31/05/2020 23:55
728 x 90

Jurnalistlərə Bakı, Sumqayıt və Abşeron üzrə sərbəst hərəkət hüququnun verilməsi – media azadlığına fövqəladə şəraitlərdə də azadlıq təminatının şərti kimi...

Elçin Mirzəbəyli: “Jurnalistlərin fəaliyyətində məhdudiyyət olmaması qərarı medianın önəmini xüsusi olaraq vurğulayır”

img

Xəbər verildiyi kimi, Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan jurnalistlər polis postlarından sərbəst keçə biləcəklər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişov media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, həmin jurnalistlər rayonlara gedə bilməzlər: "Bakı, Abşeron və Sumqayıt ərazilərində yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməklə postlardan maneəsiz keçə bilərlər. Həmin jurnalistlərin yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir".

Media nümayəndələrinin Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan jurnalistlərin fəaliyyətində məhdudiyyət olmamasını ekspertlər də müsbət dəyərləndirirlər.

  • “Kütləvi informasiya vasitələri nümayəndələrinə yaradılan şərait, onların sərbəst hərəkət imkanlarının tanınmasından razıyam”

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, atılan bütün addımlar qanunvericilik əsasında həyata keçirilməlidir: “Kütləvi informasiya vasitələri nümayəndələrinə yaradılan şərait, onların sərbəst hərəkət imkanlarının tanınmasından razıyam. Hazırkı şəraitdə media nümayəndələri də polis və həkimlər kimi fəaliyyət göstərirlər. Media təmsilçiləri yanlış informasiyaların, məlumatların, vətəndaşlarda təşviş yaradacaq halların aradan qaldırılmasına çalışırlar. Medianın hazırda intensiv fəaliyyət göstərməsi çox vacibdir. Hesab edirəm ki, jurnalistlərin fəaliyyətində məhdudiyyət olmaması qərarı medianın önəmini xüsusi olaraq vurğulayır”.

Günel CƏLİLOVA

Son xəbərlər