Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyanla işgüzar səhər yeməyində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi məsələsini müzakirə edib. Bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
“Görüşdə Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələləri, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinin fəallaşması perspektivləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.