“Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuz vaxtında və layiqli cavab verərək düşməni böyük itkilərlə geri çəkilməyə məcbur etmişdir. Azərbaycan ordusunun düşmənin istənilən hücumuna cavab verə biləcək gücdə olduğunu bir daha sübut etdi. Bildirmək istəyirəm ki, hər zaman Sizin siyasətinizi dəstəkləyirik və əmrinizi gözləyirik”. Bu sözləri İmişli rayonundan Prezidentə müraciət ünvanlayan İsmayıl Mehrəliyev bildirib.
İ.Mehrəliyev qeyd etdiyinə görə, Prezidentin rəhbərliyi ilə ordu quruculuğunda aparılmış böyük islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan Respublikası vətəndaşının qürur “Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş bütün əsgər və zabitlərimizin qisasının alınacağına əminəm. Azərbaycan Respublikası vətəndaşı və əsgər kimi Sizin müvafiq göstərişinizlə Vətənin müdafiəsinə hər zaman hazıram”-deyə İmişli sakini qeyd edib.
Baki-xeber.com