Bazar günü günü, 01 noyabr 2026
     

Ermənistan pandemiya dövründə işğal altında saxladığı ərazilərdə “seçki” keçirməklə növbəti dəfə özünü zərbə altında qoydu – Azərbaycanın haqlı mövqeyi gündəmdə...

Image


Işğal siyasətinə haqq qazandırmaq üçün Ermənistanın hər dəfə atdığı addımlar sonda onu gülünc duruma salır, diplomatik tənqid hədəfinə çevirir. Azərbaycan ərazilərində yaradılan separatçı rejimdə təşkil edilən “seçkilər” bunun daha bir təsdiqi oldu. İrəvan bununla həm işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha göstərmiş oldu, həm də dünya miqyasında özünü növbəti dəfə biabır etdi.

Xatırladaq ki, sözügedən məsələyə Prezident İlham Əliyev də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans-müşavirədə geniş şəkildə toxundu. Bu xüsusda dövlət başçısı qeyd etdi: “Münaqişə ilə bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk Qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın, demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Əslində, qeyd edilən reallıq Ermənistanın özünə də yaxşı məlumdur. Amma buna rəğmən, zəbt edilmiş Azərbaycan ərazilərində İrəvan “seçki şousunun” ikinci turunu da təşkil etdi. Artıq məlumdur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimə Araik Arutyunyan rəhbərlik edəcək. “Seçkilərin ikinci turunda” bu şəxsin “qalib” gəldiyi bildirilir. Daha əvvəl Qarabağda yaradılan qondarma qurumun “baş naziri” olmuş Araik Arutyunyan baş nazir Nikol Paşinyana yaxın adamlardan sayılır. Bununla separatçıların yeni rəhbəri kimi onun Paşinyandan gələn göstərişləri daha çox icra edəcəyi proqnozlaşdırılır. Amma “Qarabağ klanı”nın da bununla asanlıqla barışacağı inandırıcı sayılmır. Hazırda bu fonda Paşinyana qarşı əsas ittiham belə bir “seçki” təşkil etməklə zəbt edilmiş ərazilərdə koronavirus pandemiyasının yayılmasını daha da sürətləndirməsi ilə bağlıdır. Xatırladaq ki, bu məsələyə görə ABŞ-ın “News Blaze” nəşri də İrəvanı sərt şəkildə ittiham edib.  “Ermənistan koronavirusu düşüncəsiz şəkildə Dağlıq Qarabağa ötürür” sərlövhəli məqalədə İrəvanın Azərbaycan ərazilərində işğalçılıq siyasətinin davam etməsindən və COVID-19 koronavirusunun Dağlıq Qarabağda yayılmasından danışılır. Bildirilir ki, beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Ermənistan artıq 30 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunda qeyri-legitim “seçkilər” keçirib. Bundan əvvəl rəsmi İrəvanın virusa yoluxan ermənilərin Dağlıq Qarabağa girişini məhdudlaşdırmağa söz verməsinə baxmayaraq, Ermənistandan 1000 nəfərdən çox adamın işğal olunmuş ərazilərə “seçkiləri müşahidə etmək üçün” getməsinə icazə verilib. Bildirilir ki, seçki dairələrində sosial məsafə saxlamaq qaydaları düşüncəsiz və yolverilməz şəkildə pozulub. Vurğulanır  ki, Ermənistan tərəfindən Dağlıq Qarabağda təyin edilmiş məsuliyyətsiz erməni hakimiyyət orqanları və oyuncaq rejimin, koronavirusun daha da yayılması təhlükəsinə baxmayaraq, aprelin 14-nə təyin olunan təkrar “seçkiləri” keçirməsi vəziyyəti daha da pisləşdirir:“Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində COVID-19 pandemiyası səbəbindən aprelin 14-də “prezident seçkiləri”nin ikinci turunun keçirilməsi ilə bağlı qarşıdurma güclənir. Ümid yalnız ona qalırdı ki, İrəvandakı vəzifəli şəxslər cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin gündəlikdə duran hər hansı siyasi məsələnin icrasından daha vacib olmasını nəhayət başa düşəcəklər”. Amma reallıq tamam bunun əksini göstərdi. Elə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması da yaydığı son bəyanatda məsələyə bu prizmadan yanaşır: “Həftələr öncə Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının işğal olunmuş ərazilərimizdə koronavirus xəstəliyinin yayılması barədə məlumat verməsinə və tərəfimizdən edilən xəbərdarlıqlara rəğmən, 31 mart 2020-ci il tarixində infeksiya halları gizlədilərək Ermənistanın əlaltısı olan rejim tərəfindən qanunsuz “seçki” şousu keçirildi. Bunun ardınca infeksiyanın yayılmasını Ermənistan etiraf etsə belə, 14 aprel 2020-ci il tarixində yenidən bütün insanların həyatı təhlükəyə atılaraq, “seçki” şousunun ikinci turu da təşkil olundu. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağda yaşayan sadə ermənilər Ermənistanın çirkin siyasi oyunları üçün alətdir və oradakı insanların həyatı və sağlamlığı Ermənistanı maraqlandırmır. Ermənistan hakimiyyəti və qondarma rejimin nümayəndələri Qarabağda yaşayan sadə erməni icması üzvlərinin həyatını dəyərsiz sayaraq, onların Azərbaycan vətəndaşları kimi müalicə imkanlarından yararlanmasının qarşısını almaqda davam edir”. Yeri gəlmişkən qeyd edək ki, həm Ermənistanda, həm də zəbt edilmiş Azərbaycan ərazilərində koronavirusa yoluxan ermənilərin sayı artır.  Rəsmi məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı artıq 1.111-ə çatıb. Məlumata görə, son sutkada ölkədə virusa 44 yoluxma halı qeydə alınıb. Koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 17-yə yüksəlib. Qarabağda da koronavirus sürətlə yayılmaqda davam edir. Ermənistanın “168 jam” qəzeti bu xüsusda yazır:“Dağlıq Qarabağda fövqəladə vəziyyət elan edilib, məqsəd də koronavirusun yayılmasına qarşı durmaqdır. Lakin 14 apreldə keçirilmiş “prezident seçkilərinin” ikinci turu koronavirus təhdidinin burada ciddiyə alınmadığını göstərdi. İddia edilirdi ki, “seçki məntəqələrində” sanitar normalara riayət olunmasını təmin edəcəklər. Amma reallıq bunun əksini göstərdi. Dağlıq Qarabağda koronavirusa ilk yoluxanlar hələ bir neçə gün əvvəl aşkar edilmişdi. Indi onların sayı artır və burada “seçkilərin” də öz rolunu oynayacağı şübhəsizdir. Sosial şəbəkələrdə gedən müzakirələrə görə, Qarabağda  yoluxanların sayı 10-u keçir. Reallıqda isə bu göstəricinin daha çox olmasına dair fikirlər səslənir. “Seçkilər” isə yenə erməni cəmiyyətində birmənalı dəyərləndirilməyib. Hətta Ermənistandan gələn müşahidəçilər də “seçkilərin” ədalətli keçməsini şübhə altına alan pozuntular haqda danışıblar”. Burada bir məsələni də qeyd edək ki, elə beynəlxalq ictimaiyyət də yenidən Qarabağda  keçirilən qondarma “prezident seçkiləri”nin ikinci turunu tənqid edib. Məsələn, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Cao Licien Qarabağda aprelin 14-də keçirilən qondarma “prezident seçkiləri” ilə əlaqədar Çin tərəfinin mövqeyi haqqında sualını şərh edərək söyləyib: “Dağlıq Qarabağ məsələsi barədə Çin tərəfinin mövqeyi qəti və dəyişməzdir.  Çin ümid edir ki, əlaqədar tərəflər regionda sülhü və sabitliyi qorumaq üçün mübahisəli məsələləri siyasi dialoq yolu ilə nizamlayacaqlar. Çin tərəfi regionun sabit inkişafı üçün səy göstərməyə hazırdır”. Qeyd edək ki, Çin, əvvəlkitək, bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də ikinci turu aprel ayının 14-də baş tutan  Dağlıq Qarabağdakı qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb. Səfirliyin bəyanatında deyilir: "Böyük Britaniya ikinci turu aprel ayının 14-də baş tutan Dağlıq Qarabağdakı "prezident seçkilərini” tanımır. Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq".  

Gürcüstan da qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını növbəti dəfə açıqlayıb. Gürcüstan Xarici İşlər Nazirliyindən bu xüsusda bildirilib  ki, Tiflis Azərbaycanın bu bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nin ikinci mərhələsini də tanımır:“Gürcüstan Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyir, həmçinin münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”. Eyni mövqedən çıxış edən ölkələrin çoxluğu bir daha Ermənistanın işğal siyasətinin beynəlxalq miqyasda qəbul edilmədiyini göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ