“Mənim 86 yaşım var, DİN təqaüdçüsüyəm. Erməni vandallarının Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat hamı kimi məni də hiddətləndirdi. Lakin ordumuzun layiqli cavabı məni və milyonlarla azərbaycanlını bir o qədər qürurlandırdı.
Mən hər zaman ordumuza mənəvi dəstək olmağa hazıram. Ölkəmizdə olan birliyə, ruh yüksəkliyinə görə isə Sizə ayrıca minnətdarlığımı bildirirəm”. Bunu Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən 86 yaşlı Məmmədov Fərman Hümbət oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com