Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycanın klassik musiqisi azərbaycançılıq ideyasının təbliğində hansı rolu oynayıb…

Image


Azərbaycançılıq ideyasının tarixin ən müxtəlif dönəmlərindən şərəflə adlayaraq müasir Azərbaycan dövlətinin əbədi ideologiyasına çevirilməsində, keçən yazılarımızda da qeyd etdiyimiz kimi, xalqımızın böyük ziyalılarının, ədib və mütəfəkkirlərinin, ictimai xadimlərinin böyük rolu olub.

Xalqımızın azərbaycançılığı özünün ayrılmaz bir parçasına çevirməsi üçün güclü maarifçilik təbliğatı aparan bu dahi şəxsiyyətlərin fəaliyyətinə ən böyük qiyməti, dəyəri mərhum prezident Heydər Əliyev 2001-ci il münasibətilə Azərbaycan xalqına müraciətində verib:”XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin - Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq, milli şüurun formalaşmasına güclü təkan verdi.

…Bu dövrün ictimai prosesləri iri sənaye şəhərinə çevrilmiş Bakını bütün Qafqazın iqtisadi mərkəzi etmişdir. İqtisadi inkişafla əlaqədar olaraq bu dövrdə təhsil, elm, incəsənət və ədəbiyyat sahələrində böyük canlanma başlandı. Bakı, Gəncə, Naxçıvan, Şuşa, Şəki, Salyan və sair şəhərlərdə yeni tipli şəhər və qəza məktəbləri açıldı. Qori Müəllimlər Seminariyasının məzunlarından olan Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli maarifçilər təhsildə gedən islahatlara güclü təkan verirdilər. Artıq yeni üsullu təhsil metodunun mütərəqqiliyini başa düşənlər “Üsuli-cədid” məktəblərini açmağa çalışırdılar. Şamaxıda Seyid Əzim Şirvani, Şuşada Mir Möhsün Nəvvab, Lənkəranda Mirzə İsmayıl Qasir, İrəvanda Mirzə Kazım Əskərzadə ənənəvi təlim və tədrisdən əl çəkərək, yeni üsulla dərs verirdilər. Bu məktəblərdə ənənəvi fənlərlə yanaşı tarix, rus dili, coğrafiya və təbiət dərsləri də tədris edilirdi. 80-ci illərdən başlayaraq “Rus-tatar məktəbi” adı ilə tanınan dördillik ibtidai məktəblər açıldı. Yeni tipli məktəblərin şəbəkəsi genişlənirdi. 1896-cı ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə yaradılan Qızlar məktəbi Azərbaycan qadınlarının maariflənməsində müstəsna rol oynamışdır.

Maarifçilik hərəkatının genişlənməsi Azərbaycandan xarici ölkələrə ali təhsil almağa gedənlərin sayının get-gedə artmasına gətirib çıxardı. Xaricdə ali təhsil aldıqdan sonra vətənə qayıdan ziyalılar Azərbaycanda maariflənmə meyllərini dəstəkləyən qüvvələri öz ətrafında birləşdirdi, milli mətbuat və milli teatrın yaranması üçün zəmin yaratdılar.

Bakının inkişafı, əhalinin artması, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi milli mətbuatın yaranması ehtiyacını doğururdu. Bunu ilk dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi bu istiqamətdə məqsədyönlü iş aparırdı. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çıxdı və bununla Azərbaycan mətbuatının bünövrəsi qoyuldu. Cəlil Məmmədquluzadənin təşəbbüsü və başçılığı ilə nəşrə başlayan “Molla Nəsirəddin” jurnalı nəinki Azərbaycanın, hətta bütün Şərqin mətbuat tarixində özünəməxsus məktəbin əsasını qoydu. Bu, Azərbaycanda milli mətbuatın formalaşıb öz təbii inkişaf axarına düşməsindən xəbər verirdi.

Həmin dövrdə mədəniyyətin ən böyük nailiyyətlərindən biri də milli teatrın yaranmasıdır. Məlumdur ki, Mirzə Fətəli Axundovun komediyaları hələ əsrin 1850-ci illərində Peterburq və Tiflisdə tamaşaya qoyulmuşdur. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə milli Azərbaycan teatrının əsasını qoydu. Bakıda azərbaycanlı tələbələrdən ibarət aktyor truppasının köməyi ilə Mirzə Fətəli Axundovun komediyaları səhnəyə qoyuldu. İlk tamaşa "Lənkəran xanının vəziri", sonra isə "Hacı Qara" olmuşdur. Bakı tamaşasından sonra 1870-ci illərin ikinci yarısında Quba və Şəkidə Azərbaycan dilində teatr tamaşaları təşkil edildi. Diqqətəlayiq cəhətdir ki, teatr tamaşalarının verilməsində Qori Müəllimlər Seminariyasının məzunları fəal rol oynamışlar. 1879-cu ildə Şəkidə Rəşid bəy Əfəndiyev, 1882-ci ildə Şuşada Yusif bəy Məlikhaqnəzərov, 1883-cü ildə Naxçıvanda Məhəmmədtağı Sidqi teatr həvəskarlarının köməyi ilə Axundovun komediyalarından tamaşalar vermişlər…”

Ulu öndərin XIX əsr maarifçilərinin fəaliyyətinə, eləcə də onların azərbaycançılıq ideologiyasının təbliğinə verdiyi töhfələrə müfəssəl təhlil verməsi tariximiz üçün çox qiymətlidir.

Mərhum prezidentin öz çıxışında milli operalarımızı xüsusi vurğulaması o deməkdir ki, bu ölməz incəsənət hadisələri də özündə azərbaycançılıq elementlərini daşıyıb.

Heç şübhəsiz, mədəniyyət xalqların milli birliyinə, vahid ideologiya ətrafında birləşməsinə səbəb olan amillərdən biri kimi həmişə öndə olub və özündə xalqın bütün həyatını ifadə edib. O xalqların vahid ideologiyası yarana bilir ki, onun böyük tarixi, mədəniyyəti, maarifi və bu dəyərləri irəli aparan şəxsiyyətləri olur. Mədəniyyət cəhətdən kasıb olan xalqların isə nə milli ideologiyası, nə də milli düşüncə tərzi olur. Azərbaycançılıq ideologiyasının önündə gedən böyük şəxsiyyətlərimizdən biri, Heydər Əliyevin də yüksək dəyər verdiyi dahi Üzeyir Hacıbəyovdur. Üzeyir bəy həyatı boyu bu ideologiyaya, milli məfkurəyə xidmət edib və bu dəst-xətti həmişə əsas götürüb. Azərbaycan xalqı Şərqdə mədəniyyətin inkişafı baxımından hər zaman öndə gedən ölkə olub, bu gün də o missiyanı layiqincə yerinə yetirir. Şərqdə ilk dramaturgiya hadisəsi, opera və operetta janrlarının doğuluşu bizim ana Vətənimizdə-Azərbaycanda baş verib. Azərbaycanın həyatı ilə, Azərbaycan insanının taleyilə, mənəvi aləmilə, milli düşüncə tərzilə səsləşən sənət əsərləri yaranıb. Azərbaycanda milli operaları təpədən-dırnağa qədər azərbaycançılıq ideologiyasına bağlı olan, ona xidmət edən Üzeyir Hacıbəyov yaratdı. Milli operamızın doğuluşu Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-də tamaşaya qoyulan “Leyli və Məcnun” operasından başlandı. Musiqişünaslar bildirir ki, bolşevizm işğalına qədərki dövrdə Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (1916, Müslüm Maqomayevin “Şah İsmayıl” (1919) operaları tamaşaya qoyulub. Akademik Opera və Balet Teatrının repertuarında ənənəvi klassik opera formasında 1927-ci ildə Qlier tərəfindən yazılan "Şahsənəm", 1935-ci ildə Müslüm Maqomayevin yazdığı "Nərgiz" və Üzeyir Hacıbəyovun 1937-ci ildə əsl sənət hadisəsinə çevirdiyi "Koroğlu" operaları mühüm yer tutdu. "Koroğlu" operasının azərbaycançılıq ideologiyasına xidmət etdiyi şübhəsizdir. Xalqın yaratdığı "Koroğlu"qəhrəmanlıq dastanının motivləri əsasında yaranan "Koroğlu" operası azərbaycançılıq ideologiyasının, milli hissiyyatın Stalin repressiyası dövründə belə, Azərbaycan xalqının ruhuna hakim kəsildiyini təsdiqləyir.

Tədiqatçıların yazdığına görə, opera və balet sənətinə nəzər saldıqda görürsən ki, burada nə qədər məfkurəçiliyə, milli ruha xidmət edən mövzular və səhnə əsərləri var. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin ilk milli Azərbaycan baleti olan "Qız qalası", 1945-ci ildə Qara Qarayev və Cövdət Hacıyevin "Vətən", 1942-ci ildə Niyazinin "Xosrov və Şirin", 1948-ci ildə Əfrasiyab Bədəlbəylinin "Nizami" operaları tamaşaya qoyuldu.

Ötən əsrin 50-ci illərində isə Opera və Balet Teatrının repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaçılara təqdim edilib.

Bu opera əsərlərinin hər birinin kökündə millilik, Azərbaycan xalqına, torpağına böyük sevgi dururdu. Mayası milli olan və azərbaycançılıq ideologiyasına xidmət edən bu opera və balet əsərləri sovet dövründə insanların milli düşüncəyə sahib olması yönündə böyük işlər gördü. Xalq musiqisindən, folklordan bəhrələnən bu səhnə əsərləri azərbaycançılıq ideologiyasına bir töhfə idi. Təbii, sovet dövründə heç bir müəllif bu əsərlərin milli yöndə yazıldığını dilə gətirmirdi, heç gətirməzdi də. Amma bu əsərlərin alt qatına varanlar orada açıq-aşkar azərbaycançılıq izlərini görürdü.

Müstəqillik dövründə bu musiqi əsərlərinin təhlili, onların azərbaycançılıq ideologiyasının yayılmasında rolu araşdırılır, bu sənət numunələrinin bu sahədə müstəsna xidmətləri qeyd edilir.

Heydər Əliyevin azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında bu sahənin təmsilçilərinə dediklərini xatırlatmaq yerinə düşərdi: “...Azərbaycan xalqının musiqi irsi zəngindir. Biz folklor musiqisini, əsrlər və minilliklər ərzində xalq tərəfindən yaradılıb nəsildən-nəslə yadigar verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın keçmişdə, əsrin əvvəlində yaradılan, lakin tarixən qısa müddət ərzində böyük, şanlı yol keçərək, indi müasir professional sənətin ən yüksək səviyyəsində duran professional musiqini də nəzərdə tuturuq. Sizin yaradıcılıq fəaliyyətiniz, bax, bu bünövrəyə əsaslanmalı, bu təməl üzərində qurulmalıdır, siz bu zəngin materialdan geniş istifadə etməlisiniz”.

Milli operalarımız azərbaycançılıq ideologiyasına xidmət edən Üzeyir bəyin millətin mədəniyyətinə verdiyi qiymətli hədiyyədir. Bu barədə tədiqatçılar qeyd edir ki, Azərbaycanda operanın yaranması peşəkar musiqi sənətinin digər janrlarının inkişafı ilə hazırlanıb və öz-özlüyündə Azərbaycan musiqisinin inkişafında yeni və mühüm sıçrayış, yeni musiqi yaradıcılığının şifahi vərdişlərindən musiqi mədəniyyətinin müasir formasına keçid olub. Tədiqatçılara görə, həmçinin, operanın Azərbaycanda yaranması tamamilə qanunauyğun haldır. “Təbiidir ki, musiqi sənətinin ən mürəkkəb janrı olan opera Azərbaycanda klassik operanın ənənəvi formalarında yarana bilməzdi. İlk Azərbaycan operaları öz-özlüyündə musiqi sənətinin qeyri-adi janrında yaranmışdı - bunlar muğam operaları idi. Bu operaların musiqi materialının əsasını əsrlər boyunca Azərbaycan folklor yaradıcılığında yaşayan xalq vokal-instrumental poemalar, daha doğrusu, muğamlar təşkil edirdi”-deyə tədqiqatlarda qeyd edilir.

Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, bolşevik işğalından əvvəl yaranan "Şah İsmayıl" operası həm dövlətçilik ideyalarına, həm də milli məfkurəyə bağlı əsər olub. Elə bu dövrdə ərsəyə gələn “Aşıq Qərib” operası, "Əlli yaşında cavan", "Evliykən subay" musiqili komediyaları milli sənət nümunələri kimi diqqəti cəlb etməyə bilmir.

Qəhrəmanlıq elementləri ilə zəngin olan və  yüksək vətənpərvərlik ruhunda bəstələnən “Koroğlu” operamızın şah əsəri kimi bütün dünyada tanınır. Tədiqiqatçılar vurğulayırlar ki, 1940-cı ilə qədər Azərbaycan teatrı səhnəsində professional milli balet əsərləri olmayıb. Əfrasiyab Bədəlbəylinin ilk milli baleti - "Qız qalası" üzərində teatrımızın bütün yaradıcılıq kollektivi böyük həvəs və ruh yüksəkliyi ilə çalışdı, teatrın geniş yaradıcılıq imkanları aşkara çıxdı. Bundan sonrakı illərdə bir-birinin ardınca milli baletlərimiz yarandı. Qara Qarayevin "Yeddi gözəl", Soltan Hacıbəyovun "Gülşən" və başqa əsərləri meydana gəldi. Xalqın həyatını daha əhatəli musiqi lövhələrində təsvir etmək üçün opera bəstəkara geniş imkanlar verir. Azərbaycan və Qafqazın musiqi həyatında əvəzsiz rol oynayan qədim Azərbaycan şəhəri Şuşa böyük bir konservatoriya rolunda çıxış edib.

Sənətşünas Elmira Abasova isə milli opera sənətinin milli ideyaların tərənnümündə rol oynadığını qeyd edir: "Üzeyir Hacıbəyovun əzəmətli xalq qəhrəmanlığı operası "Koroğlu" xüsusi əhəmiyyət kəsb edir. Milli musiqi teatrının klassik nümunəsi olan bu əsər Azərbaycan musiqisinin mürəkkəb yol keçmiş tarixi inkişafının gözəl barıdır. "Koroğlu" operası dünya musiqi mədəniyyətinin ən gözəl incilərindən biridir. Bəstəkar doğma xalqının folkloru üçün ən səciyyəvi nə varsa, hamısını öz əsərinin canına hopdurub, dünya musiqisinin yaşamağa qabil ənənələrindən yaradıcılıqla istifadə edib. Süjeti qədim tarixdən götürülsə də, Üzeyir Hacıbəyov öz ölməz operasını bugünün canlı nəfəsi ilə yaşadıb”-deyə sənətşünas vurğulayıb.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ