasi dayanırdı, bu gün başqa dövlətlər də dayanır. Qorxaq, məkrli və hiyləgər ermənilər bizim generallarımızı müxtəlif dövlətlərin dəstəyi ilə qətlə yetiriblər. Çünki onların özlərinin bunu təkbaşına həyata keçirməyə cəsarətləri çata bilməz. Azərbaycan generallarının peşəkarlığı, səviyyəsi, qabiliyyəti onlardan dəfələrcə artıqdır”-deyə qeyd edən F.Ələkbərli hesab edir ki, Azərbaycan generalları həmişə öz mərdliyi, vətənsevərliyi, peşəkarlığı ilə çox üstün olublar.
İradə SARIYEVA