“Mən bir gənc olaraq, Sizin ölkəmizin daha da güclənməsi, daha da inkişaf etməsi, ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində gördüyünüz misilsiz işləri, xidmətləri dəstəkləyir, alqışlayır və bu fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına aldı. Şanlı ordumuz ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnika və canlı qüvvəsini məhv etdi, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirdi, şəhidlərimizin qanını yerdə qoymadı.
…Biz sizin yanınızdayıq və Sizin əmrinizlə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq… İnanırıq ki, işğal altındakı bütün torpaqlarımızı Allahın izni ilə və Sizin rəhbərliyinizlə tezliklə düşmən tapdağından azad edəcəyik və şanlı bayrağımız doğma torpaqlarımızda dalğalanacaq”. Göyçay rayonundan Prezidentə müraciət edən İbrahimov Çingiz Ramiz oğlu məktubunda bunları yazıb. Baki-xeber.com