Soydaşlarımızın dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq onlar vahid ideologiya ətrafında birləşməyi, fəaliyyətlərini bu istiqamətdə davam etdirməyi əsas məqsəd olaraq seçirlər.
Bu gün dünyanın müxtəlif ölkələrində türk birliyini bölünməz istəyən, bu ideya uğurunda mücadilələr verən insanlarımız, onların qurub yaratdığı təşkilatlar az deyil. Son bir neçə ildir daha aktiv fəaliyyət göstərən Ukrayna Qarapapaq Türkləri Milli Şurası belə təşkilatlardandır.
Ukraynada fəaliyyət göstərən sözügedən təşkilat “Şərəf” Ordeni təsis edib və bu orden türk dünyasının ünlü isimlərinə, ictimai-siyasi xadimlərinə, elm və mədəniyyət təmsilçilərinə verilir.
“Şərəf” ordeni Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin 25 dekabr 2019-cu ildə təsis etdiyi yüksək təltifdir. Ukrayna və digər ölkələrin vətəndaşlarını, həmçinin vətəndaşı olmayan şəxslərin müstəsna fəaliyyətlərini görə təltif edilmələri üçün təsis olunub. Ordenlə təltif edilmə 2020-ci ildən həyata keçirilməyə başlanıb.
Qeyd edək ki, 25 dekabr 2019-cu il tarixində, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyəti, ictimai, siyasi, elmi, təhsil və digər fəaliyyətlərində fərqlənmiş şəxslərin təltif edilməsi üçün Ukrayna Qarapapaq türkləri Milli Şurasının “Şərəf” ordeni təsis edilməsi barədə qərar qəbul edib. Ukrayna “Dövlət təltifləri haqqında” və Ukrayna “İctimai birliklər” haqqında qanunlarına, ö cümlədən Ukrayna Qarapapaq Türkləri Milli Şurası Nizamnaməsinə uyğun olaraq təsis edilən “Şərəf” ordeni, Ukrayna dövləti, Türk Dünyası və Qarapapaq türkləri qarşısında xidmətlərinə görə fərqlənmiş şəxlərin təltif edilməsi üçün nəzərdə tutulub. “Şərəf” ordenin ilk sahibi Dünya Qarapapaq Türklərinin Baş Şadı, Türkiyənin ictimai-siyasi xadimi Öndər Cəmil oğlu Aksudur. O, bu ordenə 5 yanvar 2020-ci il tarixdə layiq görülüb.
“Şərəf” ordeninin hüquq statusuna gəlincə, bildirək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ümumulrayna İctimai Birliyinin Nizamnaməsi və “Şərəf” ordeni Statutu ilə tənzimlənir.
“Şərəf” ordeni Ukrayna vətəndşlarına Ukrayna dövlətinin tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə, Ukraynanın ərazi bütövlüyünün müdafiəsində, Ukraynanın dövlət mənafelərinin qorunmasında göstərilən mərdlik və şücaətə, Ukraynada yaşayan Qarpapaq Türklərinin milli mənafeinin qorunmasına və müdafiəsinə görə verilir.
Orden həmçinin xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Ukrayna xalqı və dövləti, Türk dünyası, dünyada yaşan Qarapapaq türkləri qarşısında göstərdiyi müstəsna xidmətlərə, milli mənafelərin qorunmasında mərdliyə və şücaətə görə verilir. “Şərəf” ordeni ilə eyni zamanda şəxslər Ukrayna Qarapapaq Türkləri Milli Şurası qarşısında müstəsna xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə görə təltif edilirlər.
“Şərəf” ordeninin, Ukrayna Qarapapaq Türkləri Milli Şursının "Təltif və Mükafatları haqqında" Əsasnaməsi və "Şərəf" ordenin Statutu ilə təsdiq edilmiş vahid dərəcəsi mövcuddur.
Ordenin təsvirinə gəlincə, “Şərəf” ordeni səkkizguşəli ulduz əsasında tərtib edilmiş kompozisiyadan ibarətdir. Şəkkizgüşəli ulduzun qızıl suyuna çəkilmiş tökmə lövhədir. Səkkizgüşəli ulduzun mərkəzində qırmız rəngli, emalla işlənmiş dairə yerləşir, dairənin içində Qarapapaq Türklərinin milli totemi olan ağ qanadlı bars təsvir olunub. Bütün təsvirlər, həmçinin ulduzun reylefi qabarıqdır. Ordenin arxa tərəfi hamar səthlidir, aşağı hissədə ordenin nömrəsi həkk olunub.
Bildirək ki, “Şərəf” ordenini ilə indiyədək təltif edilənlər Ukrayna, Türkiyə, Azərbaycan və Gürcüstan vətəndaşlarıdır.
“Şərəf” ordeni ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Kirovoqrad Vilayət Təşkilatının Sədri Kardaşov Dmitri Vyaçeslavoviç, Azərbaycan ictimai-siyasi xadimi, Beynəlxalq hüquq üzrə fəlsəfə doktoru, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Bəşir oğlu Ağayev, Azərbaycan ictimai-siyasi xadimi, İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Adıgözəlli Samir Saleh oğlu, Azərbaycan ictimai-siyasi xadimi, Sosial fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Allahverənov Azər Kərim oğlu, Gürcüstanın ictimai xadimi Hacıyeva Ramilə Arif qızı, Azərbaycan ictimai xadimi, jurnaslit və publisist, Azinform İnformasiya Agentliyinin Baş redaktoru Qəribli Məmmədəli Qərib oğlu, Türkiyənin ictimai xadimi, Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Gülbey Göksel Mehmet oğlu, Azərbaycan ictimai-siyasi xadimi, HEİMDALL Hüquq Korporasiyasının Direktoru, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Azərbaycandakı Nümayəndəsi Eminov Xaqani Sahib oğlu, Gürcüstanın ictimai-siyasi xadimi, World Encyclopedia of Personal Information LLC-nin direktoru Bayramov Dilənçi Fazil oğlu, Türkiyə Rabitə və İnfrasturuktur Nazirliyi İdarə Rəisi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyəti üzvü Güney Kemal Mövlüd oğlu, Ukraynanın ictimai xadimi, Ukrayna Ədliyyə Naziriyi Lvov Vilayət VVAQ Baş İdarəsi Dorqobıç Rayon İdarəsinin rəisi Bun Qalina Stepanivna, İctimai-siyasi xadim, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Gülməmmədov Daşqın Gülməmməd oğlu və Azərbaycanın ictimai-siyasi xadimi, publisist, Bakı Xəbər qəzetinin Baş redaktoru Quliyev Aydın Alqulu oğlu təltif ediliblər.
İradə SARIYEVA