Cümə axşamı günü, 08 oktyabr 2026
     

Mədəniyyət Nazirliyindən abad bir şey qalmayıb ki - Bakının ortasında hələ də bərbad kitabxanalar var

Image


Kitabxana sistemi ölkənin ən vacib sahələrindən biri olsa da, təəssüf ki, son illərdə bu sahəyə Mədəniyyət Nazirliyi tərəfindən elə də yüksək diqqət göstərildiyinin şahidi ola bilməmişik. Nəinki yerlərdə, rayon və kəndlərdə, hətta paytaxt Bakının mərkəzində belə hələ də bərbad vəziyyətdə olan kitabxanalar görmək mümkündür.

Baxmayaraq ki, Prezident İlham Əliyev tərəfindən Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dəfə Dövlət Proqramı imzalanaraq aidiyyətı strukturların icrasına verilib. Amma aidiyyəti qurumlar da müxtəlif sahələrdə bəzi kosmetik işlər görməklə işlərini bitmiş hesab ediblər. Nə qədər kitabxana, mədəniyyət ocağı bu qurumların laqeydliyi, korrupsiya və rüşvətə meylliliyi ucbatından bərbad vəziyyətə qalmaqda davam edib.

Nəsimi rayonundakı Cavadxan küçəsi 21 ünvanında yerləşən beşmərtəbəli binanın qarşısındakı kitabxana kimi. Söhbət Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasından gedir. Ətrafdakı sakinlərin sözlərinə görə, kitabxana çox acınacaqlı haldadır, bir neçə il əvvələ qədər də belə bərbad vəziyyətdə xidmət göstərib. Amma hazırda kitabxananın fəaliyyət göstərmədiyi bildirilir.

Ümumiyyətlə, təkcə bu kitabxana deyil, eyni zamanda, Bakının digər qəsəbələrində də bu vəziyyətdə olan kitabxanalara rast gəlmək mümkündür. Halbuki, Dövlət Proqramı çərçivəsində əlaqədar qurumlar bu kitabxanalara da bir əncam çəkə bilərdilər. Mədəniyyət Nazirliyi isə bir çox hallarda bu istiqamətdə mövcud olan problemlərin həllinə çalışmaq əvəzinə, problemlərə göz yummağa üstünlük verib. Hələ biz binası satılan kitabxanalardan danışmırıq. Onlar başqa bir yazının mövzusudur. Bilirik ki, Prezident İlham Əliyev ölkənin kitabxana sisteminin çox yüksək səviyyədə qurulmasına böyük diqqət və qayğı göstərir. Lakin bu sahəyə cavabdeh qurumlar Prezidentin etimadından sui-istifadə etməyə cəhdlər edirlər.

  • “...kitabxana qalmayıb, binası satılıb, amma kitabxanaçı ştatı qalıb, onlara maaş ödənilir”

İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a açıqlamasında bildirdi ki, II Dünya Müharibəsindən sonra aqrar, yoxsul bir ölkə olan Azərbaycan kütləvi surətdə savadlı, mütaliəli vətəndaşların köməkliyi ilə yüksəkliyə qalxa bildi. “Düzdür, o dövrdə sabiq SSRİ məkanında yaşayırdıq. Amma buna baxmayaraq, Azərbaycan dilində saysız kitab, jurnal, qəzet nəşr edilməyə başladı, eyni zamanda da kütləvi surətdə gecə məktəbləri fəaliyyət göstərdi və təhsilin keyfiyyətinin qaldırılması üçün əyani təhsillə yanaşı, qiyabi təhsilə də üstünlük verildi. Əlbəttə, insanların savadlanması üçün əsas mexanizm olan kitabxana sistemi daha yüksək formada inkişaf etdirildi. Bu kitabxanalar nəinki paytaxtda, eləcə də iri şəhərlərdə və ucqar kəndlərdə belə fəaliyyət göstərdilər. Bu kitabxanalar üçün ayrıca binalar tikildi, ştatlar müəyyən edildi və xüsusi həvəsləndirici aksiyalar keçirmək yolu ilə insanları oxumağa cəlb etdilər. Eyni zamanda da bütün zavodların, fabriklərin, istehsalat və sənaye müəssisələrinin, ali və orta məktəblərin hər birində kütləvi kitabxanalar yaradıldı. Bu kitabxanalara dövrün bütün nəşrləri verilirdi, onlar elmi, bədii, publisistik kitablarla təmin olunurdular ki, insanlar pulsuz o kitablardan istifadə edib savadlansınlar. Çünki Sovet hökuməti çox yaxşı anlayırdı ki, bir beyin yaxşı işləyirsə, yüz beyin ondan da yaxşı işləyəcək. Yüz beyin yetişdirmək üçün isə kitabın və kitabxanaların rolu əvəzsizdir. O dövrdə də, müasir anlamda da kitabxanalar təhsilin əsas köməkçi qüvvəsi olmaqla yanaşı, həm də mədəniyyət, elm öyrənmək üçün sivil ocaqlar sayılırdı və sayılır. Amma müstəqillik dönəmindən bu yana ölkəmizdə kitabxana sistemi zəifləməyə başladı. Yeni texnologiyalar, televiziya, internet, sosial şəbəkələr, elektron kitabxanalar, distant təhsil və sair meydana çıxdı, onlar bizim həyatımıza daxil oldu və nəticədə də kitabxanalar, bir növ, arxa plana keçdi. Əlbəttə, bütün dünyada olduğu kimi, Azərbaycanda da kitabxanalar öz işlərini daha çevik, dövrün, zamanın çağırışlarına uyğun qurmalı idilər. Lakin onlar yalnız kağız kitabla kifayətlənməyib, həm də elektron kitablarla, oxucularla canlı ünsiyyət, diskussiya, polemika qurmaqla, müxtəlif yarışlar, olimpiadalar, ədəbi-bədii gecələr, oxu saatları təşkil etməklə çox şeyə nail ola bilərdilər. Həmçinin də kompyuter,  kino göstərmək,  mini konsert təşkil etmək xidmətlərini təşkil etməli idilər ki, oxucular kitabxanalardan qaçmasınlar. Amma gəlin görək biz nə ilə qarşılaşırıq? Mədəniyyət Nazirliyinin kitabxanalara cavabdeh olan sistemi, qurumu sanki kitabxanaların cəlladına çevrildi. Hətta bir neçə il bundan əvvəl ölkədə kitabxanaların ixtisara salınması prosesi baş verdi, şəhərlərdə, qəsəbələrdə, kəndlərdə, hətta paytaxtın rayonlarında olan bir çox kitabxana bərbad vəziyyətə salındı. Bunun nəticəsində də kitab kütləsi get-gedə azalırdı və kitabxanalar təmirsiz, işıqsız, istilik sistemi olmadan fəaliyyət göstərməkdə davam edirdilər. Kitabxanaçıların özlərinin də əməkhaqqı çox aşağı idi və onlar 100-120 manat məvacib alırdılar. Əlbəttə, buna görə də onlar bu sahədə xidmət göstərməkdə elə də maraqlı deyildilər. Bunun qarşısının alınması üçün Prezident İlham Əliyev tərəfindən bir sıra addımlar atıldı və Prezidentin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir nümunələri latın qrafikası ilə kütləvi şəkildə nəşr edilərək pulsuz olaraq kitabxanalara verildi. Ümumiyyələ, Prezidentin göstərişi ilə kitab fondunun yenilənməsi ilə bağlı işlər görüldü. Amma bəzən bu işə cavabdeh olanlar tərəfindən bu sahədə aparılan proseslər bir qədər radikalcasına aparılırdı. Məsələn, mən öz gözümlə görmüşəm ki, M.F.Axundov adına Mərkəzi Kitabxanadan kiril əlifbası ilə olan kitabları kamaz-kamaz yığıb maklaturaya aparıblar. Buna etirazımızı bildirdik və sözümüzü eşidən olmadı”.

A.X.Əbilovun sözlərinə görə, Azərbaycanın rayon və kəndlərində bir çox kitabxananın binası sanki gözəgörünməz “əllər” vasitəsilə özəlləşdirilməyə, satılmağa başladı. O vurğuladı ki, yalnız kitabxanaların deyil, o cümlədən də kitab mağazalarının, kinoteatrların, xalq teatrlarının, mədəniyyət evlərinin binaları bu aqibətlə üzləşdi. “Təəssüf ki, həm onların binaları, həm də torpaq sahələri özəlləşdirildi. Bilmirəm, bununla bağlı dövlətin aidiyyəti orqanları, audit qurumları araşdırma aparıblarmı? Amma aparsalar görəcəklər ki, xalqın, dövlətin milyonlarla sərvəti bu acı proses zamanı talandı. Bilirsiniz ki, keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun vaxtında da bu sahədə müəyyən problemlər vardı. Həmin dövrdə muzeylərdən qədim eksponatların, kitabxanalardan isə qədim kitabların yoxa çıxması prosesi baş verdi. Bu barədə KİV çox yazıb. Amma bu məsələ də araşdırılmamış qaldı. Mən bir neçə dəfə bizim böyük tarixi olan qəzetlərin, jurnalların, kitabxanalardakı köhnə əlyazmaların, bu çox qiymətli tarixi yazı hadisələrinin məhv edilməsinin, yandırılmasının şahidi oldum. Qaldı ki, kitabxanalara, bəli, bu gün rayon və kənd kitabxanaları daha acınacaqlı durumdadır. Onlar oxuculara birtəhər xidmət göstərsə də, bir çoxunun saytı olsa da, pandemiya dövründə öz işlərini onlayn qaydada qursalar da, yenə kəndlərin çoxunda kitabxanalar qalmayıb. Maraqlıdır ki, kitabxana qalmayıb, binası satılıb, amma kitabxanaçı ştatı qalıb, onlara maaş ödənilir. Bakıda isə bir çox üzdə olan kitabxana təmir olunsa da, gözdən uzaqda yerləşən kitabxanalar bərbad gündədir”.

A.X.Əbilov hesab edir ki, Mədəniyyət Nazirliyində baş verən son hadisələrdən sonra mütləq olaraq kitabxana sisteminə diqqət artırılmalıdır. O hesab edir ki, kitabxanalar öz fəaliyyətlərini zamanın çağırışlarına uyğun olaraq qurmalıdırlar. Kitabxanaların fəaliyyətinə müəyyən funksiyaların daxil edilməsini təklif edən ekspert hesab edir ki, kitabxanaların nəzdində kitab mağazaları, məktəbli ləvazimatlarının, eləcə də dövri mətbuat nümunələrinin satışını həyata keçirən dükanlar fəaliyyət göstərməlidir. “Kitabxanalar  minimal abunə haqqı ödəməklə ölkəmizdə nəşr edilən qəzet və jurnalları almalı və oxucuları qəzet-jurnal oxumağa cəlb etməlidirlər. Vaxtilə kollektor sistemi vardı, onlar yazıçı və şairlərin, alimlərin kitablarını alıb kitabxanalara paylayırdılar. İndi gəlin görək vəziyyət necədir? Bir çox vəzifədə olan nazir xalq yazıçılarının özlərinin, atalarının, qohum-əqrəbalarının kitablarını kütləvi surətdə çap etdirib kollektor vasitəsilə satırdılar. Bu gün isə bizim klassiklərin, eləcə də XX əsr ədiblərinin kitablarını yalnız Heydər Əliyev Fondu öz vəsaitinə çap etdirir. Bu sırf Mədəniyyət Nazirliyinin kitabxana sisteminə, kitabxanaya, çap-nəşriyyat işinə cavabdeh olan qurumların işləridir, onlar bu kitabları nəşr edib oxuculara təqdim etməlidirlər” - deyə A.X.Əbilov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ