Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır. Trend bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, Gürcüstan Dağlıq Qarabağın qondarma "müstəqilliyi"ni tanımır və Azərbaycanın bu bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin ikinci mərhələsini də qəbul etmir: “Gürcüstan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həllinə tərəfdardır”.